Ana azyaşlı övladlarına bıçaqla xəsarət yetirdi - Daşkəsəndə DƏHŞƏT

Baxış sayı:
6466

Daşkəsəndə qadın öz övladlarına xəsarət yetirib.

Muxalifet.az apa-ya istinadən xəbər verir ki, rayon sakini Saday Əlirzayev Daşkəsən rayon Polis Şöbəsinə müraciət edərək qızı Elmira Pavlovanın azyaşlı övladları - 2010-cu il təvəllüdlü Hüseyn və 2012-ci il təvəllüdlü Əmirxanı döydüyünü bildirib.

Araşdırmalar zamanı Elmira Pavlovanın azyaşlı övladlarına qaz sobasında qızdırılmış bıçaqla xəsarətlər yetirdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.