Axtarış
The search found 105705 results in 0.01 seconds.
Search results
“Azadlıq” qəzetinin həbsdə olan direktoruna qarşı yeni ittihamlar
Bu gün 1 saylı Bakı İstintaq təcridxanasında "Azadlıq" qəzetinin yayım direktoru Faiq Əmirliyə yeni ittihamlar irəli sürülüb.
Muxalifet.az bildirir ki, bu barədə Faiq Əmirlinin vəkili Fəxrəddin Mehdiyev məlumat verib. İstintaq orqanı onun Cinayət Məcəlləsinin 213.1 ci maddəsi ( vergidən yayınma) və 308-ci maddəsi ( vəzifə səlahiyyətindən sui-istifadə) ilə təqsirli bilinməsi qənaətinə gəlib.
Faiq Əmirli ittihamı qəbul etməyərək ifadə verməkdən imtina edib.Muxalifet - 17-04-2017
MHP artıq müxalifət deyil - Atilla Kayadan AÇIQLAMA
Aprelin 16-da Türkiyədə Konstitusiya dəyişikliyi ilə əlaqədar referendum keçirildi.
Məlum olduğu kimi, Milliyyətçi Hərəkat Partiyası (MHP) referendum məsələsində hakim Ədalət və İnkişaf Partiyasını (AKP) dəstəkləyirdi.
Belə şəraitdə MHP-ni müxalifət adlandırmaq olarmı?
MHP başqanının keçmiş müavini, partiyanın İstanbul millət vəkili Atilla Kaya Modern.az-a açıqlamasında MHP–ni müxalifət kimi qiymətləndirmədiyini bildirib.Muxalifet - 17-04-2017
“Bakı torpaqların azad olunma prosesinə başladı”
Azərbaycan Ordusunun təlimlərinin miqyası onu göstərir ki, bu, torpaqların azad edilməsinə bir hazırlıqdır.
Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib. Polkovnik bildirib ki, cəbhədə vəziyyət dəyişməz olaraq qalır, ermənilər tərəfindən təxribatlar davam edir:Muxalifet - 18-04-2017
"Azərbaycanla danışıqların başlanmasını səbirsizliklə gözləyirik" – AVROPA İTTİFAQI RƏSMİSİ
Gələn həftə Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında yeni saziş üzrə danışıqlar başlayır.
Bu barədə Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard tərəflər arasında vizanın ləğvi ilə bağlı danışıqların aparılıb-aparılmamasına dair suala cavabında bildirib.
O bildirib ki, danışıqların geniş gündəliyi var: "Biz bu çərçivədə bir sıra məsələləri müzakirə etməyə hazırıq. Danışıqların başlanmasını səbirsizliklə gözləyirik"(apa).Muxalifet - 18-04-2017
SAMİR ŞƏRİFOV, HACIBALA ABUTALIBOV… – Yasamaldakı yaşıllığın məhvinə görə kim cavab verəcək?
Yasamalıda evsiz-eşiksiz, tifil deputatlara bina tikintisi üçün nəzərdə tutulan ərazidə yaşıllığın məhv edilməsilə bağlı yaranan qalmaqal 3 gündür KİV-lərin gündəmini zəbt edib. Hətta ölkə başçısı tikintinin dayandırılması və günahkarların cəzalandırılmasına dair göstəriş verib.
Muxalifet - 18-04-2017
Azərbaycan İrandan icarəyə torpaq almağa hazırlaşır
Qəzvin-Rəşt-Astara (İran) - Astara (Azərbaycan) dəmiryolu layihəsi çərçivəsində İran tərəfi Azərbaycana 35 ha sahəni icarəyə verəcək.
Muxalifet.az report-a istinadən xəbər verir ki, hazırda bu torpaqların icarəyə verilməsi üçün zəruri olan normativ-hüquqi aktlar hazırlanır, həmçinin müqavilə sənədləri üzərində iş aparılır.
İlkin olaraq Azərbaycana terminal hissə 25 illik, stansiya ərazisi isə 15 il müddətinə icarəyə veriləcək.Muxalifet - 18-04-2017
Larisa Alaverdyan: "Azərbaycan hətta Avrasiya İttifaqına daxil olsa belə, Qarabağı almayacaq"
Rusiya Xarici İşlər Nazirliyinin başçısı Serqey Lavrovun bu yaxınlardakı bəyanatından sonra Azərbaycanın Avrasiya İqtisadi İttifaqına daxil olması mövzusu erməniləri həyəcanlandırmaqda davam edir.
Xatırladaq ki, S.Lavrov Moskvanın, Bakının Avrasiya inteqrasiyasında iştirak etmə arzusunu yalnız alqışlayacağını bildirib. Ermənistanın Rusiyadakı yeni səfiri Vardan Toqanyan isə dərhal bəyan etdi ki, bu məsələ üzrə Ermənistanın "öz xüsusi mövqeyi" olacaq.Muxalifet - 18-04-2017
Bu gün Əli İnsanovun məhkəməsidir - NƏ DANIŞACAQ?
İlqar Məmmədovun səhhətində ciddi problemlər yaranıb; AXCP sədrinin köməkçisinə isə əlavə ittihamlar irəli sürülüb
Həbsdə olan REAL Hərəkatının sədri İlqar Məmmədovun səhhətində ciddi problemlər yaranıb. 2 saylı cəzaçəkmə müəssisəsində həbs həyatı yaşayan və bel ağrılarından əziyyət çəkən vicdan məhbusunun müalicə olunması ilə bağlı heç bir tədbir görülmür.Muxalifet - 19-04-2017
Deputatın “avara” dediyi 1 milyon 800 min azərbaycanlı...
Sərdar Cəlaloğlu: “O, qeyri-ciddi, əxlaqi cəhətdən qüsurlu bir şəxsdir”; Tahir Kərimli: “Şəxsən ona etiraz edəcəm”
Muxalifet - 19-04-2017
Azərbaycanda fiziki şəxslər "exchange" aça biləcək
Lisenziya almış rezident hüquqi və fiziki şəxslər, qeyri-rezident hüquqi şəxslərin filialları valyuta mübadiləsi fəaliyyəti göstərə biləcək
Muxalifet - 19-04-2017
Tramp: “Pxenyanla bağlı qərarımız hamı üçün gözlənilməz olacaq”
ABŞ iki təyyarədaşıyan zərbə qrupunu Koreya yarımadasına göndərdi.
CNN xəbər verir ki, söhbət “Ronald Reyqan” və “Admiral Nimitz” gəmilərindən gedir. Bundan başqa, artıq “Karl Vinson” təyyarədaşıyan aprelin 16-da Yaponiya dənizinə yaxınlaşıb. Bu təyyarədaşıyan gəmiləri əlavə olaraq hərbi xarakterli gəmilər müşahidə edir.Muxalifet - 19-04-2017
Azərbaycanlılar getmədikləri oyuna bilet alır – Ürəksızladan dəstək
Təbrizin “Traktorsazi” komandasının tərəfdarları sabahkı “Traktorsazi” – “İstiqlal” oyununda komandanın üçüncü rəsmi rəngi olan qaraya bürünməyi planlaşdırırlar.
Bu addımla Azərbaycanda daşqınlar zamanı həyatını itirənlərin xatirəsi yad ediləcək.
Həmçinin yarışda biletlərin satışından əldə olunan gəlirin daşqından əziyyət çəkənlərə sərf ediləcəyini eşidən vətəndaşlar artıq “Traktorsazi”nin kampaniyasına ciddi dəstək verirlər. Hətta futbol matçına gedə bilməyənlər də biletlər alırlar.Muxalifet - 19-04-2017
Xaricdəki tələbəmiz: “Yaponiyada yeni məzunlardan Azərbaycandakı kimi iş təcrübəsi tələb olunmur” - MÜSAHİBƏ
Heç kimə sirr deyil ki, Yaponiyanın təhsil sistemi Amerika və Avropadakı bir çox nüfuzlu universitetləri kölgədə qoymağı bacarır.
Muxalifet - 19-04-2017
Bu qanunu pozan deputatların mandatı alınacaq – YENİ DƏYİŞİKLİK
Milli Məclisin Daxili Nizamnaməsinə dəyişiklik təklif edilir.
Nizamnamənin 46-cı (Parlamentdaxili məsuliyyətə cəlb olunan Milli Məclisin deputatınatətbiq edilən intizam tədbirləri) maddəsinə yeni bənd əlavə edilir.
Belə ki, mövcud qanunvericiliyə əsasən, hazırda Milli Məclisin deputatına xəbərdarlıq, söz kəsmə, iclas salonundan çıxarma, töhmət, deputat səlahiyyətlərinin itirilməsi kimi intizam tədbirləri tətbiq edilir. Bundan sonra deputatın mandatdan məhrum edilməsi də təklif olunur.Muxalifet - 19-04-2017
Əli İnsanov: “Məni nə ilə ittiham edirsiniz? Heç bir suala cavab yoxdur”
Aprelin 19-da Qaradağ Rayon Məhkəməsində həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Prosesə yalnız bir neçə jurnalist buraxılıb. Məhkəmə zalında cəmi 6 stul var, onlardan birində isə zərərçəkən oturur.
Hakim Rəşad Mustafayevin sədrlik etdiyi prosesdə sənədlər tədqiq edilib.
Prosesdə iştirak edən şəxslərdən biri Turan-a bildirib ki, öncə cinayət işində olan sənədlər elan olunub.Muxalifet - 19-04-2017
Məcburi köçkünün yaşadığı evi sökürlər: “11 nəfərik, harada yaşayaq?” - REPORTAJ
“Mən Ağdamda o boyda ev qoyub gəlmişəm. Bəs mən o evləri kimdən tələb edim? Öz xoşuma gəlmişəm bura? Torpağımızı aldılar, özümüzü evi-eşiyimizdən didərgin saldılar, gəldim ki, Qarabağ alınana qədər qalım burda. İndi burdan hara gedim?”, - deyə Arzu Bəxtiyarova fəryad edir.
Muxalifet - 20-04-2017
Obamanın qızına eşq elan etdi, həbs olundu
Rusiyanın ABŞ seçkisinə müdaxiləsinə dair iki məxfi sənəd aşkar edilib
"The Guardian" yazır ki, Rusiya hökumətinin və Vladimir Putinin nəzarətində olan analitik mərkəzin 2016-cı ildə ABŞ prezident seçkilərinə müdaxilə hazırladığı üzə çıxıb.
Hazırda iş başında olan 3 və istefada olan 4 ABŞ rəsmisi Reuters agentliyinə bildiriblər ki, Moskvada mənzillənmiş Starateji Tədqiqatlar İnstutunda hazırlanmış iki məxfi sənəddə ABŞ seçkisini Trumpın xeyrinə əymək və amerikalı seçicilərin öz ölkələrinin seçki sisteminə inamını sarsıtmaq məqsədilə tövsiyələr verilir.Muxalifet - 20-04-2017
”AMAY Abdulla”: “Onun uşaqlarının atası mən deyiləm”
Dələduzluqda təqsirləndirilən Aygün Akimova və İlham Baxşıyevin cinayət işi üzrə "AMAY" ticarət mərkəzinin rəhbəri Abdulla Abdullayev istintaq dövründə şahid qismində ifadə verib.
"Report" xəbər verir ki, istintaq matreallarına əsasən, A.Abdullayev "AMAY" ticarət mərkəzinin rəhbəri olduğu vaxt - təxminən 2004-cü ildə əvvəllər tanımadığı Dilarə adlı qadının onun iş yerinə gəldiyini söyləyib.Muxalifet - 20-04-2017
400 min dollara toy edən vəzifəli məmur “tros oğrusu” çıxdı – sərvətin qaynağı bilindi
Baş liftçini həbsə götürəcək sensasion faktlar; Övladının 400 min dollarlıq toyu ilə gündəmə gələn Bakı Lift İdarəsinin rəisi haqqında heyrətamiz məqamlar açıqlanıb; onun tabeliyində çalışan mütəxəssis hər şeyi açıqladı; dövləti talayıb, iqtidarı aldadıb...
Muxalifet - 21-04-2017
Çuğundur haqqında bunu bilirdiniz?
İdmanla məşğul olmazdan əvvəl çuğundur şirəsi içmək beyni gəncləşdirir və onun işini yaxşılaşdırır.
Alimlər 55 yaşdan yuxarı 26 nəfər arasında aparılan təcrübədən sonra bu qənaətə gəlib.
Məlum olub ki, vitamin və müxtəlif qidalandırıcılardan başqa, çuğundur şirəsinin tərkibində böyük miqdarda nitratlar, azot birləşmələri var. Bunların orqanizmə düşməsi qan damarlarının daralması və genişlənməsini idarə edən molekulların yaranmasını intensivləşdirir.Muxalifet - 21-04-2017