​"Yuventus"un prezidenti Kollinanın UEFA-nın baş hakimi postundan istefasını tələb edib

Baxış sayı:
2404

İtaliyanın "Yuventus" klubunun prezidenti Andrea Anyelli Pyerluici Kollinanın UEFA-nın Hakimlər Komitəsinin rəhbəri vəzifəsindən istefaya göndərilməsini tələb edib.
TASS xəbər verir ki, bu barədə "Associated Press"ə istinadən "Qazeta.Ru" məlumat yayıb.
Anyelli Çempionlar Liqasının ¼ finalında "Yuventus" və İspaniya "Real"ı arasında keçirilən cavab matçının hakimi Maykl Oliverin ikinci hissəyə əlavə olunmuş 3-cü dəqiqədə qarşıdurmanın taleyini həll edən penaltini təyin etməsindən narazı qalıb.
"Hakimlər Komitəsinin rəhbərini 3 ildən bir dəyişmək lazımdır ki, onun vətəndaşlığını nəzərə alaraq, qərəzli yanaşmasının qarşısını almaq mümkün olsun", - deyə Anyelli bildirib. UEFA hələ ki, Anyellinin sözlərinə münasibət bildirməyib.