Almaniyadan seçki ilə bağlı İLK AÇIQLAMA

Baxış sayı:
9925

Almaniyanın hökumət sözçüsü Steffen Seibert, federal hökumət və gələcək Türk hökuməti arasındakı iş mühitinin konstruktiv və səmərəli olacağına inandıqlarını deyib.
 
Steffen Seibert, Berlindəki Federal Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında Türkiyədəki seçkiləri qısaca dəyərləndirib.
Hökumətin Türkiyədəki prezident və parlament seçkilərini izlədiyini və nəzərə aldığını bildirən Seibert, “Prezident (Rəcəb Tayyib) Ərdoğan ilkin nəticələrə gör,ə bu prezident seçkində qalib olub. AK Partiya və MHP-dən ibarət ittifaq parlamentdə çoxluğu təmin edib” deyib.
 
MÜNASİBƏTLƏR SƏMƏRƏLİ OLACAQ
 
Seibert, Türkiyə-Almaniya əlaqələrinə dair, “Hər iki ölkə hökumətləri, yəni federal hökumət və gələcək Türk hökuməti arasındakı iş mühitinin konstruktiv və səmərəli olacağına inanırıq” deyə, dəyərləndirmə edib.
Baş nazir Angela Merkelin belə hallarda hər zaman adətən uyğun bir zamanda prezident Ərdoğanı təbrik edəcəyini vurğulayan Seibert, günortadan sonra açıqlanması gözlənilən Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) seçki monitorinq qrupunun təəssüratlarını gözləyəcəklərini dilə gətirib.
 
DÜNƏN SAXLANILAN ALMANLAR
 
XİN sözçüsü Mariya Adebahr isə Şırnakda 3 Alman vətəndaşının nəzarətə alındığını bildirərək, “Ancaq bu şəxslərin seçki müşahidəçisi, yəni ATƏT kontekstində müşahidəçi olduqlarını təsdiq etmirəm. Alman səfirliyi 3 məhbusla da əlaqə saxlayır. Onlara konsulluq xidmətləri göstəririk və necə kömək edə biləcəyimizə baxırıq” deyib.
Müxalifət.az