Axtarış

The search found 106374 results in 0.043 seconds.

Search results

  1. “MÜHARİBƏ DALANA DİRƏNİB” – Rusiya daxilində narazılıq artır, Ukrayna isə...

    Rusiyanın Ukraynaya qarşı apardığı müharibə ilə bağlı həm cəbhədə, həm də informasiya məkanında yeni situasiya ortaya çıxır. Rusiya hərbi blogerləri və bəzi rəsmi şəxslər ordunun hücum imkanlarının zəiflədiyini etiraf etməyə başlayıblar.

    Muxalifet2 - 28-04-2026

  2. “Heç kimə inanmayın!” – Zalujnı müharibənin tezliklə bitəcəyinə şübhə edir

    Ukraynanın Böyük Britaniyadakı səfiri, Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı hesab edir ki, müharibənin bitəcəyi dəqiq tarixi proqnozlaşdırmaq mümkün deyil.

    Ukrayna mediası Zalujnının tələbələr qarşısındakı çıxışından bəzi tezisləri paylaşıb.

    Onun fikrincə, müharibənin bitmə tarixini proqnozlaşdırmaq bir çox amillərə görə mümkünsüzdür və onu bitirmək üçün strategiya hazırlanmalıdır.

    Muxalifet2 - 28-04-2026

  3. RUSİYA ÖZ HƏRBİ TƏYYARƏLƏRİNİ BU CÜR GİZLƏDİR – Peyk görüntüləri yayılıb / FOTOLAR

    “Sərnişinlərdən qalxan kimi istifadə olunur”

    Rusiya öz hərbi təyyarələrini mülki aerodromlara yerləşdirir və onlardan sığınacaq kimi istifadə edir.

    Bu barədə “NV” nəşri “Maxar” və “SkySat” peyk görüntülərinə istinadla məlumat verib.

    Muxalifet2 - 28-04-2026

  4. AMEA-nın vəzifəli şəxsi Türkiyədə vəfat etdi - FOTO

    Azərbaycan Milli Elmləri Akademiyasının (AMEA) vəzifəli şəxsi dünyasını dəyişib.

    Muxalifet.az Oxu.az-a istinadla xəbər verir ki, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru Yusif Şükürlü bu gün İstanbul Memorial Hospitalında vəfat edib.

    O, bir müddət əvvəl müalicə məqsədilə Türkiyəyə aparılmışdı.

    Muxalifet2 - 28-04-2026

  5. Oliqarx oğlu məhkəməni bu dəfə də uduzdu – Övladına ad-soyadını və aliment verəcək

    Bu gün, aprelin 28-də Bakı Apellyasiya Məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin cavabdeh olduğu iş üzrə məhkəmə iclası davam etdirilib.

    Muxalifet2 - 28-04-2026

  6. Bazarda qiymətlər QALXDI - Bahalaşan MƏHSULLAR

    Bu ilin mart ayında ölkəmizdə istehlak bazarında əsas dəyişikliklər meyvə və tərəvəz məhsullarında bahalaşma ilə müşahidə olunub.

    Rəsmi statistikaya əsasən, əvvəlki ayla müqayisədə meyvələrin qiyməti orta hesabla 3,6%, tərəvəzlərin qiyməti isə 3,2% artıb. Bununla yanaşı, balıq məhsulları, süd və süd məhsulları, eləcə də çörək və yarmalar üzrə də cüzi qiymət artımı qeydə alınıb. Ət məhsulları və bəzi gündəlik ərzaqlarda da az miqdarda bahalaşma müşahidə olunub.

    Muxalifet2 - 28-04-2026

  7. Azərbaycanda malların gömrük dəyəri manatla bəyan ediləcək

    Azərbaycanda malların gömrük dəyərinin milli valyuta (manat) ilə bəyan edilməsi nəzərdə tutulur.

    Bu, "Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.

    Sənəd Milli Məclisin mayın 1-də keçiriləcək növbəti plenar iclasının gündəliyinə daxil edilib.

    Bundan başqa, qanun layihəsinə əsasən, gömrük borcunun bir qisminin ödənildiyi hallarda təminatın mütənasib olaraq azadılması imkanının təmin edilməsi planlaşdırılır.

    Muxalifet2 - 28-04-2026

  8. Məşhur meyxanaçının qızı ifadə verdi: "Adımdan yazılanlara təəccüb edirəm"

    Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən "Beniz" ləqəbli tiktoker Aybəniz Xəlilovanın cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahid ifadələri dinlənilib.

    Muxalifet2 - 28-04-2026

  9. Makron PSJ - "Bavariya" matçının hesabını proqnozlaşdırdı

    Fransa Prezidenti Emmanuel Makron UEFA Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində keçiriləcək PSJ - "Bavariya" qarşılaşması barədə proqnozunu bölüşüb.

    "L'Equipe" nəşri xəbər verilir ki, dövlət başçısı Paris klubunun qələbəsinə inandığını bildirib.

    Əslində "Olimpik Marsel" azarkeşi olduğunu gizlətməyən E.Makron beynəlxalq arenada ölkə təmsilçisini dəstəklədiyini vurğulayıb:

    "Mən "Marsel" azarkeşiyəm, lakin bu gün PSJ oynayır və mən onları dəstəkləyəcəyəm! Hesabın 3:1 Paris klubunun xeyrinə olacağını düşünürəm".

    Muxalifet2 - 28-04-2026

  10. Azərbaycanda hərbi qulluqçular şəxsi jetonla təmin ediləcəklər

    Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcəklər.

    Muxalifet.az xəbər verir ki, sözügüdən məsələ Milli Məclisin mayın 1-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilən "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

    Layihəyə əsasən, onlar hərbi xidmət keçdikləri dövlət orqanları, onların strukturuna daxil olan qurumlar tərəfindən şəxsi jetonla təmin ediləcəklər.

    Muxalifet2 - 28-04-2026

  11. 77 nəfəri öldürən cani adını dəyişdi - YENİADI BƏLLİ OLDU

    Müasir dövrün ən məşhur terrorçularından biri Anders Breyvik adını dəyişdirib. 2011-ci ildə Utoyada 77 nəfəri öldürən 47 yaşlı cinayətkar indi məşhur Norveç adı daşıyır.

    Bu barədə Norveçin "Aftenposten" qəzeti məlumat verib.

    Anders Breyvik şəxsiyyətini Yan Yohansen olaraq dəyişdirib. Keçən il o, "Far Skaldigrimmr Rauskjoldr av Northriki" təxəllüsündən istifadə edirdi. Yeni ad olan Yan Yohansen Norveçdə geniş yayılıb və bu adı təxminən 600 nəfər daşıyır. Dəyişiklik Milli Reyestrdə rəsmi olaraq təsdiqlənib.

    Muxalifet2 - 28-04-2026

  12. "Ermənilər üçün “pəncərə” anlayışı yeni deyil” – İLHAM İSMAYIL

    İlham İsmayıl: “Karapetyan layihəsi birbaşa Moskvadan idarə olunur”

    Dünya siyasətinin diqqət mərkəzi Hörmüz boğazındakı gərginliyə, İran ətrafındakı hərbi-siyasi proseslərə və Ağ Evdən gələn ziddiyyətli bəyanatlara yönəldiyi bir vaxtda, regionun digər həssas nöqtəsi olan Ermənistanda təhlükəli proseslər cərəyan edir.

    Muxalifet2 - 28-04-2026

  13. İsrailin Livana zərbələri nəticəsində son sutka ərzində 13 nəfər ölüb

    Son sutka ərzində İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənub-şərqinə endirdiyi aviazərbələr nəticəsində azı 13 nəfər ölüb, 59 nəfər yaralanıb.

    Bu barədə məlumatı Livanın Səhiyyə Nazirliyi "X" sosial şəbəkə hesabında paylaşıb.

    "Martın 2-də hərbi eskalasiya başlayandan bəri ölənlərin ümumi sayı 2 534-ə, yaralananların sayı isə 7 863-ə çatıb", - nazirliyin məlumatında qeyd olunub.

    Bildirilib ki, İsrailin Livanın cənubunda və şərqindəki "Hizbullah" obyektlərinə hücumlarını davam etdirdiyini nəzərə alaraq, ölənlərin və yaralananların sayı arta bilər.

    Muxalifet2 - 28-04-2026

  14. Trampın ziyafətində güllə atan müəllimə ağır ittihamlar irəli sürülüb

    Vaşinqtondakı federal məhkəmə Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulu zamanı baş verən atışmada şübhəli bilinən Kol Tomas Allenə qarşı ittiham irəli sürüb.

    İttihamlara ABŞ prezidentinə sui-qəsd cəhdi, zorakı cinayətin törədilməsində odlu silahdan istifadə və ağır cinayət törətmək niyyəti ilə odlu silahın ştatlararası daşınması daxildir.

    ABŞ prokuroru Coslin Ballantin bildirib ki, Allen ABŞ prezidentinə sui-qəsd cəhdi edərkən bir neçə ştatın sərhədini keçib.

    Məlumata görə, o, 12 kalibrli ov tüfəngi, üç bıçaq və digər silahlar daşıyırdı.

    Muxalifet2 - 28-04-2026

  15. Norveçdə 16 yaşdan kiçik uşaqlara sosial şəbəkə qadağası

    Norveç hakimiyyəti 2026-cı ilin sonuna qədər parlamentə 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan edən qanun layihəsi təqdim edəcək. Bu barədə Norveç hökumətinin saytında məlumat verilib.

    Muxalifet2 - 28-04-2026

  16. Polşa rusiyalı arxeoloqu azadlığa buraxıb - Lukaşenko kömək edib

    Polşada həbsdə olan və Ukraynaya ekstradisiya olunmaq təhlükəsi ilə üzləşən rusiyalı arxeoloq Aleksandr Butyagin məhbus mübadiləsi çərçivəsində azadlığa buraxılıb.

    Polşanın xarici işlər naziri Radoslav Sikorski bu barədə açıqlama verib.

    "Öz tərəfimizdən rusiyalı tarixçini azad etdik. Bu, Ukraynaya ekstradisiya edilməli olan bir adam idi", - Sikorski TVP Info tərəfindən yayımlanan mətbuat konfransında bildirib.

    Muxalifet2 - 28-04-2026

  17. ABŞ Rusiyanın BMT-dəki nümayəndə heyətinin üzvünə viza verməyib

    Amerika Birləşmiş Ştatları (ABŞ) Rusiyanın BMT-dəki nümayəndə heyətinin üzvünə İnformasiya Komitəsinin sessiyasında iştirak etmək üçün viza verməyib.

    APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.

    O ümid etdiyini qeyd edib ki, BMT Katibliyi arbitraj prosedurlarının başlanması da daxil olmaqla, bu pis siyasiləşdirilmiş praktikanı dayandırmaq üçün hərtərəfli tədbirlər görəcək.

    Muxalifet2 - 28-04-2026

  18. Avtoxuliqanlıq edib videosunu sosial şəbəkədə paylaşan sürücü həbs edilib - VİDEO

    Yasamal RPİ-nin DYP Şöbəsinin əməkdaşları tərəfindən avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkaranə şəkildə pozan və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan "BMW" markalı, 90-UC-211 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Orxan Kamilli saxlanılıb.

    Muxalifet2 - 28-04-2026

  19. İranın Böyük Britaniyadakı səfiri XİN-ə çağırılıb

    İranın Böyük Britaniyadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

    Bu barədə "Sky News" məlumat yayıb.

    Muxalifet2 - 28-04-2026

  20. Azərbaycan və Monteneqro arasında siyasi məsləhətləşmələr baş tutub

    Podqoritsa şəhərində Azərbaycan Respublikası və Monteneqro Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

    Bu barədə Azərbaycan XİN məlumat yayıb.

    Muxalifet2 - 28-04-2026

Pages