Axtarış

The search found 105739 results in 0.032 seconds.

Search results

  1. "KİŞİ HƏYAT YOLDAŞINA EVDƏ GÖRDÜYÜ İŞİN QARŞILIĞINDA PUL VERMƏLİDİR" - Deputat Musa Quliyev konfransda belə təkliflə çıxış etdi

    “Həyatımızın müxtəlif sahələrində qadınlara qarşı zorakılıqlar qalmaqdadır”.

    Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu” mövzusunda keçirilən konfransda deyib.

    Komitə sədri bildirib ki, ÜST-ün məlumatına görə, dünyada hər üç qadından biri ya evdə, ya işdə zorakılığa məruz qalır:

    Muxalifet2 - 20-10-2021

  2. SAAKAŞVİLİ HƏBSDƏN MƏKTUB YAZDI: tibbi yardım qəbul etməyə razılıq verdi, amma...

    Gürcüstanda həbsdə saxlanılan sabiq prezident Mixeil Saakaşvili həkimlərin ona yardım göstərməsinə razılıq verib.

    Bu barədə siyasətçi yazdığı məktubda bildirib.

    O, həbsdə qalacağı müddətdə heç bir formada qida qəbul etməyəcəyini və hətta ölümə hazır olduğunu deyib: “Bununla belə mən sona qədər sağlam düşüncəmi və işləmək qabiliyyətimi saxlamaq istəyirəm. Buna görə də həkimlər tərəfindən medikamentoz müdaxiləyə razıyam”.

    Muxalifet2 - 20-10-2021

  3. QARA DƏNİZDƏ BÖYÜK GƏRGİNLİK! - Rusiya və ABŞ qırıcıları havada üz-üzə gəldi!

    2021-ci ilin gəlişi ilə regionda bir “atəş topu”na çevrilən Qara dənizdə ABŞ və Rusiya yenidən üz-üzə gəldi.

    Qafqaz.media xəbər verir ki, gərginliyin bir gün də azalmadığı bölgədə Rusiya təyyarələri sərhədə yaxınlaşan ABŞ bombardmançılarını tutmağa çalışıb.

    Muxalifet2 - 20-10-2021

  4. “BU QƏRARIN HEÇ BİR İQTİSADİ İZAHI YOXDUR” – İctimai birliklərin koalisiyası Tarif Şurasının qiymət artımı ilə bağlı qərarına etiraz etdi

    “Hökumətin və inhisasrçı dövlət şirkərlərininqazın daxili bazarda qiymət artımlarını dünya bazarında qazın qiymət artımı ilə izahı yanlışdır və heç bir iqtisadi qanunlara söykənmir”

    Muxalifet2 - 20-10-2021

  5. Bir deyir “hamı erməni dili öyrənməlidir”, digəri “kişi arvadına gördüyü xidmətlərin qarşılığında pul verməlidir”… - BU PARLAMENTİ YENİLƏMƏYİN VAXTI ÇATMAYIBMI?!

    Azərbaycanda dövlət idarəçiliyində yaşanan problemlərin qaynağının qeyri-effektiv idarəçilik sisteminin olması ölkənin bir sıra ictimai xadimləri, ekspertləri tərəfindən dəfələrlə səsləndirilib. Bunun ən diqqətçəkən əlamətlərindən biri ölkə iqtisadiyyatının fərqli sahələrinin bəzi şəxslərin nüfuz dairələrinə bölünmüş olmasıdır.

    Muxalifet2 - 21-10-2021

  6. ​Vətən müharibəsi qəhrəmanı olan şəhidin il mərasimi keçirilib - FOTOLAR

    Torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış DİN Daxili Qoşunlarının hərbi qulluqçusu, mayor Şixamir Qaflanovun Zaqatalada il mərasimi keçirilib.
    Muxalifet.az
    xəbər verir ki, mərasimdə Daxili İşlər Nazirliyinin təmsilçiləri, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları, Daxili Qoşunların hərbi qulluqçuları, rayon ictimaiyyəti, şəhidin ailə üzvləri və döyüş yoldaşları iştirak ediblər.

    Muxalifet2 - 21-10-2021

  7. ​ “İlham Əliyev evimə basqın etdirdi, şəxsi əşyalarımı, pulmu və brilliant qızıl-zinət dəstimi zorla əlimdən aldılar…” - KLİNİKANIN XANIM DİREKTORUNDAN MEHDİYEVİN KÜRƏKƏNİ HAQDA SENSASİON İDDİA

    Gəncə şəhərində yerləşən “Yeni Gəncə” Tibb Mərkəzinin icraçı direktoru Kərimova Ülkər Nadir qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Prezidenti İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
    “Hörmətli cənab Prezident!

    Muxalifet2 - 21-10-2021

  8. Gorus-Qafan yolunda gömrük-buraxılış məntəqəsi quruldu - İran maşınları vergi ödəyir...

    Bundan sonra İrandan Ermənistana yük daşıyan TIR-lar Azərbaycanın Gorus-Qafan yolu üzərində qurduğu gömrük-nəzarət məntəqəsindən keçib gedəcək.
     
    Eməni KİV-ləri xəbər verir ki, bu haqda ötən gün Gorus şəhərinin vitse-meri Karo Köçəryan jurnalistlərə bildirib. Onun sözlərinə görə, Azərbaycan tərəfi yolda nəzarət məntəqəsinin tikintisini başa çatdırıb. Və hazırda məntəqənin qarşısında çoxlu sayda İran TIR-ları keçmək üçün növbə gözləyir.
     

    Muxalifet2 - 22-10-2021

  9. RUSİYA “HUMANİTAR YÜK” ALTINDA QARABAĞA NƏLƏR GƏTİRİR? - “İrəvandan Xankəndinə yaxındır, yoxsa Gəncədən?”

    Azərbaycanın Qarabağ ərazisinə İranın qanunsuz yük daşımasına etirazından və sanksiyalarından sonra başlamış gərginlikdə rəsmi Bakı qətiyyətli mövqe ortaya qoydu. Bu da onunla nəticələndi ki, Tehran geri addım atdı. 

    Muxalifet2 - 22-10-2021

  10. İsrail İranın nüvə obyektlərinə hücum hazırlığına BAŞLADI

    İsrail Hərbi Hava Qüvvələri İranın nüvə obyektlərinə mümkün hücum hazırlığına qayıdıb.

    Muxalifet.az Axar.az-a xəbər verir ki, bu məlumatı İsrailin “12-ci kanal”ı yayıb.

    İsrail Baş Qərargah rəisi Aviv Koxavinin son günlər bir neçə müzakirə apararaq kəşfiyyat məlumatlarının toplanmasına diqqətin yönəldilməsi, aktual operativ planlar tərtib edilməsi və bu plan əsasında təlimin keçirilməsinə başlanması barədə tapşırıq verdiyi bildirilib.

    Qeyd edək ki, İsrail ordusu bu cür təlim və hazırlıqla iki ildən çox idi məşğul olmurdu.

    Muxalifet2 - 22-10-2021

  11. Oqtay Əsədovun Eldar Mahmudovun qapısından böyük biznesə açılan yolu - ŞOK FAKTLAR

    Eks-spiker ortada yeyib, kənarda gəzir; onu qandallamaq üçün kifayət qədər əsaslar var...

    Vəzifədə olduğu dönəmdə on milyonlara sahiblənən Oqtay Əsədov qeybə çəkilib. Onun korrupsiya sxemləri üzrə büdcə vəsaitlərini mənimsəyərək xaricə daşıması iddiaları isə bu günə qədər araşdırılmamış qalıb.

    Muxalifet2 - 23-10-2021

  12. MOLLA REJİMİNƏ XİDMƏT EDƏN SAYTLAR QAPADILDI - Rəsmi Bakı bütün gücü ilə İrana hücuma keçib

    Azərbaycanda fars molla rejimi ilə əlaqədar olan digər saytlarında fəaliyyəti həmişəlik dayandırılıb.

    Muxalifet.az xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat yayılıb. Həmin saytlar bunlardır:

    Muxalifet2 - 23-10-2021

  13. TELMAN İSMAYILOVU HANSI ƏSASLA RUSİYAYA VERMƏYİBLƏR? - General Bastrıkin onun barəsində məruzə hazırlamağı tapşırdı

    Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin, Monteneqronun iş adamı Telman İsmayılovu təhvil verməkdən imtina etməsinin səbəblərini öyrənməyi tapşırıb. Bu barədə idarənin rəsmi saytında məlumat yayılıb.

    “Rusiya Federasiyası İstintaq Komitəsinin sədri İsmayılovun ekstradisiyasından imtina barədə məlumat əsasında beynəlxalq hüquq şöbəsinə Rusiya Xarici İşlər Nazirliyi ilə birlikdə ekstradisiyadan imtinanın əsaslarını ətraflı öyrənməyi və bu barədə məruzə hazırlamaq tapşırılıb", - məlumatda deyilir.

    Muxalifet2 - 23-10-2021

  14. Azərbaycan və İran xarici işlər nazirlərləri arasında telefon danışığı SON HƏFTƏ ƏRZİNDƏ BAŞ VERƏNLƏR MÜSBƏT DƏYƏRLƏNDİRİLİB...

    23 oktyabr 2021-ci il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə telefon danışığı baş tutub.

    Muxalifet2 - 23-10-2021

  15. KREMLİN XƏRİTƏLƏRİ SÜLHÜ YAXINLAŞDIRIRMI? – “Putin sülhməramlıların müddətinin uzadılmasında israrlı deyil...”

    Rusiyanın “RİA Novosti” agentliyi vəziyyətlə yaxından tanış olan mənbəyə istinadən yayımladığı xəbərdə noyabrın ilk ongünlüyündə Kremldə Rusiya, Azərbaycan və Ermənistan liderləri Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan arasında üçtərəfli görüşün keçiriləcəyini bildirib.

    Muxalifet2 - 24-10-2021

  16. 4 NƏFƏRİ BIÇAQLAMAQDA İTTİHAM OLUNUR... - Biləsvur sakini Qoşqar Orucov saxlanıldı

    Biləsuvar rayonunda dörd nəfəri bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

    “Report”un Muğan bürosunun məlumatına görə, hadisəni törətməkdə Qoşqar Orucov şübhəli bilinir.

    Qeyd edək ki, hadisə ötən gün rayonun Amankənd kəndində baş verib.

    Belə ki, sakinlər - İsa Abbasov, Tural Yəhyalı, Sənan Yəhyayev və Ərəstun Şahmarovla Qoşqar Orucov arasında kənddə yerləşən çay evində mübahisə yaranıb. İ.Abbasov, T.Yəhyalı, S.Yəhyayev və Ə.Şahmarovun sözlərinə görə, onlar evə gedərkən Q.Orucov həmin şəxslərə hücum edərək bıçaq xəsarəti yetirib.

    Muxalifet2 - 24-10-2021

  17. Mövsümün ilk “El-Klasiko”sunda “Real” qələbə qazandı - VİDEO

    İspaniya La Liqasında X turu mövsümün ilk “El-Klasiko”su ilə əlamətdar olub.

    Tutun mərkəzi görüşü “Nou Kamp”da “Barselona” və “Real Madrid” arasında keçirilib.

    Qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1.

    Hesabı 32-ci dəqiqədə David Alaba açıb. 90+4-cü dəqiqədə isə Lukas Vaskes fərqi artırıb. 90+7-ci dəqiqədə isə Serxio Aqüero “Barselona”nın təsəlli qolunun müəllifi olub.

    Bununla da 9 oyundan sonra aktivində 20 xal olan “Real Madrid” ilk pillədə yer alıb. “Barselona” isə 15 xalla 8-cidir.

    Muxalifet2 - 24-10-2021

  18. MTN-nin binasında 1 miıyon dollarlıq "çay süfrəsi" - MAHMUDOVUN "ÇETE"Sİ İŞ ADAMININ 2 MİLYONUNU NECƏ ƏLƏ KEÇİRİB... / Şok detallar

    Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin İstintaq Baş İdarəsinin rəisi olmuş və hazırda törətdiyi əməllərə görə məhkəmədə mühakimə olunan  general-mayor Mövlam Şıxəliyev, idarənin əməkdaşları polkovnik Vüsal Əliyev, Yasin Məmmədov və Sahib Ələkbərovun əməllərindən zərərçəkənlərdən biri də iş adamı Nizami Kazımovdur.

    Muxalifet2 - 24-10-2021

  19. ABŞ UKRAYNAYA 60 MİLYON DOLLARLIQ MÜASİR SİLAHLAR GÖNDƏRDİ – “Ukraynanı NATO yolunda görmək istəyirik”

    ABŞ-dan Ukraynaya yeni silahlar gətirilib. Bu barədə Ukrayna Müdafiə Nazirliyi özünün tvitter səhifəsində məlumat yayıb. Məlumata görə, bu ABŞ hökumətindən Ukrayna silahlı qüvvələrinin ehtiyacları üçün ayrılan 60 milyon dollarlıq yardımın 3-cü -sonuncu partiyasıdır.

    "Deutsche Welle" ("Alman Dalğası" radiosu) xəbər verir ki, yardım əsasən döyüş sursatları, tank əleyhinə silahlar və yükəsk dəqiqlikli silahlar, tibbi avadanlıq və digər materiallardan ibarətdir.

    Muxalifet2 - 24-10-2021

  20. AZƏRBAYCANDA KORONAVİRUSDAN ÖLƏNLƏRİN SAYI ARTDI - Son sutkada 2 036 yeni yoluxma faktı qeydə alınıb

    Azərbaycanda son sutkada koronavirus infeksiyasına 2 036 yeni yoluxma faktı qeydə alınıb, 1 045 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 25 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 516 325 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 484 604 nəfər müalicə olunaraq sağalıb, 6 894 nəfər vəfat edib. 24 827 nəfər aktiv xəstə sayını təşkil edib.

    Muxalifet2 - 24-10-2021

Pages