YAP-ın MSK üzvlüyünə namizədləri məlum olub - SİYAHI / YENİLƏNİB

Baxış sayı:
600

Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Komissiyası (MSK) üzvlüyünə namizədləri məlum olub.
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclasında hakim partiyadan MSK üzvlüyünə Məzahir Pənahov, Rövzət Qasımov, 
Hüseyn Paşayev, Şaiddin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova, Surəddin Hümbətov (ehtiyat üzv) və Nailə Əsgərovanın (bitərəflərin YAP-la razılaşdıracağı) namizədliyi müəyyənləşib.
Qeyd edək ki, yeni seçilən Milli Məclisdə çoxluq YAP-dadır. Hakim partiya parlamentdə 70 deputatla təmsil olunur.
***

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclası keçirilir.
İclasda MSK üzvlüyünə namizədlərin müəyyənləşməsi və partiyanın Veteranlar Şurasının üzvlü, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovla bağlı məsələlərə baxılır.
Qeyd edək ki, H. Mirələmovun xanım işçisinə qarşı qeyri-əxlaqi hərəkətini əks etdirən video yayılıb./apa