“PUTİN ANCAQ BU HALDA MÜHARİBƏNİ DAYANDIRACAQ…” - Rus yazıçı German Obuxovdan açıqlama

“Diktator Putinin Ukraynaya qarşı müharibəsində ölən rusların sayı 50 minə çatanda vəziyyət dəyişə bilər”.
Bu fikri rusiyalı yazıçı, “Rusiyanın terrorunu dayandır” Fondunun rəhbəri German Obuxov deyib.
"Belə demək olar ki, heç bir itki Putini dayandıra bilməz. Amma 50 min nəfərin ölməsi müəyyən psixoloji işarə olacaq. Çünki bu halda itkiləri gizlətmək çətin olacaq", - Obuxov bildirib.
Yazıçının fikrincə, müharibə payıza qədər uzana bilər.
"Putinin hələ bəzi ehtiyatları var, lakin onlar hər gün əriyib gedəcək. Onlar artıq nə təmir edə, nə də yeni tank istehsal edə bilməyəcəklər. Mərmilərlə bağlı problemlər olacaq. Sanksiyalar qüvvədədir və onlar Rusiyanın hərbi sənaye kompleksinin bütün aspektlərini vuracaqlar. "Rusiya komponentlərin idxalından 80% asılıdır. Beləliklə, problemlər hər gün artacaq. Bu vəziyyətdə aktiv müharibə aparmaq çox çətin olacaq. Ukrayna isə getdikcə daha çox yardım alacaq", - Obuxov proqnozlaşdırır.
Onun fikrincə, sanksiyalar, Ukrayna Silahlı Qüvvələrinə artan hərbi yardım və rusların narazılığını ən effektiv şəkildə Putini dayandıra bilər: "Və bu, çox vacibdir: əgər Qərb Rusiya dövlətini faşist həyat tərzinə malik dövlət kimi tanımağa meylli olarsa və Rusiya Federasiyasında neonasizm dalğasının yaranmasına əmin olarsa. Bu, Ukraynaya dəstəyi daha da gücləndirəcək və Rusiya Federasiyasına qarşı sanksiyaları sərtləşdirəcək”, - deyə o, yekunlaşdırıb.
Aprelin 15-i səhər saatlarına olan məlumata görə, Ukrayna Müdafiə Qüvvələri təxminən 20 000 işğalçını, 750-dən çox tank və 160 qırıcını məhv edib./Qafqaz.media