Axtarış

The search found 106374 results in 0.055 seconds.

Search results

  1. Ukrayna Novorossiyski vurdu – ABŞ-nin tələbinə məhəl qoyulmadı / VİDEO

    Ukrayna Rusiyanın Novorossiysk limanına növbəti dəfə hücum edib.

    Muxalifet.az xəbər verir ki, “Bloomberg”-in məlumatına görə, liman Ukrayna dəniz PUA-sı ilə vurulub. Nəticədə Şesxaris neft terminalında güclü partlayış və yanğın baş verib.

    Qubernator Veniamin Kondratyev bildirib ki, Novorossiysk və Krasnodar diyarının digər şəhərləri gecə ərzində Ukrayna dronları tərəfindən hücuma məruz qalıb. Ərazidə yanğın baş verib.

    Muxalifet2 - 2-03-2026

  2. Müharibə İran-Azərbaycan ticarətinə necə təsir edəcək? – İqtisadçı faktları və gözləntiləri açıqladı

    İranda baş verən savaş region dövlətləri üçün yalnız hərbi deyil, həmçinin iqtisadi baxımdan da təsirsiz ötüşməyə bilər.

    Bəs müharibənin Azərbaycan iqtisadiyyatına hansı təsirləri ola bilər?

    İqtisadçı millət vəkili Vüqar Bayramov Azərbaycan ilə İran arasında ticarət dövriyyəsinin 2025-ci ildə əvvəlki ilə nisbətən cüzi dəyişərək 644 milyon dollar olduğunu xatırladır. “2024-cü ildə bu göstərici 647 milyon dollar idi”, - o qeyd edir.

    Muxalifet2 - 2-03-2026

  3. “İNFLYASİYA VAR, İPOTEKA İLƏ EV ALIN...” – “Qiymətlər ucuzlaşmayacaq, amma artım da dayanacaq”

    Mənzil sahibi olmaq Azərbaycanda yüzminlərlə vətəndaş üçün əsas məqsədlərdən biridir. Amma son illərdə daşınmaz əmlak bazarında qiymətlərin sürətlə artması bu arzunu reallaşdırmağı daha da çətinləşdirib. Xüsusilə paytaxt və ətraf bölgələrdə mənzil qiymətlərinin kəskin yüksəlməsi alıcıların seçim imkanlarını məhdudlaşdırır.

    Muxalifet2 - 2-03-2026

  4. Əhmədinejadın ölüm xəbəri təkzib olundu – Eks-prezident sağdır...

    İran mediası ölkənin sabiq Prezidenti Mahmud Əhmədinejatın həlak olması ilə bağlı yayılan məlumatları təkzib edib.

    Xatırladaq ki, martın 1-də İranın ILNA agentliyi ABŞ və İsrailin Tehrana birgə zərbəsi nəticəsində İranın altıncı prezidentinin öldüyü barədə xəbər yaymışdı. Məlumata görə, Əhmədinejad paytaxtın Narmak rayonundakı iqamətgahında olub və həmin ərazi hücum hədəflərindən biri sayılıb. Lakin az sonra xəbər agentliyin saytından silinib. İranın rəsmi qurumları isə məlumatı təsdiqləməyib.

    Muxalifet2 - 2-03-2026

  5. Xameneinin təhlükəsizlik xidmətinin ölümcül səhvi – MKİ onun yerini yüz faiz dəqiqliklə təyin edə bildi

    “ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) bir neçə ay ərzində İranın Ali dini lideri ayətullah Əli Xamenei üzərində müşahidə aparıb və fevralın 28-i səhər saatlarında onun iqamətgahında yüksək vəzifəli iranlı rəsmilərin toplantısının keçiriləcəyini müəyyən edib”.

    Bu barədə “The New York Times” qəzeti vəziyyətlə tanış mənbələrə istinadla yazıb.

    Muxalifet2 - 2-03-2026

  6. Sumqayıtlı olimpiada çempionu: Kiçik yaşda böyük nailiyyətlər - MÜSAHİBƏ / FOTOLAR

    Sumqayıt şəhərində yerləşən Sumqayıt İdrak Liseyinin 5-ci sinif şagirdi Abbaslı Məhəmməd Anar oğlu artıq kiçik yaşlarından beynəlxalq olimpiada və müsabiqələrdə qazandığı uğurlarla diqqət çəkir. O, 1-ci sinifdən etibarən olimpiadalara maraq göstərib, qısa müddətdə həm riyaziyyat, həm məntiq, həm də ingilis dili üzrə müxtəlif beynəlxalq yarışlarda qızıl və gümüş medallara layiq görülüb.

    Muxalifet2 - 2-03-2026

  7. ŞƏXSİ ƏDAVƏT VƏ MƏMUR ÖZBAŞINALIĞI: Qanunsuz göstərişlər və dağıdılmış bir həyat

    Mənim yaşadıqlarım birbaşa olaraq icra başçısı Əziz Əzizovun qanunsuz göstərişləri və şəxsi maraqları nəticəsində baş verib. Uzun illər zəhmətlə qurduğum təsərrüfat və sahibkarlıq fəaliyyətim onun mənə qarşı bəslədiyi şəxsi kin-küdurət səbəbindən dəfələrlə məhv edilib.

    Muxalifet2 - 27-08-2018

  8. “HƏRBİ MƏĞLUBİYYƏTƏ DOĞRU GEDİRİK!...” – Putinə qarşı etirazlar böyüyür

    "Təəssüf ki, biz hərbi məğlubiyyətə doğru gedirik. Bu, bir faktdır. Gəlin bununla barışmaq bir tərəfə, heç olmasa bu “xoşagəlməz faktı” dərk edək və təhlükənin real olmasından çıxış edək".

    Bunu Ukraynaya qarşı işğalın və Donbasdakı separatizmin banilərindən biri, “rus dünyası” ideologiyasının və rus şovinizminin qatı tərəfdarı İqor Strelkov(Qirkin) öz həyat yoldaşı vasitəsilə sosial şəbəkə səhifəsində paylaşıb.

    Muxalifet2 - 28-04-2026

  9. PREZİDENT 86 MİLYONA YAXIN VƏSAİT AYIRDI - Onlara bu işləri görməyi tapşırdı... / Yenilənib

    Prezident İlham Əliyev sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

    Sərəncamda bildirilir ki, cari ilin mart–aprel ayları ərzində güclü leysan yağışları və yaranan sel suları Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində ciddi dağıntılara səbəb olmuş, kənd təsərrüfatına, infrastruktur (yol, körpü, elektrik) obyektlərinə və yaşayış evlərinə ciddi ziyan vurmuşdur.

    Muxalifet2 - 28-04-2026

  10. "Nüvə fəlakəti risk ən yüksək səviyyəyə çatıb" - Qrossi

    Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi bildirib ki, dünyada nüvə fəlakəti riski hazırda Soyuq Müharibədən bəri ən yüksək səviyyəyə yüksəlib.

    Qrossi bu barədə Nyu-Yorkda keçirilən Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə (NPT) tərəflərinin İcmal Konfransında çıxışı zamanı danışıb.

    Muxalifet2 - 28-04-2026

  11. "İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXIB? - VƏKİLİ AÇIQLADI

    "İdrak" liseyində silahlı insidentdə xəsarət alan müəllimə Şəhla Kamilovanın işindən ayrıldığı ilə bağlı deyilənlər həqiqəti əks etdirmir.

    Muxalifet.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Şəhla Kamilovanın vəkili Vüqar Əliyev məlumat verib.

    "Müəllimə işdən ayrılmayıb. Sadəcə olaraq qısa müddətlik bülletenə çıxıb. Ailə bu kimi yanlış, təsdiqlənməmiş məlumatların, eyni zamanda, gələcəkdə fotolarının yayılmasından narahatdır", - deyə o bildirib.

    12:24

    Muxalifet2 - 28-04-2026

  12. Bakıda sərxoş dostlar arasında dava ölümlə nəticələndi - TƏFƏRRÜAT

    Bakıda qətl hadisəsi törədilib.

    Hadisə paytaxtın Nizami rayonunun Qara Qarayev prospekti, Ş.Mirzəyev küçəsində baş verib.

    Prospekt ərazisindəki obyektlərdən birində dörd nəfər birlikdə yeyib-içiblər. Daha sonra həmin şəxslər arasında gərginlik yaranıb. Onlar küçəyə çıxaraq mübahisəni davam etdiriblər. Bu zaman Kamran Əhmədovla dostu Emil Əmirbəyov bir-birlərini bıçaqlayıblar. Nəticədə E.Əmirbəyov hadisə yerində ölüb, K.Əhmədov isə ağır xəsarətlərlə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet2 - 28-04-2026

  13. Ukraynada hərbi vəziyyət və səfərbərlik müddəti uzadıldı

    Ukrayna Ali Radası hərbi vəziyyətin və ümumi səfərbərliyin müddətini daha 90 gün müddətinə uzadıb.

    Bu barədə "RBK-Ukrayna" məlumat yayıb.

    Qeyd edilib ki, müvafiq hüquqi rejim ən azı avqustun 2-nə qədər qüvvədə olacaq. Bu, genişmiqyaslı münaqişənin başlamasından bəri parlamentin sözügedən məsələlər üzrə artıq 19-cu səsverməsidir.

    Qərarı Ukrayna parlamentinin 315 deputatı dəstəkləyib.

    Muxalifet2 - 28-04-2026

  14. Tramp: İran Hörmüz boğazını mümkün qədər tez açmağımızı istəyir

    İran Hörmüz boğazını mümkün qədər tez açmağımızı istəyir.

    Bunu ABŞ Prezidenti Donald Tramp öz “Truth Social” hesabında yazıb.

    Muxalifet2 - 28-04-2026

  15. Tramp: İran çöküş vəziyyətindədir

    İranda ölkə rəhbərliyi məsələsini və daxili vəziyyəti yoluna qoymağa çalışırlarlar.

    Bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" hesabında yazıb.

    "İran indicə bizə çöküş vəziyyətində olduqlarını bildirdi. Onlar bizdən Hörmüz boğazını ən qısa zamanda açmağımızı istəyirlər, çünki liderliklə bağlı vəziyyətlərini yoluna qoymağa çalışırlar (inanıram ki, onlar bunu bacaracaqlar!). Bu məsələyə diqqətinizə görə təşəkkür edirəm!", - o bildirib.

    Muxalifet2 - 28-04-2026

  16. Nazir oğlunu aldadana 14 il həbs cəzası verilə bilər - Başqa cinayətlərdə də təqsirləndirilir.

    12 milyon manatlıq dələduzluqda ittiham olunan “Azfinance İnvestisiya Şirkəti” QSC-nin direktoru İntiqam Səfərəliyevin məhkəmə istintaqı başlayıb.

    Muxalifet.az-ın “Qafqazinfo”-ya istinadən verdiyi məlumana görə, Bakı Ağır Cinayətlər Məhkəməsində ilk baxış iclası keçirilib.

    Təqsirləndirilən şəxs 15 gün əvvələ kimi həbsdə idi. O, bir neçə gün əvvəl iş üzrə zərərçəkmiş-fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun razılığı ilə ev dustaqlığına buraxılıb.

    Muxalifet2 - 28-04-2026

  17. PREZİDENT BU SAHİBKARLARI TƏLTİF ETDİ - Adlar

    Prezident İlham Əliyev sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

    Sərəncama əsasən Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:

    Abbasova Şənay Cəlaləddin qızı

    Ağamirov İlkin Musa oğlu

    Allahverdi Bəxtiyar Adil oğlu

    Babaşov Nemət Adışirin oğlu

    Muxalifet2 - 28-04-2026

  18. "O hotel qardaşıma məxsusdur...” - Deputat iddialara münasibət bildirdi

    Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən “Şahdağ” hoteldə Quba Rayon İcra Hakimiyyəti tərəfindən qanunsuz tikinti-quraşdırma işlərinin aşkarlanması barədə iddialara münasibət bildirib.

    Muxalifet.az xəbər verir ki, millət vəkili Pravda.az-a açıqlamasında yayılan məlumatları təkzib edib.

    Ə.Məhərrəmzadə deyib ki, sözügedən hotel ona məxsus deyil: “Şahdağ” hoteli qardaşıma məxsusdur. Orada qanunsuz tikinti yoxdur…”

    Muxalifet2 - 28-04-2026

  19. BAKIDA “ÖLÜM AYAĞINDA” OLAN TERRORÇU İRƏVANDA “DIRİLDİ” - Azərbaycanın əfv etdiyi məxluq Koçaryana qoşulub + VİDEO

    Azərbaycan tərəfindən əfv edilən terrorçu Vaqif Xaçaturyan hazırda İrəvanda “siyasətə qoşulub”. Erməni mediasının yazdığna görə, Xaçaturyan Qarabağdakı separatizmin lideri, Azərbaycana qarşı saysız-hesabsız hərbi cinayətlər törətmiş Robert Koçaryanın partiyasına qoşulub. Sosial şəbəkələrdə və mediada onun Koçaryanla görüşüb söhbətləşdiyini əks etdirən kadrlar yayımlanıb.

    Muxalifet2 - 28-04-2026

  20. Solovyov üzr istədi - “Həddindən artıq emosional idim...”

    Aprelin 14-də Monakoda yaşayan, lakin Rusiyada popular olan Viktoriya Bonya adlı rusiyalı bloqer Putinə "xalqın adından" müraciət edərək, hakimiyyətin fəaliyyətini tənqid etmişdi. Bu müraciət Rusiyada geniş müzakirələrə səbəb olmuşdu.

    O, beş problemi sadalayaraq rusiyalıların Putindən qorxduğu üçün bu məsələləri qaldırmadıqlarını demişdi. Lakin özünün Putindən qorxmadığını əlavə edən Bonya Kremli bu problemlərin həllinə çağırmışdı.

    Muxalifet2 - 28-04-2026

Pages