​Yunan mətbuatı öz ölkəsini ƏLƏ SALDI: “Türkiyənin öhdəsindən gələ bilmərik!”

Baxış sayı:
4294

Muxalifət.az xəbər verir ki, Aralıq dənizinin şərqində iki həftəyə qədər davam edən gərginliyin Türkiyənin həmlələri ilə yunanların əleyhinə nəticələnməsi həm Cənubi Kipr, həm də Yunanıstan mətbuatında əks-səda doğurub. Bəzi qəzetlər isə yaydıqları xəbər və karituralarla Cənubi Kipr rəhbərliyini tənqid edirlər.
Cənubi Kiprdə dərc edilən “Politis” qəzeti Türkiyənin Aralıq dənizinin şərqindəki təbii qaz axtarmaq fəaliyyətlərinə əngəl olmasının Cənubi Kiprin 6 illik enerji planlarına təsir edəcəyini yazıb. Türkiyənin üç hədəfli bir strategiya yürüdərək uğur qazandığını bildirən qəzet “Türklər böhranı necə planlaşdırdılar” başlıqlı analitik yazıda Türkiyənin həmlələrinin İsrail və Misir kimi bütün enerji aktyorlarına təsir elədiyini vurğulayıb.
Analizdə Cənubi Kiprin bölgədəki türk təzyiqinin öhdəsindən gələ bilmək üçün hərbi gəmi göndərmək imkan və qabiliyyətinə sahib olmadığı, enerji proqramının ləğv edilməsi qarşılığında uğrayacağı zərərin öhdəsindən gələ bilməyəcəyi və bölgədəki irimiqyaslı bir böhranın girdabından çıxa bilməyəcəyi məsələsi də qeyd edilib. Qəzet vəziyyətlə bağlı olaraq, həm Cənubi Kipr yunan lideri Anastasiyadisi, həm də Yunansıtanın müdafiə naziri Kammenosu tənqid edən, məsxərəyə qoyan bir karikatura da dərc edib. Karikaturada yunan lideri Anastasiyadis, kağızdan bir gəmi içərisində Türkiyənin mühafizəsi altında olan qaz yataqlarına sarı durbinlə baxmağa çalışır. Onun arxasında isə Yunanıstanın müdafiə naziri kiçik bir qayıq ilə kürək çəkir./Hurriyyet.org