Gürcüstanda səsvermə başa çatdı - HAKİM PARTİYA ÖNDƏDİR

Gürcüstanda parlament seçkilərində səsvermə başa çatıb.
3645 seçki məntəqəsində səhər 08.00-da başlayan səsvermə 20.00-da başa çatıb. Ölkədə 3,51 mln seçici qeydə alınıb.
Mərkəzi Seçki Komissiyasının xəbərinə görə, saat 17:00-a qədər 42,05 faiz və ya 1,477 mln. seçici səs verib.
Seçkilərin ilkin nəticələrinin sabah 06.00 elan olunacağı gözlənilir. Ekzit-polların ilkin gösrtəricilərinə əsasən, partiya siyahıları ilə səsvermədə hakim partiya öndədir.