Abe Ərdoğanı TƏBRİK ETDİ
28-06-2018 14:00
Baxış sayı:
3760

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Yaponiyanın Baş naziri Şinzo Abe arasında telefon danışığı baş tutub.
Muxalifət.az xəbər verir ki, telefon danışığı zamanı Yaponiyanın Baş naziri Ərdoğanı 24 iyunda keçirilən seçkilərdə qazanılan qələbə münasibətilə təbrik edib.
Liderlər gələcək dönəmdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi məsələsində həmrəylik nümayiş etdiriblər.
Ərdoğanla Abe eyni zamanda Argentinada keçiriləcək G-20 zirvəsi çərçivəsində görüşmək barədə razılığa gəliblər.