Sahibkar xanım prezidentə müraciət etdi

 
Mayram Seyidəhmədova: “Zaqtala rayon Məhkəməsinin hakimi Elburus Məmmədov qanunu fəaliyyətimə qanunsuz olaraq mane olmaq istəyir”

Zaqatala Rayonu Muxax kəndi sakini Seyidəhmədova Mayram Məhəmməd qızı tərəfindən Muxalifet.az-ın elektron poçtuna şikayət məktubu daxil olub.
Müəllif yazır ki, prezident İlham Əliyev sahibkarlara maneə yaratmamağı məmurlara dəfələrlə tapşırsa da, Zaqatala rayonunda bir çox məmurlar buna əməl etmirlər:
“Sizə bildirim ki, hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul oluram və kənddə bir çörəkbişirmə seximdə 11 nəfər, maqazinimdə 2 nəfər, avtomobil təmiri sexində 3 və çayxanamda 2 nəfər işləyir. Bütün sənədlərim tam qaydasındadır və hər ay vaxtlı-vaxtında dövlət vergisini ödəməyimə baxmayaraq, heç bir əsas olmadan Zaqtala rayon Məhkəməsinin hakimi Elburus Məmmədov qanunu fəaliyyətimə qanunsuz olaraq mane olmaq istəyir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan qanunu mülkiyyətim olan obyektin sökülməsi üçün məhkəməyə verilən iddianın tam əsassız olmasına baxmayaraq, hakim süründürməçilik yaradır. Hansı ki, təqdim edilən sənədlərə əsasən, həmin idia əsassız olduğu üçün rədd edilməli idi.
İddianı verən kənd sakini Süleymanov Faiq Süleyman oğlu sahibkarlıq fəaliyyəti ilə məşğul olduğum obyektə gələn elektirik xəttini qanunsuz olaraq kəsib ki, bu barədə Zaqatala Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişəm. Bu boyda qanunsuzluq olmaz mən qanunu sənədlərimlə mülkiyyət əldə edib qanunu dövlət vergisini ödəməklə sahibkarlıq fəaliyyəti ilə məşğul oluram ki, burada 18 nəfərdə işləyib ailəsinə qazanc aparır. Hətta çörəkbişirmə seximi ziyanla işlətməyimə baxmayaraq bağlamıram ki, 11 nəfər burada işləyən zəhmətkeş insan işsiz qalmasın. Mən dövlətimizi düşünüb bunu etsəm də, Zaqatala rayon Məhkəməsinin hakimi Elburus Məmmədov öz şəxsi maraqlarına görə 18 nəfərin çörəyinə dəymək istəyir. Mən mətbuat vasitəsi ilə bir ağbirçək ana, sahibkar qadın kimi cənab İlham Əliyevə, Prezident Administirasiyasında yaradılmış Apellyasiya Şurasına müraciət edib, xahiş edirəm, mənim sahibkarlıq fəaliyyətimə maneə yaradıb süründürməçiliyə məruz qoyan vəzifəli şəxslərin və elektirik xəttini qnunsuz kəsmiş şəxsin barəsində ciddi tədbirlər görəsiniz.
Sahibkarın inkişafına xüsusi diqqət yetirdiyi üçün hörmətli prezidentimiz İlham Əliyevə minnətdarlığımı bildirirəm”.

Muxalifet.az