​Azərbaycan, Ermənistan və Rusiyanın dini liderləri görüş keçirəcəklər – QARABAĞLA BAĞLI

Azərbaycan, Ermənistan və Rusiyanın dini liderləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı növbəti görüş keçirəcəklər.
 
Muxalifet.az xəbər verir ki, bunu bütün ermənilərin katolikosu II Qaregin deyib.
O bildirib ki, görüş Moskva və bütün rusların patriarxı Kirilin vasitəçiliyi ilə baş tutacaq: “Görüşün vaxtı hələlik məlum deyil. Görüşün gündəliyi və vaxtı barədə iş aparılır”.