Mərkəzi Bank kredit borclarının dondurulmasını müzakirə edir - ELMAN RÜSTƏMOVDAN AÇIQLAMA

Baxış sayı:
3601

Milli Məclisin iclasında xüsusi karantin dövründə vətəndaşların banklara olan kredit borclarının dondurulması təklif edilib.

Muxalifet.az report-a istinadla xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxış edib.

Deputatın çıxışına cavab olaraq isə Mərkəzi Bank sədri Elman Rüstəmov bu məsələnin hazırda müzakirə edildiyini bildirib.