ABŞ "Yeni Türkiyə" reallığı ilə hesablaşacaq

Baxış sayı:
11506

"https://inosmi.ru/ Ağrılı bir dönəmdən keçən Türkiyə-ABŞ münasibətləri, dumanlı havaya baxmayaraq, öz axarına düşəcək. Problemləri bu və ya başqa şəkildə həll etmək qaçılmazdır. Bu mənada Ərdoğan və Donald Tramp, okeanın o tayında Avropada, Yaxın Şərqdə və Türkiyədə özlərinə sığınacaq tapan müxalifət dairələri tərəfindən siyasi, bürokratik və iqtisadi sabotaj cəhdlərinə baxmayaraq, bu günə qədər bir çox məsələlərdə əhəmiyyətli irəliləyiş əldə etdilər. Dünənki zirvə görüşü, ABŞ-Türkiyə əlaqələrinin daha da inkişaf etdirilməsi üçün yeni bir yol xəritəsinin yaradılmasına töhfə verəcək. Əlbəttə, Türkiyə üçün prioritet məsələ Suriyanın şimalında terrorçu kürd dövlətin yaranması riskinin biryolluq aradan qaldırılmasıdır. Bu kontekstdə, ilk növbədə təhlükəsizlik məsələsində yeni bir baxışın ortaya qoyulması son dərəcə vacibdir. Digər sənədlərə gəlincə ... Aydın oldu ki, yeni dövrdə Fəthullah Gülən, PKK / YPG terrorçu dəstələri, F-35, S-400, iqtisadi sanksiyalar və Şərqi Aralıq dənizi kimi mövzular daha müstəqil və rəqabətə davamlı strategiyalarda həll olunacaq. Axı, Ərdoğan və Trumpın görüşü, gözlənilənlərin əksinə, “münasibətlərə son qoyulması və ya davam etdirilməsi” məsələnin həll olunduğu bir görüş deyildi. Buna görə, Türkiyə düşmənlərinin gözlədiyi kimi ABŞ-Türkiyə münasibətlərinin qırılması baş verməyəcək və bu münasibətlərdə böhranın dərinləşməsinə ümid edən hər kəs məyus olacaq. Yalnız ABŞ və Türkiyənin deyil, yaşadığımız bütün dünyanın bir yolayrıcında olduğu güman edilir. Yeni bir dünya nizamı formalaşır. Bununla əlaqədar, müəyyən məsələlərdə, xüsusən də Suriyanın şimalında təhdidlər mövzusunda fərqli düşüncələrə sahib olmalarına baxmayaraq, ABŞ Türkiyəni qlobal və regional məsələlərdə öz əleyhinə çevirsə, bu onlar üçün çox böyük itkilər bahasına başa gələcək. Yeni strateji reallıq ABŞ-ı Türkiyəyə qarşı sakit siyasət yürütməyə məcbur edir. Türkiyəni müttəfiqi kimi saxlamağa çalışan əsas siyasi fiqur Trampdır. Ümumi strateji hədəflər iki ölkə arasındakı münasibətlərdə mürəkkəb və bir-birinə bağlı problemlərin hansısa formada həll olunmasını qaçılmaz edir. Bu baxımdan yeni sərt sanksiyalar və FETÖ, PKK / YPG-nin dəstəklənməsi strategiyası Türkiyənin ABŞ-dan daha da qopması ilə nəticələnəcək. ABŞ açıqca AB-yə söykənmiş, Avrasiya və Yaxın Şərqdə üstünlüyün ələ keçirilməsi siyasətini dəyişdirir. 21-ci əsr ABŞ strategiyasında Türkiyə artıq AB-dən daha vacibdir. Türkiyə tədricən formalaşmağa başlayan yeni dünya düzəninin geosiyasi xəritəsində əsas oyunçulardan biridir. Bütün siyası platformalarda Rusiya və Çindən sonra Türkiyənin adı çəkilir. Bu andan etibarən Türkiyə dörd vacib geosiyasi oyunçu - ABŞ, Rusiya, Çin ilə bir sırada dayanır. Amerikalı strateq Alan O. Makovskinin "Türkiyə ABŞ üçün vaz keçilməz əhəmiyyətə malikdir" deməsi təsadüfi deyil. Türkiyə MHP-nin sədri Dövlət Bahçelinin də qeyd etdiyi kimi, "Türkiyə ilə dostluq çox dəyərlidir və düşmənçilik çox təhlükəlidir". ABŞ şübhəsiz ki, bunu çox yaxşı başa düşür. Axı, Gəzi Parkı etirazlarından başlayaraq 15 İyul 2016-cı il çevriliş cəhdinə qədər işə saldıqları bütün ssenarilərə baxmayaraq, Türkiyəni diz çökdürə bilmədilər. Buna görə qarşıdakı dövrdə Türkiyə-ABŞ münasibətlərini daha müstəqil fəaliyyət göstərən və milli maraqları güdən "yeni Türkiyə" reallığı təyin edəcək. ABŞ və Türkiyə liderlərinin sammitindən başa düşdüyümüz kimi, Donald Trampın rəhbərlik etdiyi ABŞ da bu prosesə və yeni reallığa maksimum uyğunlaşmağa çalışır. Muxalifet.az, Şükürova Ülviyyə