Zelenski jurnalistlərlə meşədə görüşdü – Foto
8-06-2019 15:27
Baxış sayı:
5224
Ukrayna prezidenti Vladimir Zelenski jurnalistlərlə meşədə qapalı görüş təşkil edib.
Virtualaz.org “112 Ukrayna” telekanalına istinadən xəbər verir ki, görüş vaxtı söhbətin hansı mövzularda aparılması barədə iştirakçılar məlumat vermirlər. Yalnız o məlumdur ki, görüşdə yalnız Zelenski deyil, onun administrasiyasının nümayəndələri də iştirak ediblər.
Söhbət səs, yaxud video yazısı aparılmamaq şərtilə “Zalesye” şəhərkənarı iqamətgahda keçirilib. Jurnalistlər görüş vaxtı birbaşa otluqda, yaxud da yumşaq oturacaqlarda əyləşiblər.
Bir çox görüş iştirakçıları özlərinin “Facebook” səhifələrində qeyd ediblər ki, prezident onları şaurmaya qonaq edib.