Yunanlar manşet atdı: “Türklərin əsiri olduq”

Baxış sayı:
6325

Şərqi Aralıq dənizində Türkiyənin axtarış qazma fəaliyyətlərini dayandıra bilməyən Yunanlar çətin vəziyyətə düşübləe. Bölgədəki qəzetlərin yazdıqları da bu vəziyyəti dəqiq bir şəkildə ortaya qoyur.
 
Türkiyə Şərqi Aralıq dənizindəki haqlarını qorumaq üçün Fateh qazma gəmisiylə təbii qaz və neft axtarışına davam edir.
Bu vəziyyət Yunanıstan və Cənub Kipr Yunan Rəhbərliyində böyük narahatlığa gətirib çıxarıb. Ötən günlərdə təxribat xarakterli bir qərar verən Yunanlar, Fateh gəmisindəki heytə qarşı həbs əmri çıxardı.
 
TÜRKİYƏ DAYANDIRILMADI
 
Fateh qazma gəmisi bölgədə TSQ ünsürləri tərəfindən qorunur. Yunanların verdiyi qərarı yerinə yetirə bilməsi mümkün görünmür. Bu vəziyyətin fərqində olan yunanlar Türkiyəni Avropa Birliyi və ABŞ-a şikayət edib.
 
Yunanlar böhran yaşayır
 
Ancaq Yunanlar bütün səylərə baxmayaraq Türkiyənin bölgədəki fəaliyyətlərini dayandıra bilmədi.
 
BÖHRAN VAR
 
Bütün səylərə baxmayaraq Türkiyənin dayandırıla bilməyəcək bir güc olaraq yoluna davam etməsi Yunanlarda mübahisələrə səbəb olub. Yunan rəhbərliyi bu məsələ ilə bağlı böhran yaşayır.
 
"TÜRKİYƏNİN GİROVU OLDUQ"
 
Yunan “Politis” qəzeti yaşanan böhranı "Kipr (Yunan) necə Türkiyənin girovu oldu. Fateh üzündən böhranla üz-üzədir" başlığıyla ifadə edib.
Müxalifət.az