Axtarış
The search found 106374 results in 0.089 seconds.
Search results
“İRANA QARŞI HƏRBİ ƏMƏLİYYATLAR LABÜDDÜR” – “ABŞ-İsrail qüvvələrinə qarşı ciddi müqavimət olmayacaq”
Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli İran ətrafında baş verən proseslərlə bağlı azpolitika-nın nın suallarını cavablandırıb. Muxalifet.az həmin müsahibəni oxucularına təqdim edir:
- Qabil bəy, İrana qarşı hərbi əməliyyatlar hansı miqyasda gözlənilir?
Muxalifet2 - 2-02-2026
NAXÇIVANIN KONSTİTUSİYASINDA DƏYİŞİKLİKLƏR - Ali Məclisin səlahiyyətləri azaldıldı...
Milli Məclis Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına Ali Məclisin və Naxçıvan Nazirlər Kabinetinin səlahiyyətləri ilə bağlı yeni maddələrin əlavə edilməsini ikinci səsvermədə təsdiqləyib.
Bununla bağlı "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Konstitusiya qanununun layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü plenar iclasında növbəti dəfə müzakirəyə çıxarılıb.
Muxalifet2 - 2-02-2026
Səlim Müslümovun milyonluq evi və obyekti satılır
27 milyon manatlıq mənimsəmədə təqsirli bilinən sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müsadirə edilmiş evi və obyekti satışa çıxarılır.
Muxalifet.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, iki əmlakın ümumi satış qiyməti 1 milyon 376 min manat təşkil edir.
- Yasamal rayonu, Mirzə İbrahimov küçəsində 370,4 kv.m sahəsi olan yaşayış evi, satış qiyməti: 926 250 manat;
- Səbail rayonu, Azadlıq prospektində qeyri-yaşayış sahəsi, satış qiyməti: 450 000 manat.
Muxalifet2 - 2-02-2026
“İXTİSARLAR ÇOXALIB...” – “Bu, dövlətimizi təhlükələrlə üz-üzə qoya bilər”
“Son dövrlərdə bir sıra dövlət qurumlarında çoxsaylı insanlar ixtisar olunur. “Bakı Metropoliteni”ndə, “Xəzər Dəniz Gəmiçiliyi”ndə, kommunal sistemlərdə xeyli ixtisarlar var”.
Bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
Muxalifet2 - 2-02-2026
Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu - FOTO
Hazırda təqaüddə olan polis general-mayoru Nazim Əliyevin özünə dəbdəbəli toy etməsi barədə xəbər böyük rezonansa səbəb olub.
Qeyd edək ki, özündən 35 yaş kiçik xanımla ailə quran generalın toy görüntüləri ilə bağlı minlərlə sosial şəbəkə istifadəçisi fərqli-fərqli fikir səsləndirib.
Onlar arasında Prezidentin Təhlükəsizlik Şurası katibinin müavini general-polkovnik Mədət Quliyev də var.
Muxalifet2 - 2-02-2026
Oliqarx oğlunun 200 minlik maşınına həbs qoyulub - SƏBƏB
SOCAR-ın sabiq vitse-prezidenti, oliqarx Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə qızı Nil İsmayılzadənin saxlanılması üçün müəyyən olunan alimenti 2 aylıq gecikmə ilə ödəyib.
Musavat.com xəbər verir ki, illərdir davam edən məhkəmə çəkişmələrinin sonucunda Sabunçu rayon Məhkəməsi Orxan İsmayılzadəni Nil İsmayılzadənin atası olmasını verdiyi qətnamə ilə təsbit edib.
Muxalifet2 - 2-02-2026
67 yaşında özünə toy edən general tanınmış nəslin nümayəndəsi imiş - VİDEO/FOTO
Bu günlərdə özünə toy edən 67 yaşlı, ehtiyatda olan general Nazim Əliyev maraqlı məlumat üzə çıxıb.
Milli.az xəbər verir ki, bu barədə jurnalist Elman Cəfərli qeyd edib.
O bildirib ki, general əslən Ağdamın Quzanlı kəndindəndir və hörmətli nəslin nümayəndəsidir:
Muxalifet2 - 2-02-2026
Generala ərə gedən xanım digər generalın bacısı qızıdır
Azərbaycanda 67 yaşlı general-mayor Nazim Əliyevin özündən 35 yaş kiçik xanımla ailə qurub. Məlumata görə, general-mayorun ailə həyatı qurduğu şəxs 33 yaşlı Həcər Mirzəyevadır.Muxalifet2 - 2-02-2026
“Baku Medical Plaza”da əməliyyat səhv icra olunub - Tanınmış cərrah təzminat ödəyəcək
“İnternational Medical Centre-Bakı” və tanınmış cərrah Mübariz Məmmədliyə qarşı sağlamlığa vurulmuş ziyana görə təzminat tələbi ilə məhkəmə iddiası qaldırılıb.
Muxalifet.az teleqraf.az-a istinadla xəbər verir ki, zərərçəkmiş şəxs qismində Zöhrə Məmmədova tanınıb.
O, iddiasına sağlamlığına vurulmuş zərərə görə, qarşı tərəfdən 24700 manat təzminat tələb edib.
Muxalifet2 - 4-02-2026
Əliyevlə Paşinyanın geniş tərkibdə görüşü keçirildi - RAZILIQ ƏLDƏ OLUNDU / YENİLƏNİB
Azərbaycan və Ermənistan ikitərəfli ticarət və iqtisadi əməkdaşlığı genişləndirmək üçün imkanları araşdırmağı davam etmək barədə razılığa gəliblər.
Muxalifet.az "Report"a istinadən xəbər verir ki, bu razılıq Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə əldə olunub.
Məlumatda qeyd olunub ki, tərəflər hər iki cəmiyyətin sülhün faydalarına real həyatda şahid olduqlarını qeyd ediblər.
Muxalifet2 - 4-02-2026
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, Rusiya prokurorluğuna haqq ödəyir - QARABAĞ QAZİSİ
Qarabağ qazisi Məğrur Bədəlli Milli Məclisin sədri Sahibə Qafarovaya, sədr müavini Ziyafət Əsgərova, Milli Məclisi Aparatının rəhbəri Fərid Hacıyevə, deputatlar Arzu Nağıyev və Əminə Ağazadəyə, Hesablama Palatasının sədri Vüqar Gülməmmədova və Korrupsiyaya Qarşı Mübarizə Komissiyasına müraciət edib. Muxalifet.az müraciəti olduğu kimi dərc edir:
Muxalifet2 - 4-02-2026
PREZİDENT SALEH MƏMMƏDOVU İŞDƏN ÇIXARDI - Yerinə Vüsal Nəsirli təyin olundu + DOSYE / Yenilənib
Saleh Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
Muxalifet.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Prezidentin digər Sərəncamı ilə Vüsal Nəsirli (AAYDA) İdarə Heyətinin sədri təyin edilib.
Vüsal Nəsirli bundan öncə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini olub.
Muxalifet2 - 7-02-2026
SALEH MƏMMƏDOV VƏKİL OLACAQ? - 57 yaşında hüquqşünas diplomu alan məmurun “uzaqgörənliyi”
Azərbaycan təhsilinin, elminin problemləri o qədər nəhəngdir ki, şagirdin müəllimi güllələməsi az qala bu problemlərin kölgəsində qalan sıradan kriminal hadisə kimi görünür. Həmin problemlərdən biri də məmurların, deputatların (yaxşı pullanandan sonra) ikinci ali təhsil eşqinə düşməsi və bu “sevginin” Azərbaycan təhsil sistemini idarə edənlər tərəfindən (məlum şərtlər daxilində) məmnuniyyətlə “vüsala çatdırılmasıdır”…
Muxalifet2 - 7-02-2026
GÜLLƏLƏNƏN TƏHSİLİMİZ... - “İdrak” var, dərrakə yoxdur...
Cəmiyyətin baş tacı olmalı olan müəllim səssiz-səmirsiz hüquqsuz, müti, hörmətsiz birinə çevrilib...
Dövlət, cəmiyyət təhsil və onun əsas aparıcı qüvvəsi olan müəllimin üzərində ictimai, iqtisadi, mənəvi “eksperimentlər” aparanda, bunun yaxşı heç nəyə gətirib çıxarmayacağı zatən bəlli idi. Dünən “İdrak” adlı liseydə müəllimin 10-cu sinif şagirdi tərəfindən güllələnməsini həmin “eksperimentlər”in təzahürü və cəmiyyətə, dövlətə siqnal kimi qəbu etmək daha doğru olardı…
Muxalifet2 - 7-02-2026
43 YAŞLI GENERAL- LEYTENANT TƏQAÜDƏ GÖNDƏRİLDİ - Yerinə general-mayor təyin olunub / FOTO
Dövlət Sərhəd Xidməti (DSX) Mərkəzi Aparatının sabiq rəhbəri general-leytenant Babək Qurbanov təqaüdə göndərilib.
Muxalifet.az xəbər verir ki, bu barədə “Qafqazinfo” məlumat yayıb.
Muxalifet2 - 7-02-2026
Daha bir şirkət "etibarsız təchizatçı" oldu - Tenderlərdə cəmi 1 il iştirak edə bildi / SİYAHI
Azərbaycanda dövlət satınalmaları üzrə «etibarsız təchizatçı»ların sayı artır.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin qərarı ilə «Attex Tender» Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) etibarsız təchizatçılar siyahısına əlavə edilib.
Muxalifet2 - 7-02-2026
Alidə Mustafayeva icra başçısı olan ərindən ayrılıb? - AÇIQLAMA
Ağstafa Rayon İcra Hakimiyyətinin rəhbəri Seymur Orucovla aparıcı Alidə Mustafayevanın boşanması haqda məlumatlar yayılıb.
Muxalifet.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, aparıcı iddialarla əlaqədar açıqlama yayıb.
O, yayılan informasiyaları təkzib edib: “Media nümayəndələrini məlumatları paylaşmazdan əvvəl rəsmi mənbələrlə yoxlamağa, peşə etikası və məsuliyyət prinsiplərinə riayət etməyə çağırıram. Dezinformasiyanın yayılması hüquqi və ictimai məsuliyyət yaradır.”
Muxalifet2 - 7-02-2026
Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinindir - Atası biznesmen, babası isə...
"İdrak" liseyində şagirdin müəllimini güllələməsi ilə nəticələnən dəhşətli hadisə cəmiyyətdə ciddi rezonans doğurub.
Güllələnən müəllim Şəhla Kamilova ilə bağlı təfərrüatlı informasiyaların mövcudluğuna baxmayaraq, hadisəni törədən şagirdlə bağlı kifayət qədər az bilgi var.
Bütün ölkənin danışdığı antiqəhrəman haqqında bəzi məlumatlar əldə edilib. Belə ki, hadisəni törətməkdə şübhəli bilinən şagirdin kimliyi ilə bağlı yeni detallar üzə çıxıb.
Muxalifet2 - 7-02-2026
AAYDA-da “HƏMZƏYEV PİRAMİDASI” – Məmmədov “yağlı” vəzifələri maliyyə rəsinin qohumlarına tapşırıb
Ötən həftə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəhbəri Saleh Məmmədov vəzifəsindən azad edilib, onun yerinə Vüsal Nəsirli təyin olunub. Yerli mediada adıçəkilən qurumda baş verən nöqsanlarla bağlı məlumatlar paylaşılır və AAYDA rəhbərliyi tərəfindən hələ ki, təkzib olunmayıb.
AAYDA-danın Maliyyə İdarəsinin rəisi Müseyib Həmzəyev bir neçə ay əvvəl övladına dəbdəbəli toy mərasimi keçirməsi ilə bağlı gündəmə gəlib - tribuna.az xatırladır.
Muxalifet2 - 9-02-2026
NAXÇIVANA YENİ BAŞ NAZİR TƏYİN OLUNDU - Cabbar Musayev kimdir? / DOSYE
Naxçıvan Muxtar Respublikasına (MR) yeni Baş naziri təyin olunub.
Muxalifet.az xəbər verir ki, bununla bağlı Naxçıvan MR Ali Məclisi qərar qəbul edib.
Belə ki, Azərbaycan Prezidentinin təqdimatı əsasında Cabbar Musayev MR-in yeni Baş naziri təyin olunub.
Muxalifet2 - 9-02-2026




















