ABŞ-dan GÖZLƏNİLMƏZ ADDIM: çıxardığı ordusunu yenidən ora yeritdi

Baxış sayı:
6835

Suriyanı tərk edərək İraqa gedən ABŞ Silahlı Qüvvələrinin əsgərləri yenidən geri qayıtmağa başlayıb. Bu barədə Anadolu Agentliyi informasiya yayıb. Xəbərə görə, Əl-Valid sərhəd məntəqəsindən ölkə ərazisinə daxil olan hərbi kolonu helikopterlər müşayiət edir. Suriyanın şərqində YPG/PKK işğalındakı sahədə yerləşən neft quyularını hərbi qüvvələrlə qorumaq qərarı alan ABŞ buraya heyəti daşıyan avtomobillər və tanklar daxil olmaqla, 30 zirehli texnika göndərib. İraqın Müdafiə naziri Nəcah əş-Şamari amerikalı həmkarı ilə görüşdən sonra Suriyadan çıxan ABŞ hərbçilərinin dörd həftə ərzində İraq ərazisini tərk edəcəyini bildirmişdi. Qeyd edək ki, Türkiyə ordusu Suriyanın şimal-şərqində hərbi əməliyyatlara başladıqdan sonra ABŞ Silahlı Qüvvələri Hələb, Əl-Haseke və Rakka əyalətlərində yerləşən bazaların çoxunu tərk edərək hərbçilərini İraqa aparmışdı.