ABŞ Rusiya üçün hava-su kimi vacib olan "Şimal Axını-2"-nin tikintisini dayandırdı

Baxış sayı:
3166

“Şimal Axını 2” qaz boru kəmərinin çəkilişi ilə məşğul olan “Allseas” İsveçrə-Hollandiya şirkəti, ABŞ-ın sanksiyaları səbəbindən layihə üzərində işləri dayandırdı. Muxalifet.az bu barədə "inosmi.ru"-ya istinadla bildirir. ABŞ Maliyyə Nazirliyi, "Şimal axını 2" və "Türk axını" boru kəmərlərinə qarşı Vaşinqtonun sanksiyalarının qüvvəyə mindiyini və tikinti şirkətlərindən dərhal tikintini dayandırmasını tələb etdiyini söylədi. "Milli Müdafiə üçün büdcə ayırmaları haqqında qanunun (NDAA) qəbul edilməsi ərəfəsində Allseas Şimal Axını 2 boru kəmərindəki işini dayandırdı" deyə şirkətin açıqlamasında bildirilir. "Allseas", ABŞ səlahiyyətlilərindən sanksiyaların necə tətbiq ediləcəyi ilə bağlı açıqlama gözlədiyini bildirdi. Muxalifet.az