Axtarış
The search found 106374 results in 0.027 seconds.
Search results
Elçin Əmirbəyov İtaliya XİN rəhbərinin müavini ilə görüşüb
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İtaliyanın xarici işlər nazirinin müavini Edmondo Çirielli ilə görüş keçirib.
Bu barədə İtaliya XİN məlumat yayıb.
Görüş zamanı əsas müzakirə mövzuları regional və beynəlxalq gündəlik, həmçinin Roma ilə Bakı arasında siyasi və iqtisadi əməkdaşlığın strateji sahələrdə gücləndirilməsi olub.
Tərəflər, həmçinin İtaliyanın Baş naziri Corcia Meloninin planlaşdırılan səfərinə hazırlıq çərçivəsində geniş fikir mübadiləsi aparıblar.
Muxalifet2 - 28-04-2026
Avtomobillərin gömrük rəsmiləşdirilməsi ilə bağlı DƏYİŞİKLİK
Gömrükdən keçdiyi gündən altı ay müddətində rəsmiləşdirilməmiş mallar və nəqliyyat vasitələri dövlət mülkiyyətinə keçiriləcək.
Muxalifet.az xəbər verir ki, sözügüdən məsələ Gömrük Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Sənədə əsasən, gömrük sərhədini keçdiyi gündən altı ay müddətində rəsmiləşdirilməmiş və ya rəsmiləşdirilməsi başa çatmamış mallar və nəqliyyat vasitələri dövlət mülkiyyətinə keçiriləcək.
Qeyd edək ki, sənəd Milli Məclisin mayın 1-də keçiriləcək plenar iclasının gündəliyində yer alıb.
Muxalifet2 - 28-04-2026
Donald Tramp: "Həmişə Bukingem sarayında yaşamaq istəmişəm"
ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın "The Daily Mail" qəzetində onun Britaniya kral ailəsi ilə qohumluq əlaqələrinin olduğunu iddia edən məqaləyə yumorla reaksiya verib.
D.Tramp özünün "Truth Social" platformasındakı hesabında etdiyi paylaşımda zarafatla çoxdandır Bukingem sarayında yaşamaq arzusunda olduğunu bildirib.
"Həmişə Bukingem sarayında yaşamaq istəmişəm. Bir neçə dəqiqədən sonra bunu Böyük Britaniya Kralı III Çarlz və kraliça Kamilla ilə müzakirə edəcəyəm" , - deyə Ağ Evin rəhbəri qeyd edib.
Muxalifet2 - 28-04-2026
Rusiyada azərbaycanlı tələbəni sosial şəbəkədə təhqir edən müəllimə işdən çıxdı
Rusiyanın Yekaterinburq şəhərində, Ural Federal Universitetində baş verən qalmaqaldan sonra müəllimə Yuliya Volkova işdən çıxıb.
Bu barədə E1.ru məlumat yayıb.
Aprelin 28-də universitetdə etik komissiyanın iclası keçirilib.
"Komissiya üzvləri belə davranışın universitet əməkdaşı üçün yolverilməz olduğunu qeyd ediblər. Struktur bölmələrinin rəhbərlərinə vəziyyəti kollektivlərlə müzakirə etmək və komissiyanın mövqeyini bütün əməkdaşlara çatdırmaq tövsiyə olunacaq", - deyə universitetdən bildirilib.
Muxalifet2 - 28-04-2026
Xaçmazda tiktoker HƏBS OLUNDU
"TikTok" sosial şəbəkəsində təhqiredici ifadələr səsləndirən tiktoker məsuliyyətə cəlb olunub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən görülən müvafiq tədbirlər nəticəsində Fikrət İsayev saxlanılıb.
Toplanmış materiallar əsasında iş məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən, o, inzibati qaydada həbs edilib.
Muxalifet2 - 28-04-2026
Rusiya Ukraynaya 170-dən çox PUA ilə hücum etdi - Üç şəhərdə dağıntı və tələfat var...
Aprelin 29-na keçən gecə Rusiya Silahlı Qüvvələri Ukraynanın bir neçə vilayətinə genişmiqyaslı hava hücumu təşkil edib. Ukrayna Hava Qüvvələrinin yaydığı rəsmi məlumata görə, hücum zamanı ümumilikdə 171 pilotsuz uçuş aparatı (PUA) buraxılıb. Həyata keçirilən hava hücumundan müdafiə tədbirləri nəticəsində onlardan 154-ü zərərsizləşdirilib.
Muxalifet2 - 29-04-2026
YARIMÇIQ VƏ QISIR "QƏLƏBƏ PARADI” - “Qırmızı meydan”a hərbi texnika çıxmayacaq, qonaqlar isə...
Rusiya Ukraynada apardığı və faktiki olaraq dalana dirəndiyi Ukrayna müharibəsi səbəbindən ən yeni tarixinin bəlkə də ən üzücü, ən miskin və aciz günlərini yaşayır. Ucsuz-bucaqsız əraziləri və təbii sərvətlərinə rəğmən heç cür gözünü qonşu torpaqlardan, ölkələrdən, xalqlardan yığa bilməyən, imperiyaçı, şovinist mahiyyətini hər addımda büruzə verən hazırkı Kreml rəhbərliyi Rusiyanı həm fiziki, həm də mənəvi cəhətdən elə bir duruma salıb ki, onun bir zamanlar toxunulmaz hesab edilən bütün “qırmızı cizgiləri” silinib.
Muxalifet2 - 29-04-2026
Tramp İrana qarşı uzunmüddətli blokada planı hazırlamağı tapşırıb - “The Wall Street Journal”
ABŞ Prezidenti Donald Tramp köməkçilərinə İrana qarşı uzunmüddətli blokada planı hazırlamağı tapşırıb.
“The Wall Street Journal” yazır ki, Tramp İran iqtisadiyyatına təzyiq göstərmək üçün xüsusilə neft tankerlərinin ölkə limanlarından çıxışının qarşısının alınmasını dəstəkləyir. O hesab edir ki, bombardmanların bərpası və ya münaqişədən çıxmaq daha risklidir.
Bununla belə, administrasiya daxilində fikir ayrılığı var.
Muxalifet2 - 29-04-2026
Şuşaya gedən ailə qəzaya düşdü: Ölən və yaralanan var - FOTO
Yevlax rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, aprelin 29-da saat 00:30-da üç nəfər Yevlax Rayon Mərkəzi Xəstəxanasının, 1 nəfər isə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Muxalifet2 - 29-04-2026
Bakıda YARIM MİLYONLUQ dələduzluq: Elxan Abbasov vətəndaşları necə aldadıb? - FOTO
Paytaxtın Xəzər rayonu ərazisində daşınmaz əmlakın sənədləşdirilməsi vədi ilə vətəndaşın 21 100 manat vəsaiti dələduzluq yolu ilə ələ keçirilib.
Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən, törətdiyi digər qanunsuz əməllərə görə axtarışda olan 60 yaşlı Elxan Abbasov müəyyən edilərək saxlanılıb.
Muxalifet2 - 29-04-2026
BU QURUMDAKI "QOHUM ŞƏBƏKƏSİ" TƏMİZLƏNİR - Yeznəsi, əmisi oğlu, xalası oğlu... + ADLAR
Bir neçə gündür Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) kadr dəyişiklikləri baş verir.
Muxalifet2 - 30-04-2026
BANKLARIN MƏNFƏƏTİ, VƏTƏNDAŞLARIN KREDİT BORCU ARTIR – Mərkəzi Bankın statistikası nədən xəbər verir?
Son illər Azərbaycanın maliyyə sektorunda müşahidə olunan mənzərə ciddi narahatlıq doğurur. Bir tərəfdən ölkə bankları tarixlərinin ən parlaq dövrünü yaşayaraq 100 milyonlarla manat mənfəət əldə etdiklərini bəyan edirlər, digər tərəfdən isə vətəndaşların borc yükü kəskin artır. Mərkəzi Bankın (AMB) 2026-cı ilin aprel ayına olan son statistikası “həyəcan təbili" çalmağın vaxtı çatdığını göstərir.
Muxalifet2 - 30-04-2026
GÖMRÜK KOMİTƏSİ DƏ ÖLKƏDƏN ÇIXIŞA “STOP” QOYACAQ? – "Komitə kimi istəsə həmin siyahıya salacaq..."
Gömrük Komitəsinin sahibkarların fəaliyyətinə yaratdığı maneələrlə bağlı tez-tez şikayətlərə rast gəlinir.
Bu mövzuyla bağlı paylaşım edən iqtisadçı Natiq Cəfərli Dövlət Gömrük Komitəsinin səlahiyyətlərinin məhdudlaşdırılması əvəzinə, quruma yeni səlahiyyətlərin veriləcəyini bildirib.
Muxalifet2 - 30-04-2026
NİKAHLARIN SAYI TARİXİ MİNİMUMA ENDİ, BOŞANMALARIN SAYI İKİ DƏFƏ ARTDI - Ailə böhranı tendensiyası niyə genişlənir?
Ekspert səbəbləri açıqladı: "Qlobalistlərin konsepsiyalarının da müəyyən mənada təsiri var"
“Büdcədən sosial ayırmaların artırılması, uşaq pulu, sosial təminat və ümumi yardım mexanizmlərinin daha konkret və şəffaf həyata keçirilməsi vacibdir”
Muxalifet2 - 30-04-2026
“Yeni Klinika” və “Kliniki Tibbi Mərkəz”ə direktorlar təyin olundu
Kliniki Tibbi Mərkəzə yeni direktor təyin olunub.
Muxalifet.az xəbər verir ki, bu vəzifəyə Musa Abbasov gətirilib.
Bununla bağlı müvafiq Əmri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Anar Bayramov imzalayıb.
Musa Abbasov bu gündən vəzifəsinin icrasına başlayıb. Qeyd edək ki, o, 2020-ci ildən bu təyinata qədər Mərkəzi Neftçilər Xəstəxanasının direktoru vəzifəsində çalışıb.
Qeyd edək ki, TƏBİB-də aparılan sonuncu islatlar zamanı KTM-in direktoru Könül Ələkbərov vəzifəsindən azad edilib.
Muxalifet2 - 1-05-2026
İstanbul Azərbaycan Qəzetçiləri Dərnəyinin Azərbaycan nümayəndəliyi yaradıldı
Bu gün Türkiyədə İstanbul Azərbaycan Qəzetçiləri Dayanışma və Yardımlaşma Dərnəyinin (İAQDY) İdarə Heyətinin iclası keçirilib. Muxalifet.az xəbər verir ki, iclasda Azərbaycan nümayəndəliyinin yaradılması barədə rəsmi qərar qəbul edilib.
İdarə Heyətinin qəbul etdiyi qərara əsasən, dərnəyin Azərbaycan nümayəndəliyinə tanınmış mədəniyyət işçisi, aktyor və bədii qiraət ustası Sadiq Nəsirli rəhbər təyin olunub.
Muxalifet2 - 1-05-2026
EYNULLA FƏTULLAYEV "HAQQIN.AZ"-I SATDI - Azərbaycandan gedir
Tanınmış jurnalist Eynulla Fətullayev sahibi olduğu rusdilli "haqqın.az" saytını satıb.
Muxalifet.az xəbər verir ki, bu barədə "Gununsesi.info" məlumat yayıb. Məlumatda bildirilir ki, baş redaktor bu axşam saatlarında kollektivlə vidalaşıb.
Məlumatda bildirilir ki, Eynulla Fətullayev bundan sonra Türkiyədə yaşamağa qərar verib.
Qeyd edək ki, Eynulla Fətullayev həbsdən azad ediləndən sonra adıçəkilən media quruluşunu yaratmışdı.
Muxalifet2 - 1-05-2026
BU SAHİBKARLARA YENİ RÜSUM VƏ QADAĞALAR GƏLİR - Yeni qanunda nələr var?
Milli Məclisin müzakirəsinə "Maliyyə icarəsi haqqında" Qanun təqdim olunub. Bu qanunun qəbulu və tətbiqi lizinqlə məşğul olan sahibkarların fəaliyyətini yeni qaydalarla tənzimləməlidir.
Bir neçə gün əvvəl iqtisadçı Natiq Cəfərli yeni qanunun sahibkarlar üçün nəzərdə tutduğu bəzi “sürprizləri” qeyd etmişdi.
Muxalifet2 - 1-05-2026
Trampa “sui-qəsd”in yeni görüntüləri yayıldı - Güllələrin heç biri ona dəyməyib / VİDEO
Bir neçə gün əvvəl Ağ Evdə ABŞ Prezidenti Donald Trampın təşkil etdiyi tədbirdə baş verən sui-qəsd cəhdilə bağlı yeni görüntülər yayımlanıb.
Muxalifet.az xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi Trampı vurmaq istədiyi bildirilən Kol Allenin tədbirin keçirildiyi Vaşinqton Hilton Otelinin mühafizə xidmətini necə “yardığı” barədə videonu dərc edib.
Videogörüntülərdə Allenin əində silah qaçaraq mühafizə xidmətini keçdiyi və bu zaman məxfi xidmət zabitlərinin və polislərin ona atəş açdığı görünür.
Muxalifet2 - 1-05-2026
Avropa İttifaqı səfiri Azərbaycan XİN-ə çağırıldı - ETİRAZ NOTASI VERİLDİ
Avropa İttifaqının (Aİ) Azərbaycan səfiri Mariyana Kuyunciç Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, görüşdə Avropa Parlamenti tərəfindən 30 aprel tarixində qəbul edilmiş qətnamədə ölkəmizə qarşı yer almış əsassız və qərəzli müddəalar qəti şəkildə pislənib və bununla bağlı qarşı tərəfə etiraz notası təqdim edilib.
Muxalifet2 - 1-05-2026




















