Axtarış
The search found 105705 results in 0.007 seconds.
Search results
Prezident müdaxilə etdi, Abutalıbov sərəncamını geri oxudu
Bakının Mətbuat prospektində, “Ovçular evi”nin ərazisində çoxmərtəbəli və çoxfunksiyalı kompleksin tikintisinə dair şəhər İcra Hakimiyyətinin verdiyi icazə qüvvədən salınıb. Əvəzində Bakı şəhər İcra Hakimiyyəti həmin ərazidə “Mədəniyyət parkı” salacaq.
Bu barədə Bakı şəhər İcra Hakimiyyətindəki mənbə “Sputnik”ə bildirib.Muxalifet - 21-04-2017
Azərbaycanda eşşək südünün 1 litri 500 manata satılır
Azərbaycanda eşşək ətinin mal-qoyun əti arasına qatılaraq əhaliyə satılması barədə məlumatlardan sonra eşşək südünün və pendirinin xeyirli olmasıyla bağlı məlumatlar yayılır. İnformasiyalarda eşşək südünün sağalmaz xəstəlik hesab edilən xərçəngdən qorunmaq üçün ən gözəl vasitə olduğu qeyd edilir.
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Azərbaycanda eşşək südünün 1 litri 500 manatdır. Onun sözlərinə görə, Azərbaycanda eşşək südü satan fermalar olmasa da, yavaş-yavaş bunun üçün hazırlıqlar görürlər:Muxalifet - 21-04-2017
Beyninə qan sızan Ağakərimin XÜSUSİ İSTƏYİ: "Həkimlər dedilər..."
Meyxana ustası Ağakərim (Kərim) Novruzov aprelin 19-da növbəti dəfə Mərkəzi Klinik Xəstəxanasına müayinə olunub. Bu barədə Lent.az-a meyxanaçının bacısı oğlu Rüstəm məlumat verib. O, bildirib ki, dayısının vəziyyəti normaldır: “Şükürlər olsun ki, artıq özünü yaxşı hiss edir. Həkimə apardıq, gətirdik. Həkim söylədi ki, vəziyyəti yaxşılaşır. Sadəcə ev şəraitində müalicəsi davam etdirilməlidir”.
Muxalifet - 21-04-2017
"ASAN İMZA"nı ALMAQ NİYƏ ÇƏTİNƏ DÜŞÜB?
Natiq Cəfərli: “Dövlət orqanın kefi istədiyi müddəti müəyyən etməsi doğru deyil”
“Normal, sivil ölkələrdə bununla bağlı 6 ay, 1 il ərzində ciddi sosial reklam çarxları olur”
“Müvafiq dövlət qurumu bu qərara yenidən baxmalıdır"
Muxalifet - 21-04-2017
Şikayətləri DTX, DİN... araşdıracaq - Mətbuat Şurasından gözlənilməz YENİLİK
Azərbaycan Mətbuat Şurasının (MŞ) Reket Jurnalistikaya qarşı Mübarizə Komissiyasının səlahiyyətləri artırılır, tərkibi genişləndirilir.
Bu barədə BakiPost.az-a MŞ sədri Əflatun Amaşov məlumat verib. Onun sözlərinə görə, işə dövlət qurumları da cəlb olunub:
"Sözügedən komissiyanın tərkibinə Ədliyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndələri də daxil edilib. Artıq qərar qəbul olunub, hansısa şikayət daxil olarsa komissiya hərəkətə keçəcək”.Muxalifet - 21-04-2017
Ziya Məmmədovun müavininə yüksək vəzifə verildi
Musa Pənahov nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini vəzifəsinə təyin olunub.
Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.
Qeyd edək ki, 2017-ci ilin fevralın 13-də ölkə başçısı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb. Adıçəkilən qurum Nəqliyyat Nazirliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əsasında yaradılıb.Muxalifet - 21-04-2017
Əli Kərimli MÜHACİRƏT BİZNESİ İLƏ BAĞLI dindirildi
Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Ağır Cinayətlərə dair İstintaq İdarəsində dindirilib.
Partiya sədri bu barədə özünün feysbuk səhifəsində məlumat verib.
Qeyd edək ki, Ə.Kərimli Azərbaycandan mühacirət etmək üçün bəzi şəxslərə AXCP adından partiya bileti satıldığı iddiaları ilə bağlı ifadə verib. Bu iş üzrə AXCP sədrinin müavini Gözəl Bayramlı da dünən ifadə verib.Muxalifet - 21-04-2017
Mədət Quliyev gitarada ifa etdi, mahnı oxudu - VİDEO
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev mahnı ifa edib.
BAKU.WS-in məlumatına görə, DTX-nın rəisi məclislərdən birində gitarada məharətlə ifa edib və rus dilində mahnı oxuyub. Pozitiv insan olan Mədət Quliyev incəsənətlə və idmanla məşğul olur.
Təkcə dövlət xadimi kimi deyil, həm də incəsənət sahəsində böyük bacarığa sahib olan DTX rəisi çalışdığı kollektivlərdə hər zaman pozitiv insan kimi çox sevilib.Muxalifet - 23-04-2017
Sərt valideynlik
Əsgər Möhsümoğlu:
“Bütün valideynlər uşaqlarına həyatda ən yaxşı imkanları bəxş etmək istəyirlər. Ancaq yeni araşdırma göstərir ki, aqressiv və sərt valideynlik metodları əks-nəticələr verə bilər. Belə yanaşma uşaqları həmyaşıd təzyiqləri qarşısında zəiflədə və məktəbdə qiymətlərin pisləşməsinə yol aça bilər.”Muxalifet - 23-04-2017
TAP xəttinin qarşısındakı “Daş”
Azərbaycanın 40 milyard dollarlıq layihəsinə qarşı barrikadalar quruldu
Muxalifet - 23-04-2017
1 milyard dollar oğurlayan deputat oğlunun məktubu: "Anam alkaqolik idi, ölüsünü vannada tapdım..."
ABŞ məhkəməsi Rusiya Dövlət Dumasının deputatı Valeri Seleznyovun oğlu Roman Seleznyovun barəsində hökm çıxarıb.
Virtualaz.org xəbər verir ki, prokuror kiberdələduzluqda, yüz minlərlə kredit akrtının şifrələrini oğurlayıb internet üzərindən satmaqda ittiham edilən deputat oğluna 30 il həbs cəzası istəmişdi. Vaşinqton məhkəməsi prokurorun tələb etdiyi cəza müddətini cəmi 3 il azaldıb və Roman Seleznyova 27 il həbs cəzası kəsib. Bu, ABŞ ədliyəsinin kiberdələduzluğa görə kəsdiyi ən ağır cəzadır.Muxalifet - 23-04-2017
"Ərdoğan öldürülməlidir" - dedi, sonra üzr istədi
Fransa Beynəlxalq Əlaqələr İnstitutunun siyasi elmlər üzrə professoru Filip Moro Defarq “BFM Biznes” kanalının "Dünya 7 gündə" proqramında Ərdoğanın öldürülməsi ilə bağlı səsləndirdiyi fikirlərə görə ictimaiyyətdən üzr istəyib.
Axar.az xəbər verir ki, professor çıxışında ifrata vardığını etiraf edib.
“Bu cümləni deməməliydim. Türkiyənin vəziyyətini və sui-qəsd məsələsini bir cümlədə işlətdim. Səhv etdim. Üzr istəyirəm”, - Defarq bildirib.Muxalifet - 23-04-2017
Fazil Mustafa: “Bəzi məmurların anlamadığı bir məqam var..."
“İçmə” deyirsən, içir, “çəkmə” deyirsən, çəkir..."
Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa ilə budəfəki söhbətimizdə, demək olar ki, qeyri-siyasi mövzulardan danışdıq. Əslində siyasətin dominantlıq etmədiyi, qeyri-siyasi mövzuların “meydan suladığı” ölkədə bəlkə də bu, daha doğru seçim oldu. Hər halda məsələlərə orijinal yanaşmaları ilə çox hallarda publikanın marağını özünə cəlb etməyi bacaran Fazil bəy suallarımıza bu dəfə də maraqlı cavablar verdi.
Muxalifet - 24-04-2017
Sabir Rüstəmxanlı: “Xristian həmrəyliyi getdikcə güclənir...”
Bu gün qondarma “erməni soyqırımı” iddiasının 102 illiyidir. Hər il bu təqvimlə bağlı ermənilər min cür oyundan çıxırlar. Bəs, görəsən qondarma iddia ilə bağlı düşmənin təbliğat maşını ildən-ilə güclənir, yoxsa zəifləyir?
Muxalifet - 24-04-2017
"Fransanın gələcək birinci ledisi" ərindən 25 yaş böyükdür
"The Daily Mail" yazır ki, Fransanın potensial birinci ledisi ərindən 25 yaş böyükdür və Emmanuel Macron-a orta məktəbdə dərs deyib.
İndi 64 yaşı olan Brigitte Trogneux bir vaxtlar Macron-a orta məktəbin dram dərnəyində müəllimlik edib.
Məqalədə deyilir ki, aralarında əsrin dörddə biri qədər yaş fərqi olan cütlük, rəy sorğularının nəticələrinə görə, böyük bir ehtimalla Yelisey sarayanın gələcək sakini olacaq. Bu da qeyd olunmalıdır ki, proqnozlar özünü doğrultsa 39 yaşlı Macron, həm də Fransa tarixinə ən gənc prezident kimi yazılacaq.Muxalifet - 24-04-2017
Soyuducunun da başa düşmədiyi dil kimə lazımdır?
"The İndependent" qəzetində dərc edilmiş məqalədə deyilir ki, dilçilik ekspertləri island dilinin müasir cəmiyyətdə ölüb gedə biləcəyi barədə xəbərdarlıq ediblər.
Məqalədə deyilir ki, ölkədə ingilis dilindən istifadənin genişlənməsi, turizmdə və elektron cihazların idarə olunmasında ingilis dilinin aparıcı rolunun artması ana dilində danışan islandların sayını 400 min nəfərə endirib.
İslandiya Universitetindən iqtisad professoru Asgeir Jonsson deyir ki, öz unikal dili olmadan ölkə zəka axını ilə üzləşə bilər.Muxalifet - 24-04-2017
Silahlanmada hansı ölkə liderdir?
2016-ci ildə dünya ölkələri hərbi xərclərini 2015-ci illə müqayisədə artırıb.
Muxalifet - 24-04-2017
Azərbaycanlı müəllimlər etiraz etdi: “350 manat maaş alıramsa, niyə dərs keçim?”
Son günlər sosial şəbəkələrdə müəllimlərin maaşının azlığı ilə bağlı müzakirələr vüsət alıb.
Muxalifet - 24-04-2017
Keçmiş MTN-in daha bir generalının məhkəməsi başlayır
Məhkəmənin hazırlıq iclası aprelin 27-nə təyin edilib
Muxalifet - 24-04-2017
"Məni bu günə saxta KİV-lər qoydu"- TRAMP
"Mənim reytinqimin aşağı olmasının əsas səbəbkarı amerikalılara yalan informasiyalar verən saxta KİV-lərdir".
Muxalifet.az bildirir ki, bu sözləri öz Tvitter səhifəsində ABŞ Prezidenti Donald Tramp paylaşıb.
“ABC və “Vaşinqton Post”un (hansı ki, seçkidə dəhşətli dərəcədə yanıldılar – D.T.) sorğuları da deyir ki, mənə səs verənlərin demək olar ki, hamısı mənlə bağlı fikirlərini dəyişməyiblər. 53% məni güclü lider sayır”, – deyə o bildirib.Muxalifet - 24-04-2017