USMANOVUN BACISININ 600 MİLYON DOLLARLIQ YAXTASI MÜSADİRƏ EDİLDİ – "Dilbar"ın Almaniyada saxlanılması haqda “Bloomberg”dən açıqlama

Almaniyanın Hamburq rəsmiləri rusiyalı milyarder Əlişir Usmanovun bacısı Gülbahor İsmayılovaya məxsus olduğu iddia edilən, təxminən 600 milyon dollar dəyərində 156 metrlik “Dilbar” yaxtasını müsadirə edib.
Qafqaz.media xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Aprelin 13-də Almaniya Federal Kriminal Polis İdarəsi (BKA) İsmayılovanı gəminin sahibi adlandırıb.
Bloomberg-in məlumatına görə, superyaxta Qərb tərəfindən sanksiyaya məruz qalan Usmanovun bacısına məxsus olduğu aşkar edildikdən sonra müsadirə edilib.
Bundan əvvəl Almaniyanın "Spiegel" qəzeti "Dilbar" yaxtasının “Blohm + Voss” gəmiqayırma zavodunda yığıldığını yazıb. Qeyd olunub ki, yaxtanın rəsmən müsadirə edilib-edilməməsindən asılı olmayaraq, onun Hamburq limanını tərk etməsi ehtimalı azdır. Bunun əsas səbəbi Ukrayna hadisələrinə görə Rusiya Federasiyasına tətbiq edilən sanksiyalardır.