4 ölkənin prezidenti Zelenski ilə görüşmək üçün Kiyevə gəldi - FOTO

Baxış sayı:
1024

Estoniya, Latviya, Litva və Polşa prezidentləri bu gün dəmir yolu ilə Kiyevə gəliblər.

Muxalifet.az xəbər verir ki, bu barədə Estoniyanın Ukraynadakı səfirliyi Twitter mikrobloqunda məlumat yayıb.

Bildirilir ki, Estoniya prezidenti Alar Karis, Polşa prezidenti Anjey Duda, Litva prezidenti Gitanas Nauseda və Latviya prezidenti Egils Levits Ukrayna prezidenti Vladimir Zelenski və digər rəsmi şəxslərlə görüşmək üçün Kiyevə gəlib.