​Yəmənə raket zərbəsi: ÖLƏN VƏ YARALILAR VAR

Baxış sayı:
6469

Husilər Yəmənin Marib məhəlləsini Qrad raketi ilə vurub.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, “Əl Ərəbiyyə” kanalı hücum zamanı xeyli insanın həlak olduğunu, təxminən 20 nəfərin yaralandığını açıqlayıb.
Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.
Qeyd edək ki, husilər Maribin qərbindəki Həyəlan dağında mövqe tutublar.