Xırdalanda avtomobil aşıb, sürücü xəsarət alıb - VİDEO
25-10-2026 09:40
Baxış sayı:
249

Xırdalan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Muxalifet.az apa-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.
Sürücü “Chery Tiggo” markalı avtomobili park edərkən nəqliyyat vasitəsi yol səviyyəsindən aşağıda yerləşən səkiyə düşərək aşıb.
Hadisə zamanı ərazidən piyadaların keçməməsi daha ağır nəticələrin qarşısını alıb.
Qəza nəticəsində sürücü yüngül xəsarət alıb.




















