Axtarış

The search found 105705 results in 0.062 seconds.

Search results

  1. İcra başçısının işdən çıxarılan müavini "yoxa çıxıb"

    “Tovuzun icra başçısının I müavini Mahir Həsənovun işdən çıxarılması ilə bağlı məlumatlar doğrudur”
    Muxalifet.az xəbər verir ki, bunu AzVision.az-a Tovuz rayon İcra Hakimiyyəti başçısının mavini Niftalı Qasımov deyib.
    Mahir Həsənovun işdən çıxarılmasını təsdiqləyən N.Qasımov keçmiş həmkarından xəbərsiz olduğunu bildirib.

    Muxalifet - 24-04-2017

  2. Xalq artisti: “Çölə çıxmağa utanıram”

    Hələ ki, yeriyə bilmirəm.
    Bu sözləri xalq artisti Yalçın Rzazadə səhhəti haqda Kult.az-a danışarkən deyib. O, bir qədər yaxşılaşdığını bildirib:
    “Ayağıma su toplanmışdı. İndi düzəlib. Müalicə olunuram. Əvvələ baxanda yaxşıyam. Amma yenə də ağırlarım olur. Həyətə ancaq əsa ilə çıxa bilirəm. Ona görə də utanıram, şəhərdə görünmürəm. Elə ancaq evdəyəm”.
    Qeyd edək ki, xalq artisti bir müddət öncə yıxılaraq ayağını sındırmışdı.

    Muxalifet - 24-04-2017

  3. Azərbaycanda 27 şəhidin məzarı açılacaq - Foto

    Qarabağ müharibəsi zamanı şəhid olmuş 27 əsgərin məzarı açılacaq
    Beyləqan şəhərində, "Cərcis Peyğəmbər" ziyarətgahında yerləşən naməlum əsgər məzarlarından nümunələr götürüləcək.
    Həmin şəhidlər 90-cı illərdə gedən döyüşlərdə şəhid olan və şəxsiyyətlərini müəyyənləşdirmək mümkün olmayan əsgərlərdir. Nümunələr Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının rəhbərliyi ilə götürüləcək. 27 məzardan götürüləcək nümunələrin cavablarına əsasən onların kimin övladı, yaxud qohumu olması müəyyənləşdiriləcək.

    Muxalifet - 24-04-2017

  4. Vəhşi donuzlar İŞİD terrorçularını parçaladı - İRAQDA

    Hadisə Kərkük əyalətində baş verib

    İraqın Kərkük əyalətində vəhşi çöldonuzları İŞİD terror qruplaşmasının bazasına hücum edərək orada üç yaraqlını parçalayıblar.
    Muxalifet.az xəbər verir ki, bu barədə "Iraqi News" agentliyi məlumat yayıb.
    Qeyd olunur ki, insident Əl-Rəşad rayonu ərazisində qeydə alınıb.
    Terrorçular vaxtaşırı onların kənd təsərrüfatı sahələrinə daxil olan heyvanları qovmağa çalışıblar. Nəticədə üç terrorçu ölüb.
    Fakt öz rəsmi təsdiqini tapmayıb.

    Muxalifet - 25-04-2017

  5. Quşlar 112 milyon dollarlıq təyyarəni parçaladı

    ABŞ-ın "B-52N" tipli strateji bombardımançı təyyarəsi Quam adasında mühərrikinə quş girməsi səbəbindən tamamilə məhv olub.
    Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin məsələ ilə bağlı araşdırma aparmış nümayəndələrinə istinadən "Associated Press" məlumat yayıb.
    Bildirilir ki, quş təyyarənin içinə uçuş zamanı daxil olub.

    Muxalifet - 25-04-2017

  6. O, ABŞ səfirinin əlini sıxmaqdan imtina etdi

    Bosniya və Hersoqovinanın tərkibində yer alan Serb Respublikasının Prezidenti Milorad Dodik ABŞ-ın Sarayevodakı səfiri Morin Komanın nasizm qurbanlarının şərəfinə təşkil olunmuş tədbirdə əlini sıxmaqdan imtina edib.
    Bu barədə informasiyanı “Blic” qəzeti yayıb. Maraqlı məqam odur ki, serb lider tədbir zamanı hər kəslə, hətta özünün ən sərt opponentləri ilə də görüşüb.
    Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi bundan öncə Dodikə qarşı Deyton razılaşmasına əməl etmədiyi üçün sanksiyalar tətbiq edib. Dodik Rusiya ilə çox sıx əlaqələrə malikdir.

    Muxalifet - 25-04-2017

  7. Ərdoğanı yalnız o "dişi qurd" dayandıra bilər - FP

    İngiltərənin Foreign Policy nəşrində Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) keçmiş üzvü Meral Akşənərlə bağlı inanılmaz məqalə yayımlanıb.
    Lila Jakinto tərəfindən qələmə alınan yazıda Prezident Rəcəb Tayyib Ərdoğanı dayandıra biləcək şəxsin məhz sözügedən xanım siyasətçi olduğu bildirilib.
    Məqalə “Ərdoğanın hərəminə girməyi rədd edən “dişi qurd” onu məğlub edə bilərmi?” başlığı ilə nəşr edilib.
    Qeyd edək ki, bir neçə gün öncə “Hüriyyət” qəzeti tərəfindən yayılan məlumatda Akşənərin yeni siyasi partiya quracağı bildirilmişdi.

    Muxalifet - 25-04-2017

  8. DTX-ya yeni səlahiyyət verildi - TERRORÇULUQLA MÜBARİZƏ SAHƏSİNDƏ

    Nazirlər Kabinetinin “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”nda dəyişikliklər edib.
     Qüvvədə olan qaydaya əsasən, Ölkədaxili Siyahı Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin, Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin təqdimatı əsasında və ya öz təşəbbüsü ilə Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti tərəfindən müəyyən edilir və təsdiq olunması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim olunur.

    Muxalifet - 25-04-2017

  9. "Türklər ya ölər, ya hicrət edərlər, fəqət, qul olmazlar!"

     “Bizə fədai lazımdır! Türk hissiyyatlı, islam etiqadlı, Avropa (müasir) qiyafəli fədai!” .  “Füyuzat”da dərc olunmuş Əli bəy Hüseynzadənin məqaləsindəki bu fikri Azərbaycan jurnalistikasında yeni təkan yaratdı, “Tazə həyat”, “İrşad”, “Yeni füyuzat”, “Həqiqət”, “Tərəqqi”, “İqbal”, “Sədayi-həqq”, “Şəlalə”, “Açıq söz”, “Bəsirət”, “Qurtuluş”, “Dirilik”, “Azərbaycan”, “Övraqi-nəfisə” mətbuat orqanları tərəfindən “Türkləşmək, islamlaşmaq, müasirləşmək”  şəklində formalaşdı və təbliğ olundu.

    Muxalifet - 25-04-2017

  10. Büdcədən yayınan milyardlar...

    Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Azərbaycanda genişmiqyaslı qeyri-leqal məşğulluq və “boz” əmək haqları olduğu faktını etiraf edib.

    Muxalifet - 25-04-2017

  11. Adı Messi olduğu üçün İŞİD uşağı girov götürdü

    İraqlı 3 yaşlı uşaq adı Messi olduğu üçün İŞİD tərəfindən girov götürülüb.

    Muxalifet - 26-04-2017

  12. Girovu azad etmək üçün İraqa 23 çanta dollar göndərdilər

     "The İndependent" yazır ki, Bağdad beynəlxalq hava limanının zabitləri Qətər təyyarəsindən boşaldılmış 23 iri çantanın içərisini rentgen aparatı ilə görə bilməyəndə şübhələniblər.
    Onların ekranlarında çantaların içi tam qaranlıq görünürdü.
    Bu ona görə belə olmuşdu ki, çantaların içərisi şüa keçirməyən xüsusi materialla işlənmişdi. Çantalardan isə nə az, nə də çox 500 milyon dollar pul çıxmışdı.
    Məqalədə deyilir ki, indi bu pulun 24 qətərlinin və iki səudun girovluqdan azad edilməsi üçün göndərildiyi məlum olub.

    Muxalifet - 27-04-2017

  13. Rasim Balayev: "Hazırda səhhətim qaydasındadır"

    Kiməsə belimdə ağrılar olduğumu deyirəm, xəbər edib yayırlar
    "Hazırda səhhətim qaydasındadır".
    Bunu Azərbaycanın xalq artisti Rasim Balayev son zamanlar səhhəti ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.
    "Kiməsə belimdə ağrılar olduğumu deyirəm, xəbər edib yayırlar. Səhhətim normaldır. Adamın beli ağrıyar da, axı burda nə var ki?".
    Xalq artisti hazırda sənətində yenilik olmadığını da söyləyib: "Qarşıdakı aylar üçün heç bir planım yoxdur. Hələlik istirahət edirəm".

    Muxalifet - 27-04-2017

  14. "Brent" markalı neftin qiyməti 50 dollar/bareldən aşağı düşə bilər

    May ayının ortalarına doğru isə qiymət yenidən 55 dollar/barelə yaxınlaşacaq
    Dünya bazarında "Brent" markalı neftin qiymətinin yaxın günlərdə 50 dollar/bareldən aşağı düşməsi ehtimalı var.

    Muxalifet - 27-04-2017

  15. İslamiadaya qatılacaq Azərbaycan idmançılarının sayı açıqlandı

    Azərbaycanın İslam Həmrəyliyi Oyunlarında neçə idmançı ilə təmsil olunacağı dəqiqləşib. Yarışın Əməliyyat Komitəsindən apasport.az saytına verilən məlumata görə, yığmamız İslamiadada 335 idmançı ilə təmsil olunacaq.
     Mayın 12-22-də keçiriləcək yarışda komandamız 21 növün hər birində çıxış edəcək.
     Qeyd edək ki, yarışın rəsmi açılış mərasimi mayın 12-də olsa da, İslam Həmrəyliyi Oyunları ayın 8-də futbol yarışı ilə başlayacaq.

    Muxalifet - 27-04-2017

  16. İran indi də Pakistana ilişdi

    İran XİN: Pakistan sərhədçilərimizə hücuma görə cavab verməlidir
     “Təkfirçi, ifratçı və zorakılıq yayanların əlində oyuncaq olan silahlı qruplaşmaların İran-Pakistan sərhədlərində terror hərəkətləri etməsi qəbulolunmazdır. Pakistan hökuməti buna görə cavab verməlidir”.

    Muxalifet - 27-04-2017

  17. Polis mesaj yazıb intihar etdi: “Mən vətən xaini deyiləm”

    Türkiyədə "Fətullahçı Terror Təşkilatı" (FETÖ) ilə əlaqəli olduğu ehtimal edilən polis işçisi intihar edib.
    Türkiyə mətbuatına istinadən xəbər verir ki, adı açıqlanmayan şəxs intihar etməzdən əvvəl qohumları ilə vidalaşıb.
    Kod adı H.E göstərilən polis daha sonra sosial şəbəkədəki hesabında “Mən vətən xaini deyiləm” mesaj yazaraq tapança ilə özünü öldürüb.
    Qeyd edək ki, Türkiyədə “Fətullahçı Terror Təşkilatı” (FETÖ) ilə bağlı aparılan istintaq çərçivəsində 9103 hüquq-mühafizə orqanı əməkdaşı vəzifəsindən uzaqlaşdırılıb.

    Muxalifet - 27-04-2017

  18. Müsavat fəalları polisə çağırılıb

    Aprelin 27-də Müsavat Partiyası Mingəçevir şəhər təşkilatının sədri Nürəddin Rüstəmli və fəal İbrahim Salamov polisə çağırılıb. Bu barədə Müsavat Partiyasının bəyanatında bildirilir.
    Sənəddə deyilir ki, N.Rüstəmli bundan öncə də polisə çağırılıb.
    Bu gün Mingəçevir Polis İdarəsinin rəis müavini Allahverdi Siraclı N.Rüstəmli və İ.Salamovu siyasi fəaliyyətləri ilə bağlı sorğu-sual edib. Onlar sərbəst buraxılıb, amma aprelin 29-da İ.Salamovun yenidən polisə gəlməsi tələb olunub.

    Muxalifet - 27-04-2017

  19. Kim Çen dünyanı oyuncaq silahlarla aldadıb

    Şimali Koreyanın aprelin 15-də keçirdiyi hərbi parad Amerikaya əzələ nümayişi kimi qiymətləndirilirdi.
    Amerikalı mütəxəssislər Pxenyanın hərbi parad zamanı nümayiş etdirdiyi silahlarla bağlı maraqlı faktlar ortaya çıxarıb.
    Foks Nyus televiziya kanalına danışan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq şefi Maykl Pregent parad zamanı Şimali Koreya əsgərlərinin əllərindəki silahların çoxunun saxta olduğunu bəyan edib.
    Maykl Pregent Pxenyanın özünü dünyaya isbat etmək üçün saxta silahlardan istifadə etdiyi qənaətindədir:

    Muxalifet - 27-04-2017

  20. Zaxarova Azərbaycan jurnalistlərini təhqir etdi - VİDEO

    Rusiya XİN rəsmisi Azərbaycan jurnalistlərini təhqir etdi
    Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Azərbaycan jurnalistlərini təhqir edib.
    Azərbaycanlı jurnalistin ermənilər tərəfindən girov götürülən, sonra isə qondarma “DQR” məhkəməsi tərəfindən 2014-cü ilin dekabrında ömürlük həbs cəzası verilən Rusiya vətəndaşı Dilqəm Əsgərovla bağlı sualını yarımçıq qoyan “diplomat” qadın suala tam qulaq asmadan, Azərbaycan mediasında gedən yazılar barədə təhqiredici ifadələr işlədib:

    Muxalifet - 27-04-2017

Pages