Almaniyadan ilk: Bakı ilə hərbi ƏMƏKDAŞLIQ BAŞLAYIR
28-06-2018 15:14
Baxış sayı:
4045

Almaniyanın “Rheinmetall” korporasiyası Düsseldorfda Azərbaycanla əməkdaşlıq barədə danışıqlara başlayıb.
Muxalifət.az xəbər verir ki, bu barədə məlumatı “Röyter” agentliyi yayıb.
“Biz Azərbaycanla biznes aparılması imkanlarını müzakirə edirik. Danışıqlarda hər iki tərəf əməkdaşlıq niyyətlərini elan edib. Tərəflər arasında razılaşma silah embarqosu və ixracata nəzarət imkanlarını pozmayacaq. Bizim razılaşmamıza əsasən, Azərbaycana silah embarqosuna daxil edilən silahlar və xidmətlər təqdim edilməyəcək”, – deyə şirkətdən agentliyə bildirilib.
Qeyd edək ki, “Rheinmetall” böyük kalibrli artilleriya sistemləri, eləcə də “Leopard” tanklarını istehsal edir.