KRİTİK ZİRVƏ TOPLANTISI ÖNCƏSİ QORXULU ADDIM – Şimali Koreya Yapon dənizinə iki ədəd ballistik raket atmaqla, dünya güclərinə meydan oxuyur…

Baxış sayı:
752

Şimali Koreyanın Yaponiya sahillərinə ballistik raketlər buraxdığı açıqlandı.

Qafqaz.media xəbər verir ki, Cənubi Koreya ordusunun verdiyi açıqlamada sözügedən raketin bir sualtı gəmidən atıldığı ehtimalının güclü olduğu bildirilir.

Cənubi Koreyaya məxsus “Yonhap” xəbər agentliyi hökumətdəki mənbəyə istinadən, Pxenyanın raket sınağının Cənubi Koreya, Yaponiya və ABŞ kəşfiyyat rəhbərlərinin Şimali Koreyanı müzakirə etmək üçün Seulda bir araya gələcəyi vaxtda həyata keçirilməsinin təsadüf olmadığı vurğulandı.

Xatrıladaq ki, son həftələrdə Pxenyan rəhbərliyi hipersəs və uzaqmənzilli qanadlı raketlər və zenit silahları olduğunu iddia etdiyi avadanlıqlar üzərində bir sıra testlər keçirib. Bu testlərdən bəziləri ciddi beynəlxalq sanksiyaları pozur. Hansı ki, nüvə silahından əlavə, Şimali Koreyanın ballistik raket sınaqları da Birləşmiş Millətlər tərəfindən qadağandır.

Cənubi Koreyanın Baş qərargah rəisi çərşənbə axşamı Pxenyanın tez-tez sualtı bazası olaraq istifadə etdiyi Sinpo limanından - Şimali Koreyanın şərqindən raket atıldığını bildirib. Raket Yapon dənizi kimi bilinən Şərq dənizinə düşüb.

Yaponiya Baş naziri Fumio Kişida isə iki ballistik raket atıldığını söyləyib və sınaqları "çox kədərli" olaraq xarakterizə edib.

 

Göründüyü kimi, Cənubi Koreya öz silahlarını inkişaf etdirərkən, Şimali Koreya raket sınaqlarını davam etdirir. Hərbi mütəxəssislərə görə, bu vəziyyət Koreya yarımadasında silah yarışına çevrilib.

Seul da bu yaxınlarda sualtı raket buraxmışdı. Üstəlik, bu həftə Cənubi Koreyada keçirilən müdafiə sərgisinin indiyə qədərki ən böyük sərgi olduğu söylənilir. Cənubi Koreya tezliklə kosmosa öz raketini də buraxacaq.

Xatırladaq ki, Koreya yarımadasını iki ölkəyə bölən Koreya müharibəsi 1953-cü ildə atəşkəslə başa çatsa da, Şimali və Cənubi Koreya texniki cəhətdən hələ də müharibədə şəraitindədir.

Şimali Koreya lideri Kim Çen In keçən həftə Koreya yarımadasında yenidən müharibə istəmədiyini, ancaq ölkəsinin düşmənlərinə qarşı özünü müdafiə etmək üçün silah hazırlamağa davam etməsinin lazım olduğunu söyləmişdi.

ABŞ-ın Şimali Koreya üzrə xüsusi nümayəndəsi Son Kim Bayden administrasiyasının Şimali Koreya ilə heç bir şərt qoymadan danışıqlara açıq olduğunu bir daha bəyan etdi. Hansı ki, ABŞ və Şimali Koreya arasındakı əvvəlki danışıqlar, nüvəsizləşdirmə mövzusunda əsas fikir ayrılıqları ilə pozuldu.

Amerika Birləşmiş Ştatları sanksiyaların yumşaldılmasından əvvəl Şimali Koreyanın nüvə silahlarından imtina etməsini istəyir, lakin Şimali Koreya bu tələbi indiyədək rədd edib.