Yunanıstan Türkiyəni təhdid etdi: “Buna əsla icazə verməyəcəyik”

Baxış sayı:
8893

Yunanıstanın baş naziri Aleksis Çipras Türkiyə ilə Şərqi Aralıq və Egey dənizində yaşanan gərginlik haqqında açıqlama verib.
 
Yunanıstanın baş naziri Aleksis Çipras Egey və Şərqi Aralıq dənizində təzyiqin artdığı təqdirdə bir planlarının olduğu söyləyib. Çipras "Türkiyənin Egeydə təzyiqi artırdığı təqdirdə bunu önləmək üçün bir planımız var. Ankaranın Kipr açıqlarına ikinci bir qazma gəmisi göndərib, qazmaya başlayacağını düşünmürəm" deyib.
 
"GERİ ADDIM ATMAYACAĞIQ"
 
"Türkiyə Kiprin İqtisadi Bölgəsində qazmaya başlarsa, Yunanıstan geri addım atmayacaq" deyən yunan baş nazir, "Türkiyənin Meis Adası və Cənub Kipr arasında təbii qaz axtarışına icazə verməyəcəyik" deyə təhdid edib.
Müxalifət.az