“Yumruğumuzu Qarabağ üçün masaya vurub...” – Mübariz Mənsimov

Baxış sayı:
7336

Türkiyədə yaşayan xeyriyyəçi həmvətənimiz, "Plamali" şirkətlər qrupunun prezidenti Mübariz Məsimovun qardaş ölkənin Suriyadakı anti-terror əməliyatından yazıb. “Yeni Sabah” xəbər verir ki, M. Mənsimov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Barış pınarı” əməliyyatı ilə bağlı qərarlarını dəstəkləyən açıqlamalar verib: “Yaxşı komandanlar meydanda, yaxşı siyasətçilər masada, liderlər isə hər ikisində qazanır. Bu gün dünya və liderləri Türkiyənin Ali Baş Komandanından danışır. Sonda Türkiyənin haqlı olduğunu, dünyaya qəbul etdirmə məsələsində sərgilədiyi qərarlı duruşuna görə qalib gələn Türkiyə oldu. Qalib gələn biz, türk dünyası oldu. Biz yenidən tarix yazdıq. Türk əsgərinin qısa vaxtda əldə etdiyi uğurla bərabər alınan siyasi qərarlar və nəticələri bütün dünyanın diqqətindədir. Bəli, bəziləri xəyal edər, bəziləri biriləri gerçək tarix yazar. Budur, gerçək tarix yazan və haqlı olduğunu dünyaya sübut edən, terrora meydan oxuyan türk xalqı bir daha bunu sübut etdi. Bəli, türk komandanları da, liderləri də dünyaya hər zaman meydan oxudu və oxumağa da davam edəcək. Bu gün dünyada gücün və cəsarətin varsa, səninlə hesablaşırlar. Kimi nüvvə silahı ilə, kimi də silahı ilə meydan oxuyar. Biz isə ürəkli və cəsur liderlərlə dünyaya gücümüzü sübut etdik. Bəli, Ərdoğan bir dünya lideridir və bunu düşmanları belə qəbul edir. Haqlının yanında, haqsızın qarışısında, Avropa qapılarını bağlayarkən milyonlarla məzluma sahib çıxan bir liderdir. Onun gücünün sirri də budur. Milyonlarla məzlumun duaları ilə ayaqda və dünyanın şər mərkəzlərinə meydan oxuyur. Bölgədə bir vaxtlar Türkiyəni özlərinə bağlı dövlət kimi görənlər Ərdoğanın sayəsində Türkiyəsiz bölgədə addım ata bilməyəcəklərini anlayırlar. Tanınmış iş adamı Dağlıq Qarabağ məsələsinə də toxunub: “İnşallah, bir gün yumruğumuzu Qarabağ üçün masaya vurub və o gözəl torpaqları erməni terrorçulardan azad edəcəyik. O gün uzaqda deyil. Allah türkü qorusun və ucaltsın”.