Putin, Əliyev və Paşinyan arasında QAPALI GÖRÜŞ - 15 dəqiqədə nə baş verdi?

Baxış sayı:
145

Türkmənistanda Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında əvvəlcədən elan olunmamış qapalı görüş keçirilib.

Bu barədə Rusiyanın “Kommersant” nəşrinin xüsusi müxbiri Andrey Kolesnikov məlumat yayıb.

Oktyabrın 9-da keçirilən görüş Türkmənistanda Xəzər sammitinin başa çatmasından sonra baş tutub və təxminən 15 dəqiqə davam edib.

Nəşrin məlumatına görə, üç ölkə liderinin görüşünü Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov təşkil edib.

Uşakov MDB dövlət başçılarının geniş tərkibli iclasının qapalı hissəsində Nikol Paşinyan və İlham Əliyevlə ayrı-ayrılıqda danışaraq üçtərəfli görüşün keçirilməsini razılaşdırıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan Xəzər sammitində iştirak etməsə də, sammitin başa çatmasını gözləyərək Vladimir Putin və İlham Əliyevlə görüşə qatılıb.

Vladimir Putinin Türkmənistana səfərindən əvvəl Yuri Uşakov Rusiya Prezidenti ilə Ermənistanın Baş naziri arasında ayrıca görüşün planlaşdırılmadığını bildirmişdi. Bununla belə, o, tədbir çərçivəsində iki lider arasında təmasların mümkünlüyünü istisna etməmişdi./musavat.com