ABŞ Rusiyaya Qara dənizi "rus gölü"nə çevirməyə imkan verəcəkmi? - Kreml bu səbəbdən Ukrayna və Gürcüstana təzyiq edir

Baxış sayı:
3502

Birləşmiş Ştatlar Qara dənizdə yerləşmək üçün üç cəhd göstərdi, lakin bu günə qədər heç bir nəticə vermədi, çünki Qara dənizin qərb bölgəsi dövlətlərinin NATO üzvü olmasına baxmayaraq, bu bölgə regiona daxil olmayan dövlətlər üçün qapalı qalır. Ancaq Vaşinqton burada lövbər salmaq ümidini itirmir. Bu necə mümkündür? Muxalifet.az "Cumhuriyet"-ə istinadla bu barədə xəbər verir. ABŞ-ın ən vacib məqsədlərindən biri də Qara dənizdə məskunlaşmaqdır və 1936-cı il Montre Konvensiyası bunun qarşısını alır. Bu yolla ABŞ cənubdan- Gürcüstan və cənub-qərbdən- Ukrayna istiqamətlərindən Rusiyanı mühasirəyə alır. Bu sənəd Qara dəniz regionuna aid olmayan dövlətlərin hərbi gəmilərini tonnaj (45 min tona qədər) və qalma müddətinə (21 gündən çox olmayan) görə məhdudlaşdırır. Bir sözlə, Montre Konvensiyası Qara dənizin təhlükəsizliyinin qarantıdır və bu razılaşma ilə Türkiyə və Sovet İttifaqı, Qara dənizi Qərb imperialist ölkələri üçün həqiqətən bağladı. Hətta, soyuq müharibə dövründə belə, ABŞ Türkiyəni konvensiyanı aşıb keçməyə inandıra bilmədi! ABŞ-ın Qara dənizdə dörd gedişi SSRİ-nin dağılmasından sonra parçalanan dövlətləri qərb düşərgəsinə qəbul edən və Rusiyanı mühasirəyə almağa davam edən ABŞ, eyni zamanda Qara dənizdə yerləşmə planını həyata keçirməyə çalışdı. ABŞ-ın ilk gedişi Qara dəniz bölgəsinin qərb hissəsində yerləşən dövlətləri Atlantik düşərgəsinə qəbul etmək oldu. 2004-cü ildə Bolqarıstan və Rumıniya NATO-ya, 2007-ci ildə isə AB-yə üzv oldu. O vaxtdan bəri ABŞ bu ölkələrdə hərbi güc qurur İkinci hərəkətləri ilə ABŞ Qafqazı qarışdırmağa və şərqdən Qara dənizə girməyə çalışdı. 2004-cü ildə Gürcüstanda baş verən narıncı inqilab nəticəsində qərbyönümlü siyasətçi Saakaşvili hakimiyyətə gəldi və Gürcüstanın NATO-ya qəbulu prosesi başladı. Osetinlər Qərbə təslim olmağa qarşı çıxdılar və Saakaşvili müstəqillik əldə etmək cəhdlərini əngəlləmək istəyəndə Putinin Rusiyası hərbi müdaxilə etdi. Saakaşvili qaçdı, Gürcüstanın NATO üzvlüyü arxa plana düşdü və ABŞ-ın ikinci gedişi də uğursuz oldu. ABŞ, Qara dənizdə, Ukraynadan üzərindən hücuma keçməklə üçüncü gedişini etdi. Putin əks hücum etdi və Krımı Ukraynadan alaraq ABŞ-ın başladığı işi tamamlamasına mane oldu. Ukraynanın NATO-ya üzvlüyü də qeyri-müəyyən müddətə təxirə salınıb. İndi isə Mərmərə dənizindən Qara dənizə daşınma kanalı layihəsi olan –Kanal İstanbul De-fakto ABŞ-ın Qara dənizdə yerləşmə cəhdində dördüncü gedişi olacaq! Kanal İstanbul ABŞ gəmilərinin Çanaqqala və Bosfor boğazlarından üzərindən keçməsini məhdudlaşdıran və onların 21 gündən çox Qara dəniz sularında qalmağına imkan verməyən Montre Konvensiyasından yan keçməsinə imkan verəcəkdir. ABŞ ən çox Montre Konvensiyasına qarşı çıxır Montre Konvensiyasından yan keçmək Vaşinqtonun çoxdan axtardığı və ələ keçirə bilmədiyi fürsətdir. Ötən illər ərzində ABŞ öz maraqlarına uyğun olaraq konvensiyanın bəzi müddəalarında istədiyi dəyişikliyi edə bilmədi və İstanbul kanalının köməyi ilə bu sənəddən birdəfəlik canını qurtarmaq şansını əldə edəcək! Montre Konvensiyası 20 il müddətinə bağlandı və 1956-cı ildə başa çatmalı idi. Lakin bunun üçün konvensiyanı imzalayan dövlətlərdən biri onun ləğv etmək istəyini bəyan etməli idi. Konvensiya Qara dənizi regional bir dəniz halına gətirən və onu bölgədən kənar dövlətlərə bağladığı üçün indiyə qədər heç bir imza atan dövlət sənədi ləğv etməyə çalışmadı. Bu səbəbdən ABŞ bu dənizin "beynəlxalq sular" olması tezisi əsasında Qara dənizə girməyə çalışdı. Lakin Türkiyə də bu tezisə qarşı çıxdı. Belə ki, Baş Qərargahın keçmiş rəisi, ordu generalı İlker Başbuğ bir dəfə bu məsələyə son nöqtəni qoymuşdu: "Qara dəniz Qara dəniz ölkələrininin məsələdir". Ərdoğan NATO-nu Qara dənizə dəvət etdi Son illərdə ABŞ NATO vasitəsilə Qara dənizdə bəzi gedişlər edir. Üstəlik, bu gedişlərin siyasi əsası Ərdoğanın 2016-cı ildə NATO-nun baş katibi Jens Stoltenberqə etdiyi müraciəti idi: “Siz heç Qara dənizdə deyilsiniz. Qara dəniz praktik olaraq Rus gölünə çevrilir. Qara dənizi yenidən sabitlik dənizinə çevirməliyik "(05/11/2016). 8-9 iyul 2016-cı il tarixində Varşavada keçirilən NATO sammitində NATO-nun Qara dənizdə iştirakını artırmaq barədə qərar qəbul edildi. Yekun kommünike Rusiyanın Qara dənizdəki hərbi mövcudluğunun müttəfiqlər və digər ölkələr üçün təhlükə yaratdığını qeyd etdi. Sonra, baş katib Stoltenbergin imzaladığı "NATO: Gələcəyə Hazırıq" sənədində NATO-nun dəniz qüvvələrinin 2018 və 2019-cu illərdə Qara dənizdə gücləndiriləcəyi bildirildi və bu sularda qalmalarının 120 günə qədər artırılacağını bildirildi Dövlət intiharı Göründüyü kimi, Türkiyənin Kanal İstanbul layihəsi ABŞ-a uzun illər boyu mübarizə etdikləri məqsədə asanlıqla Qara dənizdə lövbər salmaq imkanı verir. Şərqi Aralıq dənizində antitürk cəbhəsi və cənubda Türkiyəyə qarşı "terror dəhlizi" yaradan ABŞ bu dəfə şimalda - Qara dənizdə yerləşərsə bu əsl "dövlət intiharı" olacaqdır! Türkiyə buna imkan verə bilməz! Muxalifet.az