43 ölü, 168 xəsarət - Azərbaycanda yanğınlarla bağlı STATİSTİKA
29-10-2019 14:29
Baxış sayı:
2917

2019-cu ilin 9 ayı ərzində təhqiqatı aparılmış yanğınların sayı 1818 olub.
Fövqəladə Hallar Nazirliyindən Muxalifet.az-a verilən məlumata görə, yanğın hadisələri zamanı 43 nəfər həlak olub, 168 nəfər xəsarət alıb ki, bu da ötən ilin 9 ayı ilə müqayisədə yanğından həlak olanlar üzrə 19 nəfər və ya 31% azdır, xəsarət alanlar üzrə 41 nəfər və ya 32% çoxdur.
2019-cu ilin eyni dövründə ayi ərzində respublika ərazisində 46 partlayış hadisəsi baş verib ki, bu da 2018-cı ilin müvafiq dövrü ilə müqayisədə 1 hadisə və ya 2% çoxdur. Partlayışlar zamanı 12 nəfər həlak olub, 72 nəfər xəsarət alıb.