​ Bakı Slavyan Universitetində əsaslı təmir başa çatıb

Bakı Slavyan Universiteti (BSU) yeni tədris ilinə tam hazırdır.
Universitetin mətbuat xidmətindən bildirilib ki, builki tələbə qəbulu planı 88 faizdən artıq yerinə yetirilib.
Yay tətilində başlanan əsaslı təmir işləri artıq tam başa çatıb: "Bu il BSU-nun 70 illik yubileyi təntənə ilə qeyd olunacaq. Yubileyə hazırlaşmaq və yeni dərs ilini uğurla başa vurmaq üçün bu gün universitetdə artıq hər cür şərait yaradılıb".