Axtarış

The search found 106374 results in 0.027 seconds.

Search results

  1. 2026-cı İLDƏ UKRAYNANI NƏ GÖZLƏYİR? - Müharibənin gedişi ilə bağlı 3 ssenari

    Kremlin “3 günə Kiyevi alacağı”, Donald Trampın isə “24 saata bitirəcəyi” müharibə 2026-cı ilə qədəm qoyub və çoxları Ukrayna müharibəsinin bu il də bitməyəcəyini proqnozlaşdırır.

    "The Wall Street Journal" qəzeti 2026-cı ildə Ukraynadakı hadisələrin necə inkişaf edə biləcəyi ilə bağlı üç ssenari irəli sürüb.

    Muxalifet2 - 29-01-2026

  2. İranın vurulmasına qarşı koalisiya - NƏ BAŞ VERİR?

    Birləşmiş Ştatlar İran ətrafında hərbi qüvvələrinin sayını hər keçən gün artırır. ABŞ təkcə bir həftə ərzində Yaxın Şərqə təxminən 20 hərbi reys həyata keçirib. Bu arada Körfəzdə Amerika hərbi obyektlərindən birinə ev sahibliyi edən BƏƏ-nin Xarici İşlər Nazirliyi hava məkanının, ərazisinin və ya sularının İrana qarşı hər hansı bir hərbi əməliyyatda istifadəsinə icazə verməmək öhdəliyini bir daha təsdiqləyib.

    Muxalifet2 - 29-01-2026

  3. Bakıda daha bir icra başçısı müavinini İŞDƏN ÇIXARDI

    Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin (RİH) başçısının müavini Etibar Əhmədov vəzifəsindən azad olunub.

    Muxalifet.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Rafiq Quluyev əmr imzalayıb.

    Qeyd edək ki, E.Əhmədov 1956-cı ilin oktyabrın 24-də Balakən rayonunda anadan olub. O, 2011-ci ildən Xətai RİH başçısının müavini vəzifəsində işləyib. Ondan əvvəl isə RİH-də müxtəlif vəzifələrdə çalışıb.

    Muxalifet2 - 29-01-2026

  4. ERMƏNİSTANDA RUSİYA-QƏRB “SAVAŞI” – Azərbaycan da Rusiya dəstəkli qüvvələrin qələbəsini istəmir...

    Erməni müxalifəti və Apostol Kilsəsi Ordu Günü ilə bağlı yaydıqları bəyanatlarda Paşinyan hökumətini silahlı qüvvələri məhv etməkdə ittiham edirlər. Müxalifətin əsas hədəfi isə Baş nazirin Azərbaycanla sülh prosesinin inkişafı ilə bağlı səsləndirdiyi bəyanatlardır.

    Muxalifet2 - 29-01-2026

  5. "DEVALVASİYA HƏR GÜN BAŞ VERİR..." - Tanınmış ekspert dolları olanlara çağırış etdi

    Tanınmış ekspert Əkrəm Həsənov manatın məzənnəsi ilə bağlı tez-tez verilən “Devalvasiya olacaqmı?” sualına münasibət bildirib. Onun sözlərinə görə, Azərbaycanda faktiki olaraq devalvasiya və revalvasiya prosesi demək olar ki, hər gün baş verir.

    Ə.Həsənov qeyd edib ki, manat dollara bağlandığı üçün “sabit məzənnə” anlayışı yalnız dollar-manat münasibətinə aiddir. Lakin dolların özü dünya bazarlarında ucuzlaşdıqda və ya bahalaşdıqda, manat avtomatik olaraq digər valyutalara nisbətdə dəyər itirir və ya möhkəmlənir.

    Muxalifet2 - 29-01-2026

  6. "'Ər arvadını cinsi əlaqədə olmağa məcbur edə bilməz" - FRANSADA QANUN QƏBUL OLUNDU

    Fransa Milli Assambleyası (parlamentin aşağı palatası) rəsmi nikahlarda ərlə arvad arasında bəzi öhdəliklərin ləğvi ilə bağlı qanun layihəsini təsdiqləyib.

    Məlumatı "France 24" yayıb.

    Qanun layihəsi artıq təsiq üçün Senata (yuxarı palata) göndərilib.

    Muxalifet2 - 29-01-2026

  7. İmişlidə direktor şagirdi döyüb? - Araşdırmalar BAŞLANDI

    İmişli rayon Hacalmuradlı kənd Q.Tarverdiyev adına tam orta məktəbin direktoru Ruslan İbayevin şagirdi döydüyü iddia olunub.

    Muxalifet.az xəbər verir ki, sosial mediada paylaşılan görüntülərdə hadisənin ötən tədris ilində baş verdiyi bildirilib.

    Məsələ ilə bağlı Mil-Muğan Regional Təhsil İdarəsindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sosial mediada paylaşılan və yeniyetməyə qarşı uyğunsuz davranışın əks olunduğu görüntülərlə bağlı araşdırma aparılır:

    Muxalifet2 - 29-01-2026

  8. Azərbaycan bu ölkədən 714 inək aldı - Biri 8658 manata

    Ötən ilin yanvar-noyabr ayları ərzində Azərbaycana xarici ölkələrdən 5 min 690 baş safqanlı cins diri iribuynuzlu ev heyvanı (inək) idxal olunub.

    Muxalifet.az Yeniavaz.com-a istinadən xəbər verir ki, ölkəyə gətirilən inəklərin ümumi gömrük dəyəri 24 milyon 544 min dollar təşkil edib.

    Qeyd edək ki, ötən ilin ilk 11 ayında Azərbaycana idxal edilən bir baş inəyin orta gömrük dəyəri təxminən 4 314 dollar (7 330 manat) olub.

    Azərbaycana safqanlı cins inəklər aşağıdakı ölkələrdən gətirilib:

    Uruqvay – 714 baş (bir başın orta gömrük dəyəri 8 658 manat);

    Muxalifet2 - 29-01-2026

  9. Tramp İrana zərbə planı hazırlayır - MƏXFİ PLAN AÇIQLANDI

    İran ətrafında gərginlik yenidən yüksəlir. ABŞ prezidenti Donald Trampın Tehrana qarşı hərbi zərbələr endirməyi nəzərdən keçirdiyi bildirilir. Məqsəd isə ölkə daxilində yeni etiraz dalğasını alovlandırmaq və mümkün “rejim dəyişikliyi” üçün zəmin yaratmaqdır.

    Muxalifet2 - 30-01-2026

  10. İRANDA QAÇHAQAÇ BAŞLADI - Siyasi elita ölkəni tərk edir

    İran hökumətinə məxsus təyyarənin Rusiya istiqamətində ardıcıl uçuşu qeydə alınıb.

    Muxalifet.az xəbər verir ki, hazırda təyyarənin göyərtəsində hansı rəsmi şəxslərin olduğu barədə heç bir rəsmi məlumat açıqlanmayıb.

    Uçuşun məqsədi ilə bağlı Tehran tərəfindən susqunluq qorunur. Hadisə ABŞ–İran gərginliyinin pik həddə çatdığı, regionda hərbi toqquşma ehtimallarının açıq şəkildə müzakirə edildiyi bir vaxta təsadüf edir. Məhz bu səbəbdən sözügedən uçuş siyasi və təhlükəsizlik dairələrində ciddi suallar doğurub.

    Muxalifet2 - 30-01-2026

  11. BÖYÜK SAVAŞIN BiR ADDIMLIĞINDA - ABŞ yaxın saatlarda İranı vura bilər

    ABŞ hazırda hərbi donanmasını İran istiqamətinə doğru cəmləşdirir və bölgədə gərginlik sürətlə yüksəlir.

    Muxalifet.az xəbər verir ki, İran tərəfi amerikalı hərbi gəmilərin birbaşa hədəf altında olduğunu bildirir və rəsmi Tehranın mövqeyinə görə, istənilən zərbə bütün Yaxın Şərqi əhatə edən genişmiqyaslı müharibəyə səbəb ola bilər.

    Muxalifet2 - 30-01-2026

  12. “Qarabağ”ın rəqibi bu gün bilinəcək

    Bu gün “Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibinin adına aydınlıq gələcək.

    Bu mərhələnin püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçiriləcək.

    Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

    Liqa mərhələsini 22-ci pillədə başa vuran Azərbaycan təmsilçisi “səpələnməmişlər” səbətində yer alacaq.

    Muxalifet2 - 30-01-2026

  13. Abşeronun prokuroru vəzifəsindən azad olundu

    Abşeron rayon prokuroru Qabil Qasımov vəzifəsindən azad edilib.

    Bununla bağlı baş prokuror Kamran Əliyev Əmr imzalayıb.

    Q.Qasımovun səlahiyyət müddəti ötən gün başa çatıb.

    Yaxın günlərdə rayona yeni prokuror təyin olunacağı gözlənilir.

    Muxalifet2 - 30-01-2026

  14. "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və iki əməkdaşı saxlanıldı

    "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və daha iki əməkdaşı saxlanılıb.

    Stopnarkotik.az xəbər verir ki, prokurorluq əməkdaşları tərəfindən Ceyhun Salmanov, Elşad Məhərrəmov və Natiq Əliyev tutulub.

    Onlara Cinayət Məcəlləsinin 145.2.1 və 145.2.4-cü (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və ya daha çox şəxsə qarşı törədildikdə) maddələri ilə ittiham verilib.

    Muxalifet2 - 30-01-2026

  15. Tramp ABŞ nazirliklərini məhkəməyə verdi - 10 MİLYARD DOLLAR TƏLƏB EDİR

    ABŞ Prezidenti Donald Tramp ilk səlahiyyət müddəti ərzində vergi bəyannamələrini mediaya sızdırdığına görə ABŞ Maliyyə Nazirliyinə və Daxili Gəlir Xidmətinə (ölkənin əsas vergi yığımı agentliyi) qarşı iddia qaldıraraq ən azı 10 milyard dollar təzminat tələb edib.

    Muxalifet2 - 30-01-2026

  16. “Pensiyalar qiymət artımı ilə əriyib getməsin...” – ƏLİ MƏSİMLİ

    İqtisadçı deputat Əli Məsimli 2026-cı ildə gözlənilən pensiya artımları ilə bağlı suallara aydınlıq gətirib.

    O bildirib ki, ötən ilin ortalarından etibarən “pensiyaçılara şad xəbər” başlığı altında tezliklə pensiyaların artırılacağı ilə bağlı məlumatlar tirajlanırdı. Qanunvericiliyə əsasən, pensiyalar ildə bir dəfə artırılır və bu artım cari ildə deyil, növbəti ilin yanvarından qüvvəyə minir.

    Muxalifet2 - 30-01-2026

  17. Tanınmış iş adamı münaqişədə olduğu şəxslərin maşınına narkotik qoydurmaq istədi, ÖZÜ “İLİŞDİ” – SAXLANILANLAR VAR

    Tanınmış iş adamı onunla münaqişədə olan ana və oğlunu həbs etdirmək məqsədilə avtomobillərinə narkotik vasitə qoydurmaq istədiyi üçün həbs olunub.

    Baş Prokurorluğun İstintaq İdarəsində aparılan cinayət işi istintaqı zamanı məlum olub ki, Şəkidə fəaliyyət göstərən "Azəri koperasiyyası" MMC-nin direktoru, rayonda tanınan və maddi imkanı ilə xüsusi seçilən Tehran Lətifov onunla münaqişədə olan Sevil Səlimova və oğlu Vasif Səlimovu saxta sübutlar təqdim etmək niyyəti ilə həbs etdirmək istəyib.

    Muxalifet2 - 30-01-2026

  18. Qaradağın icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM

    Süleyman Surxay oğlu Mikayılov Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

    Muxalifet.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

    Muxalifet2 - 30-01-2026

  19. Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi BƏLLİ OLDU

    Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısı Süleyman Mikayılov vəzifəsindən azad edilib.

    Muxalifet.az xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, onun işdən çıxarılmasına səbəb son dövrlər adı bir sıra cinayət işlərində hallanan proseslərlə bağlı olub.

    Muxalifet2 - 30-01-2026

  20. Rusiya Fuad Abbasovla hesablaşmanı bitirmir – “MİSRA TV” “xarici agent” oldu

    Rusiya Ədliyyə Nazirliyi “xarici agentlər” siyahısını yeniləyib.

    Muxalifet.az musavat.com-a istinadla xəbər verir ki, siyahıya azərbaycanlı bloger Fuad Abbasova məxsus “MISRA / MİSRA TV” media layihəsi də daxil edilib.

    Nazirliyin açıqlamasında bildirilir ki, layihə Rusiya qanunvericiliyinə əsasən “xarici agent” kimi qeydiyyata alınıb. Qərar Moskvanın tənqidi mövqeyi ilə seçilən media resurslarına qarşı apardığı sərt siyasətin növbəti addımı kimi dəyərləndirilir.

    Muxalifet2 - 30-01-2026

Pages