NƏCMƏDDİN SADIKOV GİZLİ QƏBULLAR KEÇİRİR? - Keçmiş Baş Qərargah rəisi açıqlama verdi

Baxış sayı:
594

Bir neçə gündür sosial şəbəkələrdə və bir sıra xəbər portallarında Azərbaycan Silahlı Qüvvələrinin keçmiş baş qərargah rəisi Nəcməddin Sadıkovun evində gizli qəbullar keçirməsi idiası ilə bağlı xəbərlər yayılır. Yayılan xəbərlər cəmiyyətdə ciddi rezonans doğurub.

Manşet.az ölkə ictimaətində ciddi rezonans doğuran bu vacib məsələ ilə bağlı keçmiş baş qərargah rəisi ilə əlaqə saxlayıb. 

Nəcməddin Sadıkov sayta açıqlamsında yayılan xəbərlərin yalan olduğunu bildirib: “Bu iddilar yalandır, cəfəngiyatdır. Belə xəbərlər hardandı? Sadəcə gülməlidir. Təbii ki, belə şeylər ola bilməz.”