ADP hakimiyyəti bloqer Elvin İsayevin istintaqını ədalətli və qərəzsiz aparmağa çağırdı – BƏYANAT

Baxış sayı:
2812

Bu gün ADP İdarə Heyətinin ölkə həyatını əhatə edən ictimai-siyasi məsələlərə dair növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, toplantı iştirakçıları ilk növbədə ABŞ Senatının qondarma “erməni soyqırımı”nı tanıması ilə bağlı qərarına münasibət bildirib. Əsasında heç bir tarixi fakt durmayan, saxtakarlıq zəminində qurulan “erməni soyqırımının” tanınmasının ikili standartlardan irəli gəldiyini diqqətə çəkən partiya yetkililəri bu faktın arxasında Türkiyənin regionda, eləcə də dünya miqyasında siyasi, iqtisadi gücünün artması, etibarsız NATO müttəfiqlərinin onunla strateji partnyorluqdan üz döndərərək Suriyada PKK və uzantıları ilə intensiv əlaqəyə girdiyinə görə Türkiyənin Rusiya ilə hərbi, sttrateji bağlantılarının möhkəmləndirilməsi, özünü müdafiə sisteminin yeni şəraitə uyğun qurulması səbəblərinin durduğunu qeyd edib və Senatın bu ədalətsiz, beynəlxalq hüquqa zidd qərarını qətiyyətlə pisləyib. Xristian təəssübkeşliyinin bütün insani və bəşəri dəyərləri arxa plana keçirdiyi, türk-müsəlman dünyasına olan kin və qərəzi özündə etiva etdiyi bu tanınma əslində ABŞ-ın elan etdiyi demokratik, hüququn aliliyi, dünyada sülhün və təhlükəsizliyin qorunması kimi irəli sürdüyü təməl prinsiplərinə olan inamın sarsılması, onun anoloji məsələlərə ikili standartdan yanaşması anlamına gəlir. İstər 20-ci əsrin əvvəllərində, istərsə də əsrin sonunda türk müsəlman dünyasına qarşı arxalandığı güclər hesabına qətliamlar edən, 20-ci əsrin qanlı səhifəsi kimi tarixə düşən Xocalı soyqırımını törədən, Azərbaycanın tarixi ərazilərini təcavüz yolu ilə işğal, ilhaq edib o ərazilərdə vandalizm həyata keçirən Ermənistana quca açması, qondarma erməni soyqırımını göz yaşları içində tanıması, qərbin, o cümlədən ABŞ-ın uzağa gedən antihumanist, antislami məkrili siyasətindən xəbər verir. İdarə Heyəti yeni məskunlaşma dövrlərində Amerikada hinduların, Avstraliyada aborigenlərin, Əlcəzairdə ərəblərin kökünü yer üzündən silmə həddinə çatan genosid faktlarına göz yumub Türkiyənin imperialist dövlətlərin həmlələri ilə əhatə olunduğu bir dövrdə ermənilərin onlara arxadan zərbə vurma faktına görə həyata keçirdiyi məcburi köçürmə siyasətini genosid faktı kimi dəyərləndirən Senatın bu qərarını rədd edib və dünya ictimaiyyətini bu ədalətsiz qərara qarşı təpki göstərməyə, türk islam dünyasını bu məslədə vahid mövqedən çıxış etməyə, hakimiyyəti qardaş Türkiyənin haqlı mövqeyini dəstəkləməyə çağırıb. İdarə Heyəti son vaxtlar ölkənin ayrı-ayrı ticarət və digər obyektlərində böyük yanğınların baş verməsindən dolayı minlərlə kiçik iş adamlarına küllü mqiqdarda ziyan dəyməsindən ciddi narahat olduğunu və hadisələrin məhz ölkədə siyasi dəyişikliklərin baş verməsi fonunda meydana gəlməsini diqətə çəkib və ciddi qarşıdurmaya, etimadsızlığa səbəb ola biləcək bu faktların heç də təsadüfi olmadığını, dəyişilmələrdən tutduğu mövqelərini itirmək qorxusu yaşayan oliqarxların əlinin olduğunu qeyd edib və hüquq mühafizə orqanlarını yanğının arxasında duran səbəblərin obyektiv, şəffaf araşdırılmasına, təqsirkar şəxslərin qanunun gücü ilə cəzaalandırılmasına çağırıb. İdarə Heyəti ölkədən kənarda mühacir həyatı yaşayan bloqer Elvin İsayevin son vaxtlar qərarlaşdığı Ukraynadan yaxalanaraq Azərbaycana gətirilməsi, onun haqqında həbs qətimkan tədbiri görülməsi faktına münasibət bildirib. Partiya yetkililəri bütövlükdə xaricdə mühacirət həyatı yaşayan bloqerlərin, siyasi aktivlərin sosial şəbəkələrdə, internet yayımlarında etik çərçivəni aşan, təhqirə, insan şəxsiyyətinin alçaldılmasına yönəlik davranışları, söyüş kampaniyasını pisləsə də, hakimiyyəti bu və ya digər səbəbdən ölkəni tərk edib xarici ölkələrə gedən mühacirlərə münasibətdə humanist davranmağa, E.İsayev də daxil olmaqla, onlar üzərində başladılan istintaq işlərinin obyektiv, ədalətli, qərəzsiz aparılmasını təmin etməyə çağırıb. Muxalifet.az