BƏƏ Türkiyəyə qarşı İdlibdə savaş başlatmaq üçün Bəşər Əsədə 3 milyard təklif etdi - Əsəbdən dəliyə dönən Putin Əsədin ipini çəkdi - ŞOK İDDİA

Baxış sayı:
4067

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu Dabi vəlihəd şahzadəsi Məhəmməd bin Zeydin Türkiyəyə qarşı Əsəd rejiminə 3 milyard dollar pul təklif etdiyi iddia olunub. 

Bu haqda mərkəzi ofisi Londonda yerləşən və Yaxın Şərqlə bağlı sensasion xəbərləri ilə məşhur olan "Middle East Eye" (MEE) xəbər agentliyi məlumat yayıb. 

Agentliyin məlumatına görə, BƏƏ Türkiyənin Lİviyada rolunu azaltmaq və diqqətini Suriyaya yönəltmək üçün Əsəd rejimini İdlibdə atəşkəsi pozmağa təhrik edir. 

"BƏƏ, Türkiyə ilə Rusiya arasında imzalanan İdlib  razılaşmasının qüvvəyə girməməsi üçün əlindən gələni etdi. Məhəmməd bin Zayed atəşkəsdən bir neçə gün əvvəl Milli Təhlükəsizlik üzrə məsləhətçisi Əli əl Şəmsini Əsədlə görüş üçün Dəməşqə göndərdi. Bəşər Əsədə atəşkəsin pozulması üçün 3 milyard vəd olundu. Bu 3 milyardın 1 milyardı martın sonuna kimi Əsədə göndəriləcəkdi. Lakin, atəşkəsin qüvvəyə minməsi ilə martın sonunda cəmi 250 milyon ödənilib.

Görüşdə, Əsəd böyük maliyyə dəstəyinə ehtiyacı olduğunu bildirərək, BƏƏ-dən 5 milyard dollar istəyib.  Əsəd, İranın nağd pul çatışmazlığı səbəbindən ödənişləri dayandırdığını və Rusiyanın ödəmə etməkdən vaz keçdiyini deyərək,  birbaşa 5 milyard dollar istəyib. Mart ayının sonuna qədər  1 milyard dollar ödəmək şərti ilə  3 milyard dollara bazarlıq etdilər."

Agentliyin iddiasına görə, BƏƏ ilə Əsəd rejimi arasındakı bazarlığın həyata keçməsinə Rusiya mane olub.

"Suriyadakı bütün hərbi hərəkətliliyi təqib edən Rusiya plandan xəbərdar olunca işlər dəyişib. Hətta Rusiya prezidenti Vladimir Putin əsəbdən dəliyə dönərək, Müdafiə naziri Şoyqunu təcili Suriyaya göndərib. Şoyqunun Əsədə mesajı qəti olub. Atəşkəs rejiminə hörmətlə yanaşılmasını və İdlibə hücumların yanidən başlatılmamasını istəyib" - "Middle East Eye" agentliyinin BƏƏ hökumətindəki mənbəyə istinadən yaydığı xəbərdə belə deyilir. /avropa.info