YPG terrorçuları Kürd qatillərini AFRİNƏ DƏVƏT ETDİ

Baxış sayı:
4033

Suriyanın Hasəkə bölgəsində yüzlərlə Kürdü qətlə yetirən Əsədə bağlı qatillər ordusu Şebihalar, YPG tərəfindən "xilaskarlar” kimi Afrinə dəvət edilib. Alçaqlar, NDF başkəsənlərini mərasimlə qarşılayaraq bir də alqışlayıblar.
 
Suriyada oyun üstünə oyun oynanılır. Afrində zərbə üstünə zərbə alan terror təşkilatı, düşmənlərinə sarılmağa başlayıb. YPG-nin çarəsizliyini göstərən bu həmlə, bölgədəki bütün Kürdləri narahat edib. Dünənə qədər YPG ilə döyüşüb, Kürdləri öldürən NDF, bu dəfə Öcalan və Əsəd plakatlarının yan-yana dalğalandığı mərasimlə Afrinə dəvət edilib.
 
ƏSKİ DÜŞMƏN DOST OLDU
 
YPG-nin xilaskar kimi dəvət etdiyi Suriyadakı Milli Müdafiə Qüvvələri (NDF), başda Kürdlər olmaqla, müxaliflərin çox yaxından tanıdığı bir təşkilatdır. 2014-2016 illər arasında YPG-nin nəzarətindəki Hasəkə bölgəsinə hücum edən NDF, Salihiye, Miftiye və Til Həcər kimi Kürdlərin yaşadığı mahallarla ilə YPG-nin nəzarətindəki yanğınsöndürmə və Talaya bölgəsindəki nəzarət nöqtələrini hədəf alaraq, yüzlərlə Kürdü öldürüb. Bundan sonra Dəməşq rəhbərliyi dövrəyə girərək, iki təşkilat arasında anlaşmanı təmin etdi. Keçmiş adı Şebiha təşkilatı olan NDF, 1960-cı illərin sonlarına doğru Suriyanın Lazkiyə limanında yaradılıb.
Üzvlərinin çoxu Nusayri ailələrinin uşaqlarından ibarət olan Şebiha, bir yeraltı mafiya təşkilatı kimi yaradılıb, narkomaniyadan cinayətə, silah ticarəti və bir çox çirkli işə imza atıb.
 
NDF ADI ilə ƏSƏDİN CƏRGƏSİNDƏ
 
Hafiz Əsədin 13 noyabr 1970-ci ildə çevrilişlə hakimiyyətə gəlməsinə kömək edən təşkilat, o tarixdən sonra Əsəd ailəsi üçün toxunulmaz olub. NDF olaraq adını dəyişdirən təşkilat, rejimə dəstək verib. Belə ki, böyük hissəsi Hizbullah üzvləri tərəfindən silahlı təlim keçirilən təşkilat üzvlərinə Dəməşq, 170 avro maaş ödəyir.
Müxalifət.az