ABŞ-dan Misirə SU-35 XƏBƏRDARLIQI: Sanksiya tətbiq...

Baxış sayı:
6862

ABŞ Misiri Rusiyadan Su-35 qırıcılarını alarsa sanksiyalarla qarşılaşacağı barədə xəbərdar etdi. Bu barədə "The Wall Street Journal" ABŞ dövlət katibi Mayk Pompeo və ABŞ müdafiə katibi Mark Esperin Misirin müdafiə naziri Məhəmməd Zakiyə göndərdiyi məktubuna istinadən xəbər verir. ABŞ hesabatında deyilir ki, Moskva ilə hərbi sənaye sahəsində iri miqyaslı əməkdaşlıq Vaşinqton-Qahirə münasibətləri üçün maneə olacaq. Qeyd olunur ki, ABŞ Misirə qarşı sanksiya tətbiq etmək ehtimalı barədə də xəbərdarlıq edib. Muxalifet.az