54 min məhbus müvəqqəti evə buraxıldı - İRANDA

Baxış sayı:
4584

İranda yeni tip koronavirusun (Covid-19) yayılmasının qarşısını almaq üçün 54 min məhbusa ev icazəsi verilib.

Bu barədə İran məhkəməsinin mətbuat katibi Qulamhüseyn İsmayılli Tehranda keçirilən mətbuat konfransında məlumat verib.

Qeyd edək ki, son məlumatlara görə, İranda 2300-dən çox koronavirusa yoluxma faktı aşkarlanıb, bunlardan 77-si ölümlə nəticələnib.