Axtarış
The search found 106374 results in 0.055 seconds.
Search results
Bakıda kütləvi dava - Hücuma məruz qalan türk iş adamının Əyyubovlarla nə əlaqəsi var? / VİDEO
Dünən Bakıda yerləşən tikinti şirkətlərindən birinin ərazisində kütləvi dava baş verib.
Muxalifet.az xəbər verir ki, “haqqin.az”-ın məlumatına görə, Nərimanov rayonunda "Okuklu Holding"in rəhbəri Yılmaz Okuklu ilə bir qrup şəxs arasında dava düşüb. Hadisə yerinə polis çağırılıb. Hadisə zamanı Yılmaz Okuklu sosial mediada canlı yayım açaraq bir neçə nəfərin ona hücum etdiyini iddia edib. Hadisənin biznes mübahisəsindən qaynaqlandığı ehtimal olunur.
Muxalifet2 - 9-02-2026
"Hürriyyət"in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadılıb
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) "Hürriyyət" qəzeti və "Hürriyyət TV"də keçirdiyi əməliyyat zamanı saxlanılan baş redaktor Vüqar Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Muxalifet.az xəbər verir ki, Səbail rayon Məhkəməsində keçirilən prosesdə bununla bağlı qərar elan olunub.
Qərara əsasən, Vüqar Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 4 ay uzadılıb.
Muxalifet2 - 9-02-2026
“Nar”ın tərəfdaşlığı ilə “GəncVİZYON” ideyatonu uğurla başa çatıb
Sərfəli mobil operator “Nar”ın tərəfdaşlığı ilə Gənclər Fondu tərəfindən Gənclər Gününə həsr olunmuş “GəncVİZYON” ideyatonu uğurla yekunlaşıb.
Muxalifet2 - 9-02-2026
Əli Kərimlinin həbs müddəti uzadılıb
AXCP sədri Əli Kərimlinin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
APA xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli barəsində Səbail Rayon Məhkəməsində təqdimata baxılıb.
Məhkəmə onun barəsində seçilmiş həbs qətimkan tədbirini 4 ay müddətinə uzadılması barədə qərar qəbul edib.
Muxalifet2 - 9-02-2026
ZÜLFÜQARLILARIN AVTOMOBİLİ İLƏ ÖLÜM İŞİ – Ramiz Mehdiyevin qardaşı oğlu hansı qərarı verəcək?
Bu gün Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Şükür Məmmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. O, ötən il yanvarın 22-də Nizami rayonu ərazisində, Neftçilər metrostansiyasının yaxınlığında idarə etdiyi “Tofaş Doğan” markalı 10-MR-644 dövlət nömrə nişanlı avtomobillə piyada keçidi üzərində 33 yaşlı Pirizadə Günay Əli qızını vuraraq öldürməkdə təqsirləndirilir.
Muxalifet2 - 11-02-2026
Sökülən obyektlə bağlı qalmaqal yarandı - Tikinti şirkəti vətəndaşın mülkünü dağıdıb / VİDEO
Cəlilabad rayon sakini, 36 yaşlı Nəriman Həsənov ona məxsus qeyri-yaşayış sahəsinin qanunsuz şəkildə dağıdıldığını bildirir.
Baku TV-nin qaynar xəttinə müraciət edən şikayətçinin sözlərinə görə, ərazidə söküntü işləri "Jalilabad Residence" tərəfindən həyata keçirilib.
Muxalifet2 - 11-02-2026
AVROPADA 5 İLƏ, AZƏRBAYCANDA İSƏ... - Mənzil almaq hansı ölkələrdə daha rahatdır? / SİYAHI
Azərbaycanda son illər əmlak bazarında ciddi bahalaşma müşahidə edilir. Xüsusən də paytaxt Bakıda artıq ev sahibi olmaq sözün əsl mənasında mümkünsüz bir hala çevrilib.
Muxalifet2 - 13-02-2026
Kadırovun oğlu Moskvada əməliyyat edilib – Görmə sinirinin də zədələndiyi iddia olunur
Çeçenistan rəhbərinin oğlu Adam Kadırovun Qroznıda baş vermiş yol-nəqliyyat hadisəsindən sonra Moskvada müalicə aldığı xəstəxanada dalağının çıxarıldığı iddia olunur.
Bu barədə “Novaya qazeta Evropa” öz mənbələrinə istinadla məlumat yayıb. Məlumatın rəsmi təsdiqi yoxdur.Nəşrin yazdığına görə, 18 yaşlı Adam Kadırov paytaxtdakı Botkin Hospital xəstəxanasında təxminən üç həftə müalicə alıb. Bildirilir ki, o, dalağın çıxarılması əməliyyatına məruz qalıb.
Muxalifet2 - 13-02-2026
MEHDİYEVİN EVİNDƏN 17 MİLYON ÇIXIB - Əməliyyat görüntüləri / VİDEO
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə cinayət yolu ilə qazanılmış əmlakın leqallaşdırılması ilə bağlı verilmiş ittihamın həcmi açıqlanıb.
Muxalifet.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin yaydığı məlumatda bu barədə qeyd edilib.
Məlum olub ki, Ramiz Mehdiyev 13 oktyabr 2025-ci il tarixinədək olan müddətdə cinayət yolu ilə əldə edilmiş 17.000.000 manatdan artıq pul vəsaitini leqallaşdırıb.
Muxalifet2 - 13-02-2026
Baş həkimin ardınca uzanan qalmaqal seriyası - Nigar Məhəmmədovanın adı yenə ÖLÜM İŞİNDƏ?
Xəbər verdiyimiz kimi, paytaxtda növbəti dəfə estetik prosedur zamanı qadın həyatını itirib.
Hadisə fevralın 10-da Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsində fəaliyyət göstərən "Medi Hall" tibb müəssisəsində baş verib. Bədənşəkilləndirmə əməliyyatına girən 41 yaşlı (1983-cü il təvəllüdlü) Nigar İsmayılovanın səhhəti prosedurdan sonra kəskin şəkildə pisləşib.
Həkimlərin səylərinə baxmayaraq, pasiyent fevralın 13-də dünyasını dəyişib.
Muxalifet2 - 16-02-2026
HEYDƏROVUN ADI KEÇƏN DƏLƏDUZLUQ - Xalq artistinin kürəkəninə qarşı 100 minlik ittiham
Bakı şəhər sakini Elşən Mahmudbəyli mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni Rüfət Qasımzadəni dələduzluqda ittiham edir.
Musavat.com-a müraciət edən şikayətçi iddia edir ki, Qasımzadə digər iki nəfərlə birləşərək onun 55, dostunun isə 50 min dollarını dələduzluqla ələ keçirib. Onun sözlərinə görə, R. Qasımzadə indiyə kimi mənimsədiyi pulun 8 min dollarını geri qaytarıb:
Muxalifet2 - 16-02-2026
Müğənni Ruhi Əliyevanın bacısının əri həbs edildi
Bakı şəhər prokurorluğunun keçmiş müstəntiqi Müşfiq Abbasov həbs edilib.
Muxalifet.az xəbər verir ki, Yasamal Rayon Məhkəməsi prokurorluğun müraciəti əsasında belə qərar qəbul edib.
Qərara əsasən, M.Abbasova inzibati qaydada 15 sutka həbs verilib. O, internetdə yayılması qadağan edilən məlumatları paylaşmaqda təqsirli bilinib..
Muxalifet2 - 23-02-2026
ADP RUSİYALI DEPUTATIN CAVABINI VERDİ
"Keçmiş imperiya və ya totalitar idarəçilik dövründə baş vermiş hüquq pozuntularının müzakirəsini “rusofobiya” kimi qələmə vermək tarixi məsuliyyətdən yayınmaq cəhdidir"
Muxalifet2 - 23-02-2026
Saleh Məmmədova villa tikən məmur dövlətin texnikalarını özü üçün işlədirmiş
Xəbər verdiyimiz kimi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) aparılan yoxlamalar zamanı keçmiş sədr Saleh Məmmədovun və komandasının yüz milyonlarla talama faktı üzə çıxıb.
Qeyd edək ki, bu yoxlamalar Sahil Babayevin maliyyə naziri təyinatından sonra başlanılıb.
Muxalifet2 - 28-02-2026
Xameneinin öldürüldüyü rəsmən təsdiqləndi - AÇIQLAMA / YENİLƏNİB
İran hökuməti Ali Rəhbər Əli Xameneinin ölümü ilə bağlı 40 günlük milli matəm elan edib.
“Əl-Cəzira” xəbər verir ki, hökumət dövlət idarələrinin 7 gün müddətinə bağlanması ilə bağlı qərar qəbul edib.
“IRIB News”un məlumatına görə Xamenei vəzifə borcunu yerinə yetirdiyi zaman həlak olub. Hücumun şənbə gününün erkən saatlarında baş verdiyi bildirilir.
*** 06:08
İran İslam Respublikasının Ali Rəhbəri Əli Xamenei ABŞ-ın hücumları nəticəsində öldürülüb.
Bu barədə İran Dövlət Televiziyası məlumat yayıb.
Muxalifet2 - 1-03-2026
İrana hücum zamanı Azərbaycan vətəndaşı xəsarət alıb - 30 NƏFƏR QURU SƏRHƏDDİNİ KEÇİB
"İndiyə qədər yalnız bir nəfər vətəndaşımız xəsarət alıb".
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin regionda hərbi eskalasiya şəraitində vətəndaşlarımızın vəziyyəti ilə bağlı sorğuya cavabında bildirilib.
Qeyd edilib ki, böhran vəziyyətinə uyğun olaraq, bölgədə yerləşən Səfirliklərimiz və Baş konsulluqlarımız fəaliyyətini gücləndirilmiş rejimdə davam etdirir:
Muxalifet2 - 1-03-2026
SEPAH qərargahları belə vuruldu - VİDEO
İsrail Hərbi Hava Qüvvələri ABŞ ilə koordinasiyalı şəkildə həyata keçirdiyi əməliyyatın ilk rəsmi kadrlarını paylaşıb.
Videogörüntülərdə Tehran və ətrafındakı hərbi infrastrukturun, o cümlədən SEPAH-ın qərargahlarının dəqiqliklə vurulma anları əks olunub.
Muxalifet2 - 1-03-2026
"XAMENEİ ÖLDÜRÜLÜB" - ABŞ prezidentindən açıqlama / Yenilənib
ABŞ Prezidenti Donald Tramp İrana növbəti dəfə xəbərdarlıq edib.
Donald Tramp İranın daha sərt zərbə endirəcəyi ilə bağlı bəyanatların olduğunu deyib: "Lakin bunu etməsələr yaxşıdır. Çünki bunu etsələr, biz də onlara indiyədək görülməmiş güclə zərbə endirəcəyik”.
Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranın Ali Rəhbəri Əli Xameneinin qisasını alacağını, daha güclü, misli görünməmiş zərbələr endiriləcəyini bəyan edib.
*** 01:48
ABŞ Prezidenti Donald Tramp Xameneinin öldürüldüyünü bəyan edib.
Muxalifet2 - 1-03-2026
İsrail Tehrana hava zərbəsi endirir - YENİLƏNİB
İsrail Hərbi Hava Qüvvələri Tehrana genişmiqyaslı hava zərbələri endirir.
Bu barədə “The Times of Israel” məlumat yayıb.
Qeyd edilib ki, İsrail Hərbi Hava Qüvvələri Tehranın mərkəzində rejiminin hədəflərinə qarşı genişmiqyaslı hava zərbələri endirir.
Bildirilib ki, son 24 saat ərzində İsrail Hərbi Hava Qüvvələri bir sıra zərbələr endirib, məqsəd “hava üstünlüyünü təmin etmək və Tehrana yol açmaq”dır.
*** 12.37
İsrail Ordusu İrana qarşı son hücumlarının başlamasından bəri ilk dəfə Tehrana hava zərbəsi endirib.
Muxalifet2 - 1-03-2026
SƏKKİZ İL PREZİDENT OLDU, BİR GECƏDƏ “AYƏTULLAH” - Xamenei kim idi?
2025-ci ilin iyununda baş verən 12 günlük müharibədən səkkiz ay sonra İran yenidən ABŞ və İsrailin hədəfinə çevrildi. İsrail və ABŞ əsas hədəflərindən birinin İranın ali lideri Əli Xamenei olduğunu açıqladı. Gecə saatlarından ABŞ və İsrail onun öldürüldüyünü desə də, Tehran bu məlumatı təkzib edərək, Xameneinin “təhlükəsizlikdə” olduğunu bildirdi.
Nəhayət, İsrail onun səhər saatlarında təşkil edilmiş hücumlarda öldüyünü açıqladı. Ardınca ABŞ Prezidenti bu faktı elan etdi.
Muxalifet2 - 1-03-2026




















