Axtarış
The search found 105705 results in 0.009 seconds.
Search results
Yaqub Zurufçudan Hurriyyet.az-ın yazısına reaksiya
Əslən azərbaycanlı olan tanınmış müğənni Yaqub Zurufçunun Almaniyanın Köln, Hamburq, Frankfurt şəhərlərində keçirəcəyi konsert turları Avropadakı Azərbaycan milli diaspor təşkilatlarının əksəriyyəti tərəfindən baykot ediləcək. Buna səbəb keçiriləcək konsertlərin “paniranizm” və “panfarsizm” ideologiyasına xidmət etməsi iddialarıdır.
Muxalifet - 24-03-2016
Nemət Pənahlının "ağ paltarlı" azadlığı
Novruz bayramında verilən əfv sərəncamı ilə azadlığa buraxılan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının ağ paltarda azadlığa çıxması, hazırda bu paltarda da olması günlərdir müzakirə olunur. Xüsusilə, partiya sədrinin məhkəməsi zamanı da ağ rəngli geyimdə olması, eləcə də, bu rəngin daşıdığı mənalar suallar yaradır. Çoxları bu rəngin ağ kəfən anlamını daşıdığını düşünür.
Muxalifet - 24-03-2016
Yaqub Zurufçu Avropada boykot olunur - BƏYANAT
Elman Mustafazadə bütün dünya azərbaycanlılarına müraciət etdi
“Yaqub Zürufçunun sponsorları ilə birgə düzənlədiyi konsertləri hamılıqla baykot etməyə çağırırıq”
Muxalifet - 25-03-2016
Keçmiş MTN əməkdaşından ŞOK AÇIQLAMA - "ELDAR MAHMUDOV MƏNİ ÖLDÜRTMƏK İSTƏYİRDİ..."
"Keçmiş MTN əməkdaşı, Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu, keçmiş MTN başçısı Eldar Mahmudovun vaxtilə onu həbs etmək üçün qurduğu planlardan danışıb. Muxalifet.az-ın məlumatına görə, Ərəstun Oruclu bu barədə “Facebook”da yazıb. Həmin statusu təqdim edirik:
“Keçmiş MTN rəhbərləri tərəfindən şərlənərək tutulmuş və əfv sərəncamı əsasında azad olunmuş jurnalist Pərviz Həşimli mediaya açıqlamasında, MTN rəsmilərinin istintaq zamanı ondan mənə qarşı da dövlət çevrilişi təşkilində iştirak etməklə bağlı ifadə almağa çalışdıqlarını deyib.Muxalifet - 26-03-2016
Müharibə hazırlığı, yoxsa...?
Azərbaycan və Ermənistan Müdafiə Nazirliklərində eyni vaxtda oxşar toplantı keçirilib
Martın 26-da Azərbaycan və Ermənistan Müdafiə nazirliklərində mahiyyətcə, mövzuca, hətta iştirakçılarına görə oxşar olan toplantı keçirilib.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, müdafiə naziri Zakir Həsənovun rəhbərliyi ilə nazirin müavinləri, Silahlı Qüvvələr və qoşun növü komandanları, eləcə də birlik komandirlərinin iştirakı ilə xidməti müşavirə keçirilib.Muxalifet - 27-03-2016
Erməni əsilli Avropalı agent Azərbaycanda necə ifşa oldu
Əlvənd Mehmanın imzası ilə Azərbaycanın ən qalmaqallı dedektiv kitabı çap olunub.
Gerçək faktlara söykənən kitabda avropalı erməni agentinin Azərbaycanda gizli işlərindən və nəticədə onun ifşa olunmasından bəhs olunur.Muxalifet - 27-03-2016
Dəmiryolçular Abutalıbova vaxt verdi – “ƏKS HALDA ÖZÜMÜZÜ YANDIRACAĞIQ”
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) onlarla işçisi aclıq aksiyası keçirməyə hazırlaşır. Onlar bu barədə artıq Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbova müraciət ediblər. Hurriyyet.az xəbər verir ki, dəmiryolçular illərdir QSC-nin rəhbərliyi tərəfindən onlara ödənilməli olan vəsatin mənimsənilməsinə etiraz edirlər.
Muxalifet - 28-03-2016
Xalq artistlərindən Yaqub Zurufçuya etiraz - “BU, CİNAYƏTDİR”
Avropada yaşayan güneyli soydaşlarımız da konserti boykot edəcəkmi?...
Muxalifet - 28-03-2016
Sosial şəbəkələr toplumu dəyişikliklərə kökləyir - TƏHLİL
Müasir toplumu internetsiz, bilgisayarsız, mobil telefonlarsız təsəvvür etmək mümkün deyil. İnternet bütün maneələri, sərhədləri aşaraq dünyanı bir-birinə birləşdirən, yaxınlaşdıran əsrarəngiz bir fenomendir. Həyatımızın hər sahəsində zəkamızın bir parçası olaraq bizə dəstək olan vasitədir. Məişətdə, təhsildə, idarəetmədə, bilgi almaqda, fikir və düşüncələrimizin formalaşmasında xüsusi rola sahibdir. Bu vasitədən hər bir ağıllı insanın istifadə etməsi, sosial şəbəkələrin, sosial medianın daha effektli olması üçün çalışması zəruridir.
Muxalifet - 28-03-2016
Avropanın məhvi - ƏLİSA NİCATIN KÖŞƏ YAZISI
100 il bundan qabaq Oskar Şpenqler yazanda ki, Avropanın qürubu başlayır, onu yalnız metafora kimi maraqla qarşıladılar, amma ciddi xəbərdarlıq kimi yox. Çünki Avropanın şərq ucunda Asiyanın böyük hissəsini əhatə edən qorxunc və nəhəng bir əsarət və köləlik imperiyası formasını dəyişib yeni bir məzmunda yenicə meydana çıxmışdı. Bu imperiya böyük qüvvə yığmağa başlayaraq Avropa, hətta dünyanı udmağa hazırlaşır və bunu deməkdən də çəkinmirdilər.
Muxalifet - 30-03-2016
Rusiya Müdafiə Nazirliyinə MEYMUN LAZIMDIR
Rusiya Müdafiə Nazirliyinin elmi-tədqiqat institutu beş makaka almağa hazırlaşır.
Hurriyyet.az xəbər verir ki, ölkənin TASS informasiya agentliyinin dünən verdiyi məlumata görə, MN bundan əvvəl, yəni martın əvvəllərində isə 1,75 mln. rubla beş delfin əldə etmək niyyətində olduğunu bildirmişdi.
MN-nin elmi-tədqiqat institutlarından biri isə dövlət ticarəti saytında yerləşdirdiyi sənəddə tələb olunan beş makaka üçün 1,5 mln. rubla yaxın məbləğ ödəməyə hazır olduğunu bildirib.Muxalifet - 30-03-2016
Bu konsertlər boykot edilməlidir – PROFESSOR RAMİZ QULİYEVƏ AÇIQ MƏKTUB
Azərbaycan prezidenti İlham Əliyev 2009-cu ildə humanizm göstərərək Yaqub Zürufçuya vətəndaşlıq və əməkdar artist fəxri titulunu vermişdir. Bu həmin Yaqub Zürufçudur ki, Azərbaycan türkünə qarşı “paniranizm” və “panfarsizm” siyasətini yürüdən Tehranın “kələmbaş” mollakratiya rejimini təmsil edən birisinin sponsorluğu ilə manqurtcasına 15 aprel 2016-cı il tarixdə Almaniyanın Köln, Hamburq, Frankfurt və digər şəhərlərində “Persian Concert Proudly Presents” başlığı altında “Conserte bozorg azəri” konsertlərini təşkil edəcəyini açıqlamışdır.
Muxalifet - 31-03-2016
Yaqub Zurufçunun qalmaqallı konsertinin afişası dəyişdirildi
Azərbaycan musiqisinin fars adı altında təqdim olunan afişaları mətbuatda dərc edilən yazılardan sonra dəyişdirildi
Ramiz Quliyev: “Dedim ki, dəyişdirilməsə iştirak etməyəcəm... ”
Muxalifet - 31-03-2016
Azərbaycan PKK-nı niyə terror təşkilatı kimi tanımır?
Qabil Hüseynli: “Azərbaycanda PKK-ya simpatiya göstərən müəyyən adamlar var”
Əli Əliyev: “Azərbaycan parlamenti, oradakı YAP çoxluğu PKK-nı terror təşkilatı kimi tanımalıdır”
Muxalifet - 31-03-2016
Azərbaycan ordusu irəliləyir - SƏRSƏNG SU ANBARININ BİR ADDIMLIĞINDA
Virtualaz.org-a Ağdərə (Mardakert) rayonundakı Talış kəndinin azad olunması üzrə xüsusi əməliyyatın təfərrüatları məlum olub. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri, kəskin hücuma keçərək, demək olar ki, itki vermədən Qazaxlılar kəndini keçmiş və Talış kəndi ətrafında beş strateji yüksəkliyi ələ keçirmişlər.
Azərbaycan ordusu Ağdərə rayonunun ən böyük kəndlərindən olan Talışı ələ keçirib və strateji əhəmiyyətli Keçəltəpə yüksəkliyinə yaxınlaşıb. Keçəltəpəni ələ keçirəcəyi təqdirdə, Azərbaycan ordusu Sərsəng su anbarına çıxır.Muxalifet - 2-04-2016
Ərdoğan: "Azərbaycanlı jurnalistin gözlərində göz yaşı gördüm"
ABŞ-da rəsmi səfərdə olan və burada məscidin açılışında iştirak edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cəbhədə baş verən hadisələrdən danışıb: "Az öncə mənə məlumat verildi ki, Azərbaycan - Ermənistan arasında cəbhədə gərgin anlar yaşanır, hər iki tərəf xeyli itki verib".
Ərdoğan ona bu haqda sual verən azərbaycanlı jurnalistdən də danışıb: "Bu məsələylə bağlı az öncə bir azərbaycanlı jurnalist mənim qarşımı kəsdi və sual verdi. Mən onun gözlərindəki kədəri, gözyaşını gördüm. Görəsən, bizim media da nə vaxtsa belə olacaqmi?"Muxalifet - 2-04-2016
2 günlük müharibənin arxasındakı gizlinlər... - TƏHLİL
Torpaq uğrunda ölən varsa, Vətəndir! Növbəti dəfə torpaqlarımızın Vətən torpağı olduğunu qanımızla sübut etdik. 12 şəhid verdik. Amma sarsılmadıq, dimdik ayaqdayıq və bu iki gündə bütün Azərbaycan bir ürək olduq. Qardaşlarımızdan çox gözəl dəstək mesajları aldıq. Və bir daha bütün dünyaya göstərdik ki, torpağımızdan heç bir vəchlə vaz keçəsi deyilik. Və bundan ötrü hər bir Azərbaycan oğlu potensial şəhid olmağa hazırdır.
Allahdan bütün şəhidlərimizə rəhmət, ailələrinə səbr, millətimizə baş sağlığı, yaralılarımıza şəfalar diləyirəm.Muxalifet - 3-04-2016
Ziya Məmmədovun "qol-budağı" doğranır - DAHA BİR SƏLAHİYYƏTİ LƏĞV OLUNDU
Nazirlər Kabineti Azərbaycan Respublikasında avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə verginin ödənilməsi xüsusiyyətləri, habelə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı”nın tətbiq edilməsi Qaydaları”nda dəyişiklik edib.
APA-nın məlumatına görə, bu Qaydalar mülkiyyətində və ya istifadəsində olan avtomobil nəqliyyatı vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) həyata keçirən şəxslərə şamil olunur.Muxalifet - 3-04-2016
Saakaşvilidən Azərbaycana üç dildə dəstək
Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Azərbaycana dəstək verib.
Hurriyyet.az-ın məlumatına görə, o, Facebook-da Məhəmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” ifadəsini Azırbaycan, rus və Ukrayna dillərində yazıb. Mixail Saakaşvili Azərbaycan parlamentindəki 2012-ci ilin martındakı çıxışının videosunu da paylaşıb.
Muxalifet - 6-04-2016
“Azərbaycanda təcili “Müflisləşmə haqqında” qanun hazırlanmalıdır” - EKSPERT
Əkrəm Həsənov: “Banka borca görə hədələnmə vətəndaşa sarsıdıcı zərbə vurur deyə intiharların sayı artır”
“Heç bir Avropa ölkəsində borca görə həbs yoxdur... Azərbaycanın qoşulduğu İnsan Haqları üzrə Avropa Konvensiyasında da birbaşa gösətrilib ki, borca görə həbs etmək olmaz. Vətəndaş bütün bunları bilməlidir”
Muxalifet - 8-04-2016