Axtarış

The search found 105739 results in 0.141 seconds.

Search results

  1. "İran Azərbaycanla heç məhdud toqquşmaya da cəsarət etməz..." - İRANLI POLİTOLOQDAN SENSASİON MÜSAHİBƏ

    Tehranın fikrincə, onun ordusunun İslam Inqilabının Keşikçiləri Korpusunun (İİKK) motoatıcı bölmələrinin, HHQ-nin və hava hücumundan müdafiə qüvvələrinin iştirakı ilə keçirilən növbəti hərbi təlimləri “islam inqilabının düşmənləri”ni başa salmalıdır ki, İranın silahlı qüvvələri güclüdür və hava hücumlarından etibarlı müdafiə olunub.

    Muxalifet2 - 15-10-2021

  2. Lavrov niyə “Tayvan Çin torpağıdır” dedi... – MOSKVA PEKİNİ 3-CÜ DÜNYA SAVAŞINA SÜRÜKLƏYİR?

    Strateji tərəfdaşlar - Moskva və Pekinin qlobal geosiyasi problemlərlə bağlı mövqelərini daha da koordinasiya etməyə çalışmaları fonunda, Rusiyanın "müstəqil" Tayvanın Çinin ayrılmaz bir hissəsi olduğunu söyləməsi haqda verdiyi bəyanat diqqəti cəlb edir.

    Muxalifet2 - 15-10-2021

  3. Erməni silahlılarının növbəti təxribat cəhdi - MÜDAFİƏ NAZİRLİYİ MƏLUMAT YAYDI

    Oktyabrın 15-də səhər saatlarında qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən mülki tibbi yardım maşınından istifadə etməklə Ağdərə istiqamətində bölmələrimizə qarşı növbəti terror-təxribat cəhdi qeydə alınıb.

    Muxalifet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Muxalifet2 - 15-10-2021

  4. “Onun atacağı addımlardan əvvəlcədən xəbərdar idik” - SAAKAŞVİLİNİN HƏYAT YOLDAŞI / VİDEO

    Mixail Saakaşvilinin azadlığı üçün keçirilən mitinqdə iştirak edən ukraynalı həyat yoldaşı Yelizaveta Yasko Baku TV-yə müsahibə verərək Mixail Saakaşvilinin atacağı addımlardan əvvəlcədən xəbərdar olduğunu deyib. 

    Mixail Saakaşvilinin səhhətinin yaxşı olmadığını deyən Yelizaveta Yasko Gürcüstanın sabiq prezidenti üçün sadəcə sayılı günlərin qaldığını vurğulayıb.

    Muxalifet2 - 15-10-2021

  5. “Nar”ın hər bir abunəçisi üçün özəl təklifi var! - FOTOLAR

    Hər bir müştərinin ehtiyacını anlayan “Nar” öz təkliflərini və məhsullarını məhz abunəçilərin istəkləri əsasında qurur. Daha çox zəng xidmətinə üstünlük verən və ya  vaxtının çoxunu internetdə keçirən, yaxud da hər ikisini bir paketdə əldə etmək istəyən abunəçilər üçün “Nar”ın xüsusi təklifləri var. Gün ərzində daha çox zəng edən və telefonla danışmağı sevən abunəçilər “Nar”ın “Unikal” tarifini seçə bilərlər. Bu tarif ölkədaxili bütün istiqamətlərə vahid qiymətə danışmaq imkanı verir.

    Muxalifet2 - 15-10-2021

  6. ABŞ TÜRKİYƏNİ “MÜHASİRƏYƏ ALIR”? –Vaşinqton və Afina arasındakı müdafiə müqaviləsinin şok detalları...

    Bu gün - 2021-ci il, oktyabrın 15-də Amerikada Afina ilə Vaşainqton arasında yeni müdafiə müqaviləsi imzalanıb.

    Qafqaz.media xəbər verir ki, Yunanıstanın ana müxalifət partiyası "SYRIZA-Progressive Alliance" bu müqavilənin Yunanıstanı istənilməyən regional gərginliyə cəlb edə biləcəyini söyləyib. Qeyd edək ki, bu partiyanın rəhbəri Aleksis Tsiprasdır.

    Muxalifet2 - 15-10-2021

  7. HÖKUMƏTİN NAĞDSIZ SOSİAL ÖDƏNİŞ BAZARLIĞI - Şəhid və qazilərin qanpulundan banklar bir milyondan çox qazanıblar

    2019-cu ildən başlayaraq 1997-ci ilə kimi şəhid olmuş şəxslərin ailələrinə 11 min manatlıq sığorta ödənişinin , el dilində “qanpulu”nun verilməsi həyata keçirilib. Statistika ümumi sayın 12 min 268 olduğunu açıqlayıb. 44 günlük savaşda canını , qanını verən  üç minə yaxın  şəhidlə birgə toplam 15 mindən çox ailəyə birdəfəlik ödəmələr edildiyi hesabatlarda əksini tapıb. Qarabağ qazilərini və yaralıları da hesaba alsaq, 22 min civarında birdəfəlik ödəmənin imtiyaz yiyələrinin bank hesablarına keçirildiyini demək olar.

    Muxalifet2 - 15-10-2021

  8. AZƏRBAYCANDA KORONAVİRUSDAN DAHA 14 NƏFƏR ÖLDÜ - Yoluxanların sayında artım qeydə alınıb...

    Son sutkada Azərbaycanda koronavirusa 1850 yeni yoluxma faktı qeydə alınıb, 735 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

    Muxalifet2 - 15-10-2021

  9. ​ƏRDOĞAN KILIÇDAROĞLU VƏ AKŞENER HAQDA PROKURORLUĞA MÜRACİƏT ETDİ – ““Siyasi cinayətlər törədilə bilər” iddiaları araşdırılsın…”

    Xəbər verdiyimiz kimi, bu yaxınlarda CHP lideri Kamal Kılıçdaroğlu Mersində etdiyi bir çıxışında "Siyasi cinayətlər törədilə bilər, narahatlığım var", - deyə açıqlama verib.
    Kılıçdaroğlunun açıqlamasından sonra, İYİ Partiyadan Koray Aydın, eləcə də bəzi millət vəkilləri və siyasətçilər də oxşar ifadələr işlədərək, "ölkədə sui-qəsdlər ola bilər", - deyiblər.

    Muxalifet2 - 18-10-2021

  10. ​İnternetdə yeni dönəm... - NASA Ayda Wi-Fi şəbəkəsi qurur!

    2024-cü ildə yenidən Aya çıxmağı planlaşdıran Amerika Aeronavtika və Kosmos İdarəsi (NASA) çox danışılacaq bir layihə ilə gündəmdədir.
    Qafqaz.media “Business Insider”-ə istinadən xəbər verir ki, NASA planetimizin yeganə peyki olan Ayda Wi-Fi şəbəkəsinin qurulması işlərinə başlayıb.
    Sözügedən layihə ilə NASA həm kosmanavtlarla ünsiyyəti asanlaşdırmağı, həm də ABŞ-ın bəzi yerlərində internet problemini həll etməyi hədəfləyir.

    Muxalifet2 - 18-10-2021

  11. AXISQA TÜRKLƏRİNİN ÖZ TARİXİ VƏTƏNLƏRİNƏ QAYITMAQ ÜĞRUNDA MÜCADİLƏSİ – Və yaxud Qərbin bu Türk toplumuna qarşı ikili standartlarla yanaşmasının bariz nümunələri… / I YAZI

    Dünyanın deportasiya və ya genosid tarixinə nəzər salsaq, bu fəlakətin ən çox türk xalqlarının payına düşdüyünü görərik. Azərbaycan, Gürcüstan, Krım türklərinin deportasiyası çox da uzaq olmayan tarixdə baş vermişdir. Və deportasiyanı tətikləyən faktor da türklərə qarşı hiddət qarışıq qərəz, nifrət olmuşdur. Məqsəd türklərin köklərini aid olduqları torpaqlardan qoparmaq, tarixin yönünü dəyişdirmək olub. Bu niyyət də hər zaman, hətta indi də gündəmdədir.

    Muxalifet2 - 19-10-2021

  12. SON DƏQİQƏ! SEPAH QƏRARGAHINA HÜCUM EDİLDİ: İranın məşhur komandanı öldürüldü, xeyli sayda silah ələ keçirildi

    İranda “Sepah”ın qərargahına hücum olub, bir “Sepah” komandanı öldürülüb.

    Konkret.az İran mənbələrinə istinadla xəbər verir ki, İranın “Mərkəzi” vilayətində yerləşən Xomeyn şəhərində azadlıq tərəfdarı olan bir qrup gənc “Sepah”ın Aerokosmik Qüvvələrinin bu şəhərin ətrafında yerləşən qərargahlarından birinə hücum edib.

    Onlar bir neçə saatlıq qərargahı nəzarətdə saxlamağa, eləcə də çoxlu sayda silah və digər döyüş vasitələrini qənimət götürməyə nail olublar.

    Muxalifet2 - 19-10-2021

  13. KRİTİK ZİRVƏ TOPLANTISI ÖNCƏSİ QORXULU ADDIM – Şimali Koreya Yapon dənizinə iki ədəd ballistik raket atmaqla, dünya güclərinə meydan oxuyur…

    Şimali Koreyanın Yaponiya sahillərinə ballistik raketlər buraxdığı açıqlandı.

    Qafqaz.media xəbər verir ki, Cənubi Koreya ordusunun verdiyi açıqlamada sözügedən raketin bir sualtı gəmidən atıldığı ehtimalının güclü olduğu bildirilir.

    Muxalifet2 - 19-10-2021

  14. “Rusiya artıq Qarabağ məsələsində dominant deyil...” - KARNEGİ MOSKVA MƏRKƏZİNİN DİREKTORU KREMLİN BAŞLICA MARAĞINI AÇIQLADI

    2020-ci ilin payızında Qarabağda gedən müharibə Moskvanın Qafqazdakı ümumi mövqelərinin ciddi zəifləməsinə gətirib çıxardı. Belə mövqe ilə Karnegi Moskva mərkəzinin direktoru Dmitri Trenin “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində çıxış edib.

    Muxalifet2 - 19-10-2021

  15. DÖVLƏT BÜDCƏSİNDƏN OĞURLANAN MİLYONLARIN İZİ İLƏ... - Hacıbala Abutalıbov və şərikləri tikinti adı altında büdcəni necə talan ediblər… / II YAZI

    Bakı Şəhər İcra Hakimiyyətinin nəzdindəki Mənzil-Kommunal Təsərrüfat Departamentinin keçmiş sədri Rəfail Mehralıyev və onun şəriki olduğu bildirilən, Azərbaycanda təmir-tikinti fəaliyyəti ilə məşğul olan “Məmmədoğulları Holdinq”in sahibi Hacı Ramazan Mirzəyevin dövlətin milyonlarla manat vəsaitini mənimsədiyi haqda məlumat vermişdik. "Dövlət büdcəsindən oğurlanan milyonların izi ilə...

    Muxalifet2 - 19-10-2021

  16. "DE Kİ, MƏN ELƏ ADAM DEYİLƏM..." - Rəşid Mahmudov: "Ancaq dediyim sözlər mənə aiddir..."

    Tanınmış şəxslərin, siyasətçilərin, mədəniyyət və incəsənət xadimlərinin fikirlərinin kontekstdən çıxarılmasına tez-tez rast gəlirik. Bəzən isə cəmiyyətdə nüfuzlu insanlar adından müəyyən fikirlər səsləndirilir, onlar cəmiyyətinin müxtəlif təbəqələri ilə üz-üzə qoyulur.

    Muxalifet2 - 20-10-2021

  17. HACI İLQARIN SAXLANILMASININ GİZLİNLƏRİ.... - “Ocaqnejad onun ailə üzvü olan qadınla evlidir” / FOTO

    Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiəsi Mərkəzinin rəhbəri Hacı İlqar İbrahimoğlunun xüsusi xidmət orqanları tərəfindən saxlanılması sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Onun İranla əlaqələri barəsində müxtəlif ittihamlar səsləndirilub.
    Bakupost.az xəbər verir ki, tanınmış jurnalist Aygün Muradxanlı onun İranla bağlılığı barədə maraqlı məlumat paylaşıb.
    Bildirib ki, İranın ali dini liderinin Azərbaycandakı nümayəndəsi olmuş Əli Əkbər Ocaqnejat Hacı İlqar İbrahimoğlunun ailə üzvü olan qadınla evlidir:

    Muxalifet2 - 20-10-2021

  18. SON DƏQİQƏ! QARA DƏNİZDƏ BÖYÜK GƏRGİNLİK! - Rusiya və ABŞ qırıcıları havada üz-üzə gəldi!

    Muxalifet2 - 20-10-2021

  19. QARABAĞDA BU ƏRAZİLƏR DƏ AZƏRBAYCANIN NƏZARƏTİNƏ KEÇDİ - Rus hərbçilər Ağdağdakı yüksəklikdən çəkildi

    Ermənistanda yayılan xəbərlərə görə Azərbaycan silahlı qüvvələri ölkənin içərilərinə doğru bir qədər də irəliləyib. May ayından nəzarətində olan sahələrdə isə mövqelərin möhkəmləndirilməsini həyata keçirir.

    "Azadlıq" radiosunun erməni xidməti bildirir ki, müdafiə nazirinin müavini, parlamentin müdafiə və təhlükəsizlik komissiyasının hakım partiyadan olan üzvləri Azərbaycan-Ermənistan sərhədindən, Zəngəzur və Geğarkunikdən gələn xəbərlərə şərh verməkdən imtina ediblər.

    Muxalifet2 - 20-10-2021

  20. ​ “Nar” ən böyük Azərbaycandilli səsli kitabxanaya dəstəyini davam etdirir

    “Nar”ın dəstəyi ilə ölkənin ən böyük səsli ədəbiyyat kitabxanası olan “Canlı kitab” layihəsi davam edir. “Radio Antenn" 101 FM-lə birgə hazırlanan layihə çərçivəsində indiyədək dünya və Azərbaycan ədəbiyyatından 39 müəllifin 329 əsəri ana dilimizdə audiokitab şəklində “YouTube” kanalında yerləşdirilib. Müxtəlif janrlarda və həcmlərdə olan bədii əsərləri “Canlı kitab” kanalında “Nar”ın yüksəksürətli interneti vasitəsilə istənilən yerdən rahatlıqla dinləmək olar.
     

    Muxalifet2 - 20-10-2021

Pages