YEVLAX SAKİNİ HƏYAT YOLDAŞINI QƏTLƏ YETİRDİ - Daha sonra özünü öldürməyə çalışdı...

Baxış sayı:
58401

Bu gün, may ayının 19-da Yevlax rayonunda 1984-cü il təvəllüdlü Şükürova Ləman Yolçu qızının kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbaut Xidmətinin Bərdə regional qrupundan Muxalifet.az-a bildiriblib ki, cinayəti törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı 1964-cü il təvəllüdlü Şükürov Vəli Mətləb oğlu daha sonra özünə kəsici alətlə xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib. 

İlkin məlumata görə hadisə ailə münaqişəsi zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.
Muxalifet.az