Yəhudi yazar PKK və YPG-yə DƏSTƏK İSTƏDİ

İsrailin milli xəbər agentliyinin əməkdaşı Giulio Meotti, İsrailin YPG-ni və məsum kürdləri dəstəkləyən yeganə dövlət olduğunu söyləyərək, Avropa və ABŞ-ın üzü üstə qoyduğu teoristleri dəstəkləməyə dəvət edib.
İsrailin Milli İnformasiya Agentliyi “Arutz Shevanın” İslam düşməni olan müəllifi Giulio Meotti, PKK və YPG-ni dəstəkləyən yeganə ölkənin İsrail olduğunu söyləyərək, PKK-lı terrorçuları Suriyada tək başına qoyduğunu iddia etdiyi Avropa və ABŞ-ı, özlərindən utanmağa dəvət edib. Hər fürsətdə Türkiyə və prezident Tayyib Ərdoğana hücum edən yəhudi yazar, "ABŞ və Avropa 2003-ci ildəki İraq müharibəsində ABŞ və İtaliyanın tərəfində vuruşan kürdləri, bu gün faşist İslamçı Ərdoğanın bombaları qarşısında yalnız qoyur" deyərək, Qərb dünyasının özündən başlaması lazım olduğunu dilə gətirib. “Kürdlər xəlifəyə qarşı apardıqları müharibəni qazanmışlar" deyərək terrorçuları qəhrəman edən Meotti, YPG-li kürdlərin, müstəqil bir dövləti, Fələstinli Ərəblərdən daha çox haqq etdiklərini iddia edib. "Bu kürdlər ki, qızları çadrasız və azad, döyüşçüləri isə cəsur" deyərək terrorçuları himayə edən yazar, “Avropa niyə Kürdlər yerinə Erməni, Yunan, Yəhudi və Kürd düşməni Ərdoğanı təklikdə qoymur"deyib. Yazısında Türkiyə prezidenti Ərdoğana da kinini gizlətməyən terror dəstəkçisi yazar, “Ərdoğan, Avropanı məscidlər və minarələr ilə doldurdu, qaçqınlar ilə daim Avropanı təhdid edir və ölkəsində azadlıq istəyən jurnalistləri tutur" deyə, nifrətini biruzə verib. Terror müdafiəçisi yazar prezident Ərdoğanın, atalarının izindən gedərək, İstanbuldakı müqəddəs xristian irsini gözünü qırpmadan sildiyini xatırladaraq, bütün Avropanı Türkiyəyə qarşı, YPG və PKK-nı dəstəkləməyə dəvət edib.
Müxalifət.az