ABŞ bildirir ki, Rusiyanın hərbi texnikası dağılır

"Rusiya hərbi texnikaları tökülüb-dağılır, çünki müasir Rusiyanın yeni avadanlıq almaq üçün vəsaiti yoxdur və keçmişdən qalmış Sovet texnikasını yaxşı vəziyyətdə saxlamaq üçün maliyyə yox idi". ABŞ-ın "Popular Mechanics" nəşri qeyd edir ki, 2019-cu ildə bir neçə insident- əsasən də strateji bombardmançı Tu-22M3-ün qəza enişi, Rusiaynın təmirdə olan yeganə təyyarədaşıyan gəmisi Admiral Kuznetsovda yanğın, Krımda istismara yararsız PD-16 batması, AS-31 "Loşarik" nüvə sualtı stansiyasının qəzası və Murmansk bölgəsində Tu-22M3 qəzaları baş verdi. Oktyabr ayında Amerikanın Business Insider nəşri yazmışdı ki, NATO təlimləri zamanı uzun yola çıxan Rusiya gəmilərinin, yedək avadanlığı ilə müşayiət olunması Rusiya Hərbi Dəniz Qüvvələrinin çox böyük probleminə dəlalət edir. Muxalifet.az