Axtarış

The search found 106374 results in 0.03 seconds.

Search results

  1. Bakı sakini Prezidentə müraciət etdi: Sökülən evə görə kompensasiya 6 aydır ödənilmir

    Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsində yaşayan Səfərov Rahib Xanbaba oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edib.

    Vətəndaş müraciətində bildirib ki, Aşıq Qərib küçəsində, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin ərazisində yerləşən ailəsinə məxsus yaşayış evi aparılan söküntü işləri nəticəsində tamamilə dağıdılıb. Söküntüdən artıq altı ay keçməsinə baxmayaraq, qanunvericiliklə nəzərdə tutulmuş kompensasiya bu günədək ödənilməyib.

    Muxalifet2 - 26-01-2026

  2. “Azəri” fars deyimidir, bunu Jirinovski də başa düşdü, bu bisavadlar isə...” – Firudin Ağasıoğludan AÇIQLAMA

    Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında deputat Səyyad Aran “Azəri” sözünün Azərbaycanla heç bir əlaqəsinin olmadığını bildirib və “Azəriqaz” adının dəyişdirilməsinin vacibliyini gündəmə gətirib.

    “Türklər bizə deyirlər ki, “azəri qardaşlarımız”. Mən konsulluqda işləyəndə dəfələrlə deyirdim ki, bizə belə deməyin. “Azəri” sözünün bizə aidiyyəti yoxdur. “Azəriqaz”ın qanuni adı düzəldilməlidir”, – deyə deputat bildirib.

    Muxalifet2 - 26-01-2026

  3. Kadırovun qırmızı işıqda 2 nəfəri öldürməsinə “yaşıl işıq” – Çeçenistan sükut içində boğulur

    Ölüm faktı var, şahidlər var, hadisənin yeri və vaxtı məlumdur. Amma istintaq yoxdur, cinayət işi başlanmayıb, məsuliyyət daşıyan da yoxdur. Söhbət Çeçenistan lideri Ramzan Kadırovun üçüncü oğlu, 18 yaşlı Adam Kadırovun kortejinin iştirakı ilə baş vermiş və 2 nəfərin ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsindən gedir. 

    Hadisədən artıq 10 günə yaxın vaxt keçsə də, Çeçenistan hakimiyyəti qəza ilə bağlı hər hansı rəsmi açıqlama verməyib. Nə hüquqi sənədlərdə, nə də istintaq reyestrində qəza sadəcə yoxdur.

    Muxalifet2 - 26-01-2026

  4. Sabiq diplomat da amnistiyadan yararlandı - CƏZASI AZALDILDI

    Sabiq diplomat Ramiz Vəliyevin cəzası 6 ay azaldılıb.

    Sabiq diplomatla bağlı qərar Bakı Apellyasiya Məhkəməsində verilib. Qərara əsasən, Ramiz Vəliyevə amnistiya tətbiq edilərək cəzası 4 il 6 aydan 4 ilə endirilib. Ramiz Vəliyev Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyində müşavir olub.

    Muxalifet2 - 26-01-2026

  5. Tramp müavinini Bakıya və İrəvana göndərir - SƏFƏR TARİXİ BƏLLİ OLDU

    ABŞ-nin vitse-prezidenti Cey Di Vensin fevralda Azərbaycana və Ermənistana səfəri gözlənilir.

    ABŞ vitse-prezidentinin Bakıya gözlənən səfəri zamanı həbsdəki jurnalistlərin, azad medianın, vətəndaş cəmiyyətinin sıxışdırılması məsələlərini qaldırıb-qaldırmayacağı bəlli deyil. Tramp administrasiyası ötən ilin yanvarında hakimiyyətə gələndən rəsmi Bakıya insan haqları ilə bağlı açıq çağırış səslənməyib. Bayden administrasiyası ölkədə azadlıqlarla bağlı daha çox çağırış edirdi və Azərbaycan rəsmiləri həmin dönəmi ikitərəfli münasibətlərdə böhran sayırlar.

    Muxalifet2 - 26-01-2026

  6. Ukrayna Rusiyaya "ağıllı bomba"larla hücum edib - Rusiya MN

    Ukrayna Silahlı Qüvvələri (USQ) Rusiyaya "ağıllı bomba"larla hücum edib.

    Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Rusiyanın hava hücumlarından müdafiə qüvvələri iki idarəolunan aviabombanı zərərsizləşdirib.

    Məlumata görə, məhz bu cür bombalar “ağıllı bomba" adlanır. Belə ki, sözügedən bombalar digərlərindən yüksək dəqiqliyi və böyük tətbiqat radiusunun olması ilə fərqlənir.

    Hücumun təfərrüatları və bombanın modeli açıqlanmır.

    Muxalifet2 - 26-01-2026

  7. Fransa Rusiya nefti daşıyan tankerin kapitanını həbs etdi - Ekipaj gəmidə qalıb

    Fransada Rusiya mənşəli xam neft daşıyan “Grinch” adlı neft tankerinin kapitanı həbs olunub.

    Xatırladaq ki, tanker yanvarın 22-də Fransa Hərbi-Dəniz Qüvvələri tərəfindən Aralıq dənizində – İspaniya ilə Şimali Afrika arasında saxlanılmışdı.

    “Le Monde” qəzetinin Marsel prokurorluğuna istinadən yaydığı məlumatda bildirilir ki, kapitanın adı açıqlanmır, lakin onun 58 yaşlı Hindistan vətəndaşı olduğu qeyd olunur.

    Tankerin ekipaj üzvləri də Hindistan vətəndaşlarıdır və hazırda gəmidə qalmaqda davam edirlər.

    Muxalifet2 - 26-01-2026

  8. Sosial şəbəkələrdə fahişəliyə açıq çağırış edənlər cəirmələnəcək - MƏCƏLLƏYƏ DƏYİŞİKLİK

    İnternet informasiya ehtiyatından və ya informasiya-telekommunikasiya şəbəkəsindən istifadə etməklə fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə və ya kütləvi nümayiş etdirilməklə fahişəliklə məşğul olmaqla bağlı sövdələşməyə görə cərimələr müəyyənləşib.

    Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

    Muxalifet2 - 26-01-2026

  9. ANAMA-nın əməkdaşı Kambocadakı təlim zamanı öldü

    Kamboca Krallığında keçirilən humanitar minatəmizləmə fəaliyyətinə dair beynəlxalq təlimlərdə iştirak edən Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Orxan Məhərrəmov səhhətində yaranan problemlə əlaqədar vəfat edib.

    Bu barədə ANAMA məlumat yayıb.

    ANAMA Orxan Məhərrəmovun vəfatı ilə bağlı ailəsinə başsağlığı verib.

    Muxalifet2 - 26-01-2026

  10. ADP-NİN 35 YAŞI TAMAM OLDU - Partiya bəyanat yayıdı

    Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata görə, yoplantıda ilk öncə bu gün partiyanın 35 yaşının tamam olması ilə bağlı bəyanat qəbul edilib. Bəyanatda deyilir:

    Muxalifet2 - 26-01-2026

  11. Hakimin oğlu arvadını bıçaqladı, daha sonra özünə qəsd etdi

    “Dünən gecə 35 yaşlı bir kişi özünü qonşu binadan ataraq öldürüb. Özünə qəsd etməzdən əvvəl isə həyat yoldaşını bıçaqlayıb”.

    Muxalifet.az xəbər verir ki, bu barədə müğənni Nura Suri paylaşım edib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Ağ Şəhərdəki binalardan birində baş verib.

    34 yaşlı Emil Əliyev qısqanclıq zəminində həyat yoldaşına bıçaq xəsarəti yetirib. Daha sonra özünü binadan ataraq həyatına son qoyub.

    Qeyd edək ki, E. Əliyevin atası Qəbələ Rayon Məhkəməsinin sədri Abbas Əliyevdir.

    Muxalifet2 - 27-01-2026

  12. İranda təsdiqlənmiş ölü sayı 6 mini keçdi – 17 min insanın qətli hələ də araşdırılır...

    Yanvarın 26-da İranda təsdiqlənmiş ölü sayı 6 min 126 nəfərə çatıb.

    Məlumatı ABŞ-də yerləşən HRANA insan haqları təşkilatı yayıb. Onlardan 5 min 777-si etirazçı, 214-ü hökumətə bağlı qüvvələrin üzvləri, 49-u etirazlarda iştirak etməyən şəxslər, yaxud mülki vətəndaşlar olub. Qrupun məlumatına görə, 17 min 91 ölüm halı hələ də araşdırılır.

    Muxalifet2 - 27-01-2026

  13. ABŞ ORDUSU İRAN ƏTRAFINDA MANEVRLƏRƏ BAŞLADI – Regionu alov bürüyə bilər...

    ABŞ Yaxın Şərqə qırıcı təyyarələr, hava hücumundan müdafiə sistemləri, təyyarədaşıyan gəmi və minlərlə hərbçi göndərir. Ekspertlər bu addımların Vaşinqton–Tehran xəttində gərginliyi kəskin artırdığını və İranla mümkün hərbi qarşıdurma ehtimalını gücləndirdiyini bildirirlər.

    Məlumata görə, İranda hökumət əleyhinə etirazların amansız şəkildə yatırılması və minlərlə insanın həlak olmasından sonra ABŞ Prezidenti Donald Tramp Tehranı hərbi zərbələrlə hədələmişdi. Sonradan bu bəyanatın tonunu yumşaltsa da, Ağ Ev İran variantını tam gündəmdən çıxarmayıb.

    Muxalifet2 - 27-01-2026

  14. Donbass üçün Kosova variantı təklif olunur - “Ukrayna bu acı həbi udmalı olacaq, amma...”

    Ukraynada sülhə nail olmaq üçün bir ildir davam edən xaotik cəhdlərdən sonra Tramp administrasiyası Ukrayna münaqişəsinə dərindən nüfuz etməyə başlayıb.

    “AzPolitika” xəbər verir ki, nüfuzlu “Foreign Policy” nəşri bununla yanaşı, danışıqlarda ərazi güzəştlərinin ən həssas məsələ olaraq qaldığını qeyd edir.

    Muxalifet2 - 27-01-2026

  15. Bakı Slavyan Universitetində müəllimlərin maaşı iki dəfə artırılır

    Bakı Slavyan Universitetində (BSU) fevralın 1-dən etibarən müəllimlərin əmək haqlarının hesablanmasında yeni sistemə keçid edilir.

    Belə ki, Universitetdə tətbiq olunacaq differensial maaş sistemi çərçivəsində professor-müəllim heyətinin maaşları onların fərdi fəaliyyət göstəricilərinə uyğun olaraq tənzimlənəcək. Üç mərhələdən ibarət olacaq prosesin ilk hissəsində müəllimlərin elmi nəşrləri, tədqiqatları və peşəkar inkişafı qiymətləndirmənin əsas meyarları kimi götürüləcək.

    Muxalifet2 - 28-01-2026

  16. 60 MİN BOŞ İŞ YERİ HARDADIR? – Agentlik sədrinin müəmmalı açıqlaması

    Dövlət Məşğulluq Agentliyinin (DMA) İdarə Heyətinin sədri Hasil Abbasov dünən keçirdiyi mətbuat konfransında maraqlı rəqəmlər səsləndirib.

    H.Abbasovun xüsusilə də ölkədə 60 min aktiv vakansiyanın, yəni, boş iş yerinin olduğunu açıqlaması sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.

    Muxalifet2 - 28-01-2026

  17. İcra başçısının sabiq köməkçisi həbs olundu - DƏLƏDUZLUQ EDİB

    Elm və Təhsil Nazirliyinə mütəxəssis vəzifəsinə işə düzəldəcəyini vəd etməklə vətəndaşa qarşı dələduzluq cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub.

    Muxalifet.az “Qaynarinfo”-ya istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə mühakimə olunan Aqşin adlı həmin şəxs 2 il müddətinə azadlıqdan məhrum edilib. Onun şübhəli şəxs qismində tutulduğu 2 müddət təyin edilmiş cəzadan çıxılıb və üzərində 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

    Muxalifet2 - 28-01-2026

  18. ABŞ İranı 40 min hərbçi ilə mühasirəyə alıb - DÖVLƏT KATİBİ AÇIQLADI

    ABŞ-nin hazırda Yaxın Şərqdəki səkkiz və ya doqquz bazada təxminən 30 – 40 000 əsgəri var və bunların hamısı İranın əhatə dairəsindədir.

    Bu barədə ABŞ dövlət katibi - milli təhlükəsizlik müşaviri Marko Rubio bildirib.

    Muxalifet2 - 29-01-2026

  19. Ərdoğan İranla bağlı hərəkətə keçdi - TRAMPDAN MÜSBƏT REAKSİYA

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampa İranla bağlı üçtərəfli sammit keçirməyi təklif edib.

    Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb.

    Nəşrin məlumatına görə, Ərdoğan bu təklifi 27 yanvarda ABŞ prezidenti ilə telefon danışığı zamanı səsləndirib.

    O, ABŞ, İran və Türkiyə arasında videokonfrans formatında yüksək səviyyəli görüşün keçirilməsini təklif edib.

    "Trampın Ərdoğanın təklifinə müsbət yanaşdığı bildirilir", - deyə nəşrin köşə yazarı Hande Fırat yazıb.

    Muxalifet2 - 29-01-2026

  20. PENSİYALAR ARTIR, PENSİYAÇILARIN SAYI VƏ YAŞAM SƏVİYYƏSİ AZALIR... - Statistikanın acı tərəfi

    Menu second
    Baş səhifə
    Gündəm
    Təhlil
    Araşdırma
    Kriminal
    Region
    Dünya
    Əlaqə
    Axtar

    Primary tabs
    View(active tab)EditDeleteRevisions
    Xəbər PENSİYALAR ARTIR, PENSİYAÇILARIN SAYI VƏ YAŞAM SƏVİYYƏSİ AZALIR... - Statistikanın acı tərəfi has been created.
    29 Jan, 2026 - 09:36
    PENSİYALAR ARTIR, PENSİYAÇILARIN SAYI VƏ YAŞAM SƏVİYYƏSİ AZALIR... - Statistikanın acı tərəfi

    Muxalifet2 - 29-01-2026

Pages